adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Avqust 2016 11:30
19964
MARAQLI

Tarixdə “Şaftalı” müharibəsi (və ya iki tayfanı məhv edən inək)

Tarix boyu baş vermiş müharibələr haqqında sözsüz kitarixçilər bizdən daha yaxşı bilirlər. Sizə tarixdən informasiya verməkiqtidarında deyiləm. Amma çoxları üçün maraqlı məqamlar var ki, tarixiaraşdırmalarda da bunlar öz əksini tapıb. Müharibə bütün formaları iləqəbuledilməzdir. Lakin savaşlar insanlarla eyni vaxtda "doğulublar".Müharibələr həmişə olub, var və olacaq. Tarixən dəyişən yalnız müharibələrinformasıdır. Bir zamanlar ən primitiv silahlarla dava edən insanlar, sonra"barıtı" kəşf edib daha çox qan tökdülər. Ondan sonrakı mərhələdəenerjidən xeyli səmərəli istifadə etməklə kütləvi qırğın silahları yaradıldı.Bununla müharibələrin miqyası və məzmunu da yeniləşdi. Müasir tarixi mərhələdəisə "müharibə etmək məharəti" görünməmiş səviyyəyə yüksəlib. İnditop-tüfəngli müharibədən çox, "səssiz-sədasız" savaşlara üstünlükverilir.

Bu müharibə üsulunun "üstünlüyü" ondadır ki, tərəflərin davaetdiyi konkret məkan-zaman – klassik mənada müharibə meydanı yoxdur. Ölkələrbir-birinə açıq savaş da elan etmirlər. Əksinə, özlərini yaxın müttəfiq kimiaparırlar. Hətta müəyyən zamanlarda "ümumi düşmənə" qarşı birgəplanlar da qurur, onlara bombalar yağdırırlar. Pərdə arxasında isə həmin"yaxın müttəfiqlər" arasında amansız və səssiz müharibə gedir.

Dünyadatəqribən 6 minə yaxın müharibə olub. Yer üzündə gəlib keçmiş ən böyük çaxnaşmaların arxasında kiçik, sadəcəbəzən isə gülməli səbəblərin gizləndiyini bilirsinizmi?

Ölkələri mənasızyerə müharibə tməyə vadar edən səbəblərdən danışacayıq.

Troya-Yunanıstan müharibəsi.

MüharibəParisin gözəlçə Yelenanı qaçıraraq Spartadan Troyaya aparmasından başlayıb. Budüşünülməmiş hərəkətin nəticəsində Yelenanın bütün keçmiş sevgililəri Troyaüzərinə müharibə ilə gediblər. Troya müharibəsində hər iki tərəf ölənə qədər vuruşub.Bu cür qarşıdurmada tərəflərin hər biri itkilərlə üzləşib.

"Şaftalı” müharibəsi.

Birzamanlar ingilislər Manhettendə yerli hindularla qonşuluqda qarşılıqlı sülhşəraitində yaşayırdılar. Lakin bir gün yüksək vəzifəli məmurlardan biri bu cüryaşamaqdan bezib və bu qonşuluqdan canını qurtarmaq üçün yol tapıb. Guya, o,bağından şaftalı oğurlayan hindu qızı tutub. Final isə çox faciəvi olub. Beləki, hinduların hamısı bir-bir öldürülüb.

Vikinqlərin 4 illik müharibəsi.

Bu, ikiqohum vikinq tayfaları arasında 4 illik müharibə idi. Toqquşmaların səbəbi isəucuz inci gəlin boyunbağının oğurlanması idi.

"Xroniki” ispan-fransızmüharibələri.

Bumüharibələrdən ən azı dörd dəfə olub. Onları mütəmadi olaraq qadınlara görə başverdiyi üçün "xroniki” adlandırılırdı. Krallar növbə ilə başqalarınınsevgililərini ələ keçirdikləri üçün qanlı düşmənliklər başlayırdı.

Portuqallara qarşı 4 illikqarşıdurma.

4 ilboyunca britaniyalı və ispanlar portuqallarla mübarizə aparıblar. Buna səbəbisə qalası olan balaca ada olub. İngilislər onu müdafiə ediblər, ancaqportuqallar onun real ölçülərindən bixəbər idilər. Əslində o, bir qala ərazisiboyda idi, sadəcə xəritənin miqyası düzgün verilməmişdi. Düz 4 il ərzində birqarış torpaq uğrunda qanlar tökülüb.

İkiyüksəkvəzifəli məmur arasında Braziliya müharibəsi.

Onlar3,% il dörd qutu qaçaq Kuba siqarları uğrunda müharibə ediblər.

Saqqala görə ən qanlı müharibə.
Bu, Çində orta əsrdə 3 il boyunca davam edən və 15 min əsgər və zabitinölümünə səbəb olan ən qanlı müharibə idi. Bu münaqişənin başlanmasına səbəbçinli aristokratın düşünülməmiş hərəkəti olub. O, digər aristokratla o qədərmübahisə edib ki, onu saqqalından dartdığının fərqinə varmayıb. Bu isə Çində ənböyük təhqir hesab edilir.

İki afrika qəbiləsinin məhvinəgətirib çıxarmış inək müharibəsi.

Müharibə1834-cü ildə başlaylb və iki il davam edib. Qırğınların səbəbi hələ də bəlliolmasa da, bəzi mənbələrə görə, tayfa başçılarından biri digəri ilə inəyə görəmübahisə edib. Qarşı tərəf inəyin oğurlandığını iddia edirmiş. Hər iki tayfasonra məhv olub.

500 illik "tısbağa” müharibəsi.

Deyirlərki, bu müharibə assur çarlarından birinin xarici qonağı sərxoş çariçanınəlindən düşən naxışlı bağa darağı qaldırmağı özünə əksik bildiyi üçün münaqişəbaşlayıb.

150 min yaponun öldüyü 250 illik müharibə.

Müharibənialovlandıran səbəb danışıqlar zamanı etiket qaydalarına əməl edilməmədir.Bildirilir ki, səfirlər syoquna hədiyyə gətirərkən lazımi yerdə dayanmayıblarvə lazımi anda ayağa qalxmayıblar. Samuray və digər saray nümayəndələri amansızmüharibəyə başlayıblar.

"Din müharibələri"

Dünya səlib yürüşləri ilə xüsusi birterminlə tanış oldu: "din müharibələri". Bu termin əsrlər boyu başverən hər müharibədə bu və ya digər şəkildə ön plana çıxarıldı. Münaqişələrinkökündə hər zaman "inanc" problemi olduğu təlqin edilməyə çalışıldı.Beləliklə maraqlar, irqçilik, torpaq və güc ehtirası ön plana çıxmayacaq,müharibələrin səbəbi olan eqoistlik gizli qalacaqdı.

Halbuki nə səlib yürüşləri, nə də tarixə damğasını vurmuş və dünyayatəsir edən böyük müharibələr din mənşəli idi. Səlibçilər xristianlığınsülhsevər təbiəti ilə əlaqəsi olmayan, işğal və qan tökmə ehtirası ilə biraraya gəlmiş fitnəkarlar idi. Səlib yürüşləri zamanı məhz xristian şəhərləritalan edilmiş, hətta o vaxt xristian şəhəri olan Konstantinopol, yəni İstanbulişğal edilərək yerlə yeksan edilmişdi.

Xristianlıqdakı məzhəb münaqişələri anlayışı da əslində güc və iqtidarmübarizəsinin bir yansıması idi. Təbii ki, xristian dünyasında protestant,katolik və pravoslavlar arasında fikir ayrılıqları geniş yayılmışdı, ammaxristian dünyasındakı müharibələrin çıxış nöqtəsi bu deyildi. Çox vaxt siyasimənfəətlərin dövrəyə girdiyi bu münaqişələrdə o dövrün papaları belə bu siyasigüc mübarizəsinin bir fiquru halına gətirilmişdi.

Yaxın Şərq bundan fərqli deyildi. Böyük müharibələrin iştirakçılarıtarix səhnəsinə ancaq maraqları ilə birlikdə gəliblər. Yaxın Şərqdəkimüharibələr dini müharibə kimi təqdim edilsə də, əslində müharibənin tərəfləridövrün Bəəs rejimlərinin nümayəndələri idi. Məlum olduğu kimi, Bəəs, kommunistpartiya üzvləri tərəfindən qurulan, Yaxın Şərq marksist ideologiyasının ən əsastətbiq mərkəzi idi.

İslam dünyasında olan məzhəb münaqişələri də eyni məntiqin nəticəsiidi. Adı hər nə qədər məzhəb ayrılıqları olsa da, əslində problem qəbilələr,etnik qruplar arasındakı güc müharibələri idi. Tarix boyunca Yaxın Şərqdəmüxtəlif formalarda baş verən şiə-sünni münaqişəsi əslində bütövlükdə fərqlietnik qrupların nüfuzunu artırma, təbii ehtiyatlar və ticarət yollarındahakimiyyət qurmaq ehtirası idi. İslam adından istifadə edən radikal qruplarortaya çıxana kimi bu münaqişə əslində heç vaxt birbaşa məzhəblərlə bağlıolmamışdı. Amma məzhəblər daima nifrəti qızışdıran, müharibə etmək istəyiniartıran bir yan təsir olaraq ortaya atıldı.

Samuel Hantinqtonun 90-cı illərdə diləgətirdiyi sivilizasiyaların toqquşması konsepsiyası əslində bu münaqişələrintətbiq etmə formasını təsvir edirdi. Hantinqton ölkələr arası münaqişələrin vəölkələrin daxilində baş verən konfliktlərin gedərək etnomədəni güc qazanacağınıirəli sürmüşdü. Hantinqtona görə bu qloballaşmanın təbii nəticəsi olacaqdı.Başqa sözlə güc nisbətləri dəyişəcək və hakimiyyət-iqtidar narahatlığı yenimüharibələrə şərait yaradacaqdı. Dünyanın içinə düşdüyü materilasit vəmənfəətpərəst anlayış Hantinqtonun fikirlərini haqlı çıxardı. Lakin dövlətləryenə də «dini günahlandırmağı» davam etdirdilər.

Din adı ilə ortaya çıxan radikal qruplarındünyadakı müharibələrin və hakimiyyət mübarizəsinin dəhşətli nəticəsi olduğunuunutmamaq lazımdır. Super güclərin bir-birinə təhdid və hətta güc nümayişi kimibir çox radikal qrupu dəstəklədiyi heç vaxt sirr olmayıb. Radikal qruplarınəlində silahla ortaya çıxmasının da əsasında "din"dən çox qəzəb vəintiqam duyğularının olduğunu burada xatırlatmaq lazımdır.

Bu məsələdə İqtisadiyyat və Sülhİnstitutunun (Institute for Economics and Peace) 2014-cü il tarixli hesabatınınəzərdən keçirməkdə fayda var. Hesabat 2013-cü ildə baş verən 35 silahlıqarşıdurmanın heç birinin əsas səbəbinin din olmadığını ortaya qoyur. Hesabatagörə, münaqişələrin əsas səbəbi hakimiyyətə qarşı olan separatçı cərəyanlar,ideoloji ziddiyyət və təbii resursların bölüşdürülməsi kimi problemlərdir.

Hesabat "bir ölkədə dindarların vəateistlərin nisbəti ölkədəki sülhü müəyyən edirmi" sualının cavabını birstatistika ilə verib. Hesabata görə, sülhün ən yüksək səviyyəsinə malik hər onölkədən üçü dindar ölkələrdir. Sülh səviyyəsi yüksək olan 20 ölkənin 11-indəxalqın 90%-i özlərini dindar kimi təqdim edirlər. Ən az sülhsevər ölkələrinqarşılaşdığı ortaq nöqtəsi isə demokratiya səviyyələrinin aşağı olmasıdır.Avtoritar rejimlər qarşıdurma mühitinin ən böyük səbəbidir. Ateizmin dövlətsiyasəti olduğu ölkələr isə ciddi qarşıdurma və narahatlıq mühitinin başverdiyi ölkələrdir. Buna kommunist ölkələr də daxildir.

Hesabatın "müsəlman ölkələrində şiəvə sünni bölgüsü sülh şəraitini müəyyən edir mi" sualı "sülh vəməzhəb fərqlilikləri arasında müəyyənedici əlaqə yoxdur" deyəcavablandırılmışdır. Əhalisinin 85%-i sünni, 15%-i şiə olan Qətər sülhsəviyyəsi olaraq 11-ci yerdə olduğu halda, oxşar nisbətdəki Əfqanıstandavətəndaş müharibəsi olduğu bildirilərək problemin məzhəblər olmadığıvurğulanıb. Yenə eyni şəkildə şiə-sünni nisbəti yarıbayarı olan Bəhreyndə dincmühit olduğu halda, bənzər vəziyyətdəki Yəməndə vətəndaş müharibəsinin olmasıda hesabatda verilən digər bir nümunədir.

"Din sülhün bərqərar olmasında müsbətrol oynaya bilərmi" sualı isə hesabatın ən kilid nöqtəsidir. Hesabatagörə, xüsusilə dinlər arası əməkdaşlıq təşkilatlarının sülhü gücləndiricitəsiri var. Yəni əgər dünyada uzunmüddətli və təsirli bir sülh tələb olunursa,dindar insanların dinlər arası əməkdaşlıq və dostluğu güclü olmalıdır.

İqtisadiyyat və Sülh İnstitutununstatistikaya əsaslanaraq rəsmiləşdirdiyi sözügedən məruzənin verdiyi nəticəhəqiqətən diqqətçəkicidir: müharibələri dinlər çıxarmır, lakin müharibələrindurmasının yeganə yolu dinlər və dindarlar arası ittifaqdır. Dünyanın getdikcədaha böyük fəlakətlərə sürükləndiyi bu günlərdə sülh üçün həll yolu axtaranlarınbu həqiqətə diqqət vermələri çox əhəmiyyətlidir. Sülhü mümkün etmək üçün dahaçox bombadan istifadə etmək, davamlı olaraq İslamı günahlandırmaq və İslaməleyhinə şüarlarla daim qəzəb yaratmaq bu kabusu labüd olaraq daha qorxunc halagətirəcək. Həll yolu axtaranlar əgər həqiqətən sülh istəyirlərsə, dinlərinmahiyyətini müdafiə edən həqiqi sülh insanlarının ittifaqına və dediklərinədiqqət verməlidirlər.

Müasir dövrün müharibələrini yaradan səbəblər

Dövlətlərarasımünasibətləri nizama salmağın iki əsas yolu vardır. Birincisi, diplomatiküsullara üz tutaraq siyasi görüşlər həyata keçirmək və məsələnin həllinə sülhyolu ilə nail olmaqdır. Nisbətən geniş yayılan bu yol çox zaman müsbət nəticələnirvə ən optimal seçim kimi dəyərləndirilir. Bəzən bu cəhd nəticə vermir və dövlətlərikinci üsula – müharibə yoluna əl atırlar. Onları dünya tarixində dərin izlərqoyub müasir dövrdə də davam edən müharibələri seçməyə vadar edən bir neçə səbəbvar. İlk növbədə, dövrün tələbinə uyğun olaraq güclü dövlətlər yeni xammal mənbələriələ keçirmək arzusundadırlar. statistikaxammalBaşqa sözlə desək, qabaqcıliqtisadiyyata malik dövlətlər dünya bazarına nəzarət edə bilmək və daha ucuzxammal əldə etmək üçün bu ehtiyatların yerləşdiyi ölkələrdəki daxiliqarşıdurmanı gücləndirməyə çalışırlar. Belə cəhdlər haqlı olaraq qarşı dövlətlərtərəfindən obyektiv qiymətləndirilmir və müharibəyə səbəb olur. Misal olaraqyaxın keçmişdə baş vermiş Birinci və İkinci Dünya müharibələrini göstərməkolar. Hər iki müharibədə İngiltərə, Almaniya, Rusiya kimi dövlətlərin məqsədiyeni ve faydalı qazıntılarla zəngin torpaqlar ələ keçirmək olmuşdur. HəmçininSuriya, İraq və digər Şərq dövlətlərindəki hazırkı vəziyyət də bu amilin nə qədərəhəmiyyətli olduğunu sübut edir. Digər mühüm səbəb isə hərbi bazası güclü olandövlətlərin silah satmaq üçün yeni alıcılar axtarmasıdır. Belə ki, müharibələrhər zaman üçüncü tərəflərin əlverişli gəlir mənbəyi olmuşdur. Amerika BirləşmişŞtatları bu kateqoriyaya bariz nümunədir. ABŞ 1980-1988 – il İran-İraq müharibəsizamanı İraqın müttəfiqi olmasına baxmayaraq, İrana silah satışını həyatakeçirirdi. Milli azadlığın bərpa edilməsi də tez-tez müharibələrə səbəb olur.Çeçen xalqı 1864-cü ildə itirdiyi müstəqilliyini bərpa etmək üçün 1994-1996-ciil müharibəsini başlatmış, məqsədinə nail ola bilmədiyi üçün 1999-2009-cu illərdədavam etdirmişdir.narkotika Müharibələrin baş verməsinin başqa bir səbəbi kiminarkotik maddələrin alveri göstərilir. Əksər ölkələrdə qanunla qadağanolunmasına baxmayaraq, bu cür maddələrin satışı ən gəlirli biznes hesab olunur.Ekspertlər bəzi ölkələrdə, xüsusən də Əfqanıstanda baş verən qanlı toqquşmalarvə terror aktlarının illərlə davam etməsini və bu məsələnin həllində heç birmüsbət addım atılmamasını məhz bu amillə əlaqələndirirlər. Beləliklə, bəzi qüvvələrinəlavə qazanc əldə etmək istəyi dünyada müharibə ocaqlarının artmasına və vəziyyətindaha da gərginləşməsinə səbəb olur.

Sondamüharibə ilə bağlı belə bir aforizm var: "Dövlətlər sülhə nail olmaq üçünmüharibə aparırlar!”

Rüfət Soltan