02 Iyun 2025 13:04
518
ƏDƏBİYYAT

TARİX YAZAN İNSAN

Azərbaycan Dövlət Pedaqoji Uni­ver­si­tetinin Quba filialında Azərbaycan Dün­­yası Beynəlxalq Əlaqələr Mərkə­zinin təşəbbüsü ilə Türkiyənin İstanbul və Al­ba­­niyanın Tirana şəhərlərində nəşr edilmiş yazıçı, professor Etibar Babayev və ya­zı­­çı-jurnalist Seyfulla Türk­soyun qələmə aldıqları “Xatirələr işığında Heydər Əli­yev” kitabının təq­di­matı keçirilir.

Təd­birdə ADPU-nin Quba filialının direktoru, fizika elmləri dokto­ru, pro­fes­sor Yusif Alı­yev, Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Ab­ba­so­va, Azər­baycan Dünyası Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti, Əmək­dar in­­cə­sənət xadimi, filologiya elmləri doktoru, yazıçı-publisist Yasif Nə­sir­­li, “Şöh­rət” or­­denli Xalq rəssamı, Prezident təqaüdçüsü, professor Arif Hü­sey­­nov, Res­pub­lika Ağ­saqqallar Şurasının üzvü, hüquq elmləri doktoru İb­ra­him Qu­li­yev, Ulu Ön­dər Hey­dər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov və Əməkdar jur­­na­list, ki­ta­bın müəl­liflərindən biri, yazıçı, ATV kanalının pre­zi­den­ti­nin müavi­ni Eti­bar Ba­­ba­yev çıxış edirlər.

...Mən həyat dəqiqələri deyim, siz tədbir fikirləşin. İnsan bu qədərmi özünü 30­ il ge­­­riyə çəkə bilər? Özünü 30 il öncə olmuş bütün hadisələrdə iştirak etmiş ki­mi hiss edə bilər? Mən yaşadım, mən hiss etdim.

Təd­biri giriş sözü ilə açan filialın direktoru Yusif Alıyev və ondan sonra çı­xış edənlər Ulu Öndərin həyat və fəaliyyətindən, onun tarixdə buraxdığı silinməz izin­­dən danışırlar.

Vaxtilə Ulu Öndər Heydər Əliyevlə birgə işləmiş Respublikanın tanınmış zi­ya­­lılarının bu dahi şəxsiyyətlə bağlı danışdıqları maraqlı əhvalatları, onun həyat sə­­hifələrindən bəhs edən söhbətləri həddindən ziyadə maraqlıdır və tədbir iş­ti­rak­çı­larını yeni məlumatlar əldə etməyə və sanki bu böyük insanı daha da yaxından ta­nımağa sövq edir. Natiqlər danışdıqca dillərindən süzülən sözlər qəlbimə to­xu­nur­­du. “Heydər Əliyev irsi” deyiləndə əzbərlədiyim cümlələr gəlib keçirdi gö­zü­mün önündən.

Tədbir  iştirakçıları

Gə­lən qonaqların sadəlikləri tədbirdə xüsusi bir atmosfer yaradır.

La­kin məlum olur ki, natiqlər, sən demə, bir vaxtlar Heydər Əliyevlə çiyin-çi­­yinə çalışmış insanlardır. DTX-nin yüksək rütbəli zabiti, SSRİ-nin fəxri çekisti, Ya­­sif Nəsirli öz xatirələrini iştirakçılarla bölüşür.

O, danışdıqca mənə elə gəlirdi ki, sanki Heydər Əliyevin özü də zalda mə­nim­lə birgə idi. Bir əhvalat isə hətta məni gülümsəməyə vadar etdi. Yasif müəllimin öz di­lindən eşitdim bu əhvalatı.

“1969-cu ilin yay günləri idi. Bakıda havalar çox isti keçirdi. Məni Partiyanın Mər­kəzi Komitəsinə işə götürmək üçün Heydər Əli­yev qəbul etməli idi. Geyimim bi­­rinci Katibin qəbuluna getmək üçün uyğun­suzdu. Evim də mikrorayonda idi. Şəx­­si avtomobilim olmadığından ictimai nəqliyyatda evə gedib qayıtmağıma vaxt yox idi. Mən təcili qəbula getməli idim. Gecikə bilməzdim. Mərkəzi Komitənin bi­­nasına daxil oldum. Bilirdim ki, Heydər Əliyevin məruzəçisi işləyən şəxs, vax­ti­lə mənimlə birlikdə kom­so­molun Mərkəzi Komitəsində çalışmış Turaldır. Çox sə­mi­­mi münasibət­lə­rimiz var idi. Məndən daha cüssəli və canlı olsa da pencəyini alıb geydim. Başqa birisindən də qalstuk alıb taxdım. Pencək əynimə çox bö­yük­dü. Buna görə özümü narahat hiss edirdim. Heydər Əliyevin iş otağına daxil olan­da onun üzündə çox səmimi bir təbəssüm gördüm. Salamlaşandan və mənə otur­ma­ğı təklif edəndən sonra bildirdi ki, “İstəyirəm səni Mərkəzi Komitəyə işə qəbul edim. Necə baxırsan? Yenə də etiraz etməyəcəksən ki?” (Bu ona işarə idi ki, bir müd­dət öncə Təhlükəsizlik Komitəsinə işə dəvət edilərkən mən etirazımı bil­dir­miş­­dim). Cavab verdim ki, “Xeyr, yoldaş Əliyev, etiraz etmə­yə­cəm, əksinə mən çox şa­dam və bu etimada görə Sizə minnətdaram.” Bu söz­dən sonra yenidən gü­lüm­­sündü və məndən soruşdu:

  • De, görüm bu nə pencəkdir geymisən?

         Hər şeyi olduğu kimi ona danışdım. O, düz mənim gözlərimin içinə baxıb dedi:

  • Get və çalış ki, həmişə öz pencəyini geyinəsən!
  • Baş üstə, - deyib otaqdan çıxdım.”

Yasif Nəsirlinin bu xatirəsi bütün zalı səmimi gülüşə sövq etdi. O, hətta sö­zü­­nü yarımçıq qoyub bizə üzünü tutaraq söylədi: “Elə bilirdiz onunla deyib gülə bil­­məzdik? O, çox səmimi, incə yumorlu bir insan idi”...

Yasif Nəsirli Heydər Əliyevdən danışarkən gözünün içi parıldayırdı. Bu hal mə­­nim gözümdən qaçmadı. Bəli, xoş xatirələr unudulmur, əksinə onları xa­tır­la­yar­kən insan o anları yenidən yaşayır. Tədbirdə sanki mən də o duyğuları ke­çir­dim.

O hissləri uşaq vaxtı xorda oxuyarkən “Heydər xalqım deyəcək, xalq Hey­dər söyləyəcək” kəlməsində səsimin titrəyişində hiss etmişdim.

Yasif Nəsirli sö­zü­nü bitirdikdən sonra auditoriyaya sual verdi “Yorucudur?” Hamı bir səslə “Xeyr, davam edin” dedi. Çünki hər deyəndə nəsib olmur Heydər Əliyevlə iş­lə­miş insanın xatirələrini dinləmək, onu canlı görmək. Natiq sözünü bitirib kür­sü­dən dü­şər­kən bir məyusluq hissi keçirdim. Sanki bir daha Heydər Əliyev haqqında eşit­mə­yəcəm, bir daha belə canlı anılar duymayacam.

Lakin bu uzun sürmədi. Belə ki, kürsüyə bir zamanlar Heydər Əli­ye­vin şəxsi fo­toqrafı olmuş Rafiq Bağırov dəvət edildi. Bu, bilirsiz nə deməkdir? Tə­səvvür edin ki, bu şəxs Ulu Öndərin həyatının müxtəlif anlarını fotolarda həkk et­mişdir. O, danışarkən şəxsən çəkdiyi fotoları zalın ekranında nümayiş etdirirdi. Hər şək­lin xatirəsini isə sanki indi baş verirmiş kimi danışırdı. Çox həyəcanlı idi. Bəl­kə o, da mənim kimi Ulu Öndərin sanki zalda olduğunu duyurdu. Danışdığı xa­ti­rə­lər­dən birində isə olmazın qorxu hissi keçirdiyini etiraf etdi. “Şəkillər sə­fər­lər­də çə­ki­lirdi. O zamanlar lentə baxmaq mümkün deyildi. Onlar mütləq stu­diyada çap olun­malı idi. Bilirsiz, bu necə məsuliyyətlidir? Fotolar yax­şı çıxmaya da bilərdi.” Mən özümü onun yerində gördüm. Bu ən böyük hə­yə­ca­nım olardı. Amma o, da­hi şəxsiyyətin şəkillərini nəinki çəkir, hətta Heydər Əli­ye­vin hisslərini əbə­di­ləş­dir­mə­yə çalışırdı... Kürsüdən düşərkən direktorumuz pro­fes­sor Yusif Alıyev “bu şə­kil­ləri bizə də hədiyyə edərsiniz...” söylədi. Rafiq müəl­lim isə gülümsəyərək, ba­şı­nı yellədi. Son cümləsi də diqqətimi çəkdi: “Mən bu­ra­da sizin Heydər Əliyev lek­to­riyasında Ulu Öndərin şəkillərini gördüm. İnsan öz əsər­lərini görəndə çox se­vi­nir, qürurlanır.” Bu fikir çox mənalı idi mənim üçün.

Son­da çıxış edən professor Etibar Babayev isə "Xatirə işığında Heydər Əli­yev" ad­lı kitabının yazılması prosesindən, dünyanın tanınmış insanlarının Heydər Əli­­yev haqqında xatirələrinin kitabda yer aldığından danışır. Etibar müəllimin söy­lədikləri çox səmimi, həddən artıq maraqlı söhbətlərdir. Dünya siyasətində, ta­ri­­xin­də, elm və mədəniyyyətində mühüm rol oynamış insanların Azərbaycanın da­hi şəx­siyyəti Heydər Əliyev barəsində dedikləri hamımız üçün önəmlidir. Bu bir ta­­rixdir və bu tarixdə silinməz iz qoymuş dahinin həyatıdır.

Büt­ün fikirlərimi toplasam da Heydər Əliyevdən danışarkən, cümlə­lər nöqtə is­­təməz, vergüllər sayını artırmaqdan bezməz. Mən bu dəyərli şəxsiyyətlərə qulaq as­­dıqca həyatını xalqına həsr etmiş Ulu Öndəri görür və onun, həqiqətən, dahi ol­du­­­ğuna inanıram.

Hey­dər Əliyev uca bir dağa bənzəyir. Bu dağdan uzaqlaşdıqca onun əzəməti və qüd­rəti daha da aydın görünür. Ulu Öndərin həyatı və fəaliy­yəti də belədir. Mən onun haqqında kitablarda oxumuş, teleka­nallarda görmüşəm. Onun qüd­rə­ti­nin nə qə­dər bö­yük olduğuna əmin olmuşam. Amma Ümummilli lider Heydər Əli­yevi bu qə­dər yaxından görüb, onunla söhbət edən şəxsiyyətlərə bəlkə bir daha rast gəl­mə­yə­cəm. Bu mənim həyatımın ən gözəl şansı idi, yaşadım, gördüm, duy­dum...

Son ola­raq demək istərdim ki, araşdırma apardığım zaman Ulu Ön­dərin gənc­liyində bir arzusu olduğunu - memar olmaq istəyini öyrəndim. Doğrudur, o pe­şəkar me­mar ola bilmədi. Lakin həyatının ən ali siyasi memarı oldu. O siyasi me­mar ki, Onun “şah əsəri“ müstəqil, qüdrətli Azərbaycandır! Təsadüfi deyildir ki, Heydər Əli­yev “bütün dövrlərin böyük siyasi xadimi“ kimi dəyərləndirilmişdir və bu əbə­­di ola­raq davam edəcək.

Amaliya DADAŞOVA, 

ADPU-nin Quba Filialının əməkdaşı