adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Mart 2020 13:13
51312
ƏDƏBİYYAT

Tanrının Məzahir Əhmədoğluna pıçıltıları - “Metamorfoz”

Qarşımda bir kitab var, sahibikimi ağır, samballı, zəhmli, bir az da mübhəm...bir az da qəribə...Düz 2015-ciildə "Gənclik” nəşriyyatında çapdan çıxıb, 296 səhifədən ibarətdi. Adı"Metamorfoz”, müəllifi çağdaş mətbuatımızıntanınmış publisistlərindən biri kimi tanınan, Ali Media Mükafatılaureatı Məzahir (Əhmədzadə) Əhmədoğlu! Dostluğun, səmimiyyətin, insanlığın,münasibətlərin, sevgilərin, nifrətlərin, bir sözlə hər şeyin, hətta zövqlərinbayağılaşdığı belə bir dövrdə ağır ,samballı, zəhmli, bir az mübhəm, bir az qəribə olan bir kitabı oxumağa ehtiyacvarmı? Vərəqləyirəm. Elə ilk səhifədəcə, yazıcı-publisist Loğman Rəşidzadə nəoxuyacağını, niyə oxuyacağını bir az açıq, bir az eyhamlı dillə sənə başasalır, sənə o kitabı oxumağı mütləq ehtiyac oduğunu, vacib gördüyünü anladır:

"Dan üzünün qızartısına nə vaxtsatapınmısanmı?Sevincin dadına-tamına necə, aldanmısanmı? Kədərin necə, o qoca,qosqoca kədərin nə vaxtsa şəklini çəkmisənmi?...Cəkə bilmisənmı? Xatirələr, necə,bilirsənmi nə rəngdədi? Ölmüş duyğularlabaş-başa qalanda Tanrıya deməyə söz tapdınmı, dualara tapına bildinmi?Əllərin dərgahauzananda, əllərinindən yapışan oldumu?Suallar nə qədər desən...Dünya bütövlükdəelə özüdə bir sual işarəsi deyilmi? Cavab axtarırsansa, Məzahir Əhmədoğlunuoxu!Amma bu suallar onda cavablanmaq əvəzinə yeni bir suallaşma biçimindəboylanacaq”.

Məhz elə bu sətirlərdənsonra içində gəzdirdiyin müəmmalaracavab tapmaq üçün Məzahir Əhmədoğlu ilə görüşməyə can atırsan! Görəsən, o da iki müxtəlif dünyanınsakinidir? Görəsən, o da hamıdan gizlətdiyi,adını heç özünə də etiraf etmədiyi öz dünyasına çəkilir? Görəsən, o daöz dünyasında özü olur? Qorxusuz , qayğısız, çəkinmədən ətrafın zərbələrindənqorxmadan özü ilə danışır, dərdləşir, sevinir, gülür, kədərlənir? Görəsən, görəsən,görəsən....Bir anın içində min cür sual keçir adamın ağlından.



Vəbir də hiss edirsən ki, vərəqləri oxuya-oxuya, çevirə-çevirə Məzahir müəllimlədərdləşirsən, dərdlərini bölüşürsən, bəzən müqayisə edirsən, bəzən etiraf edirsən,amma etiraz edə bilmirsən.Söz, sözə, cümlə cümləyəcalandıqca, vərəqlər çevrildikcə, L.Rəşidzadənin təbirincədesək, "Ölmüş duyğularla baş-başa qalanda Tanrıya deməyə söz tapdınmı, dualaratapına bildinmi?”cümləsinin açması ilə tanışırıq. Demək, "Metamorfoz”nın müəllifininsimasına nur, işıq, ziya boş yerdən axmayıb , xəyanət edəndostlarından inciyəndə, ona yuxarıdan aşağı baxan doğmalarından küsəndə, dərdini özündə-içində gizli saxladığı dünyasına, dərgaha daşıyıb, Tanrısı ilə tapışıb, üzləşib,söhbətləşib. Bax, elə o zaman,yaradılışından içində xəlq olan, tufanlı-qasırğalı illərin söndürə bilmədiyi nura, işığa,ziyaya bir də Tanrının mərhəmətindən ,sevgisindən doğan daha parlaq nur, işıq, ziya əlavə olunub. O həm də gücdür! O gücdür ki, çiyinlərindəki,ürəyindəki ağır yüklər, bir kəlməsi bir batman balla həzm edilməyən insanlar Məzahirmüəllimi dəyişdirməyi bacarmadı. Elə uşaqlıqdan, genetik koddan gələn hansı xarakterdədirsə, bu gün də o xarakteri daşıyır. Olduğu kimi qalıb.

Vərəqləri oxuduqca, səhifələriçevirdikcə,”Metamorfoz”un zəhminə vaqifolduqca müəllifi də kəşf edirsən. Qənaətim budu, oxuduqca qənaətim də möhkəmlənir.

"Sevginin yaşını bilən varmı? Bəlkə o doğrudan da 15-20 yaşında olur? Min illər yol gəlsə də. Sevgi bəlkətəzəlikdədir?Duyğularda köhnəlir, hisslərdə korşalır...sevgi də qocalır?Bəlkə sevgi müəmmadadır,anlaşılmazlıqdadır? ”

M.Əhmədoğlu"Sevgi məktublarıkimi...” kiçik həcmli əsərdəTanrısı ilə danışa bilməyənlərə, Tanrısını görməyənlərə,Tanrısını tanımayanlara üz tutub suallar verir. Bilir cavab gəlməyəcək, gəlsə də bəsit, gülməli bir şey olacaq. Odur ki, sevgininaçmasını da çözür, SEVGİ-nində, İSTEDAD-ın da Tanrıdan gəldiyinəoxucunu inandırır...

Vərəqləryenə çevrilir, anlaşılmazlara, mübhəmlərə, sirri xudalara işıq düşür... müəllif ciddi –cəhdlə hər cümləsindəoxucularına bayağılığı, qeyri səmimiliyi, bəsit münasibətləri içindən qırıb–qovub atmağı tövsiyyə edir, işarələrlə, qüdrətli SÖZlərlə, Tanrının verdiyi güc və bəsirətlə!

"Nostalji”sində, "Kəndin bəyaz gecələri”ində, " Siz yıxılanucalıqlar hardadır?”, "O bir şahzadəmi, başında tacı?”, "Tale oyunumu, yoxsa intihar”,"Monoloq”, "”İt ömrü”nə rekviyem” və digəryüzlərlə yaradıcılıq nümunəsində oxucuyaşüuraltı mesajlar göndərir. O mesajlarda "bir kərə sən də, daxili dünyana dön, orda özün ol, ordacirkinliklərdən arın, orda Tanrını tap, görüş, danış. Çünki Tanrı təmiz, aydın, işıqlı yerdə olur... içində tap o işığı, axtar Tanrını” .

Şair, publisist, tərcüməçi MahirQarayev Məzahir Əhmədoğlu haqqında düşüncələrini oxucularla bölüşərkən onun günümüzdə hər kəsə məxsus olmayan iç gözəlliklərihaqda belə deyir:”Mən Məzahir bəydən içərisində Ramiz Rövşənnin, Sabir Rüstəmxanlının,Eldar Baxışın, Anarın, Elcinin, Əkrəm Əylislinin, İsi Məlikzadənin yeni dərcolunmuş yazılarının qəzet-jurnal kəsikləri olan məktublar alırdım və Məzahir bəydə buna uşaq kimi sevinirdi... O sevinc nə sevinc idi ilahi? Burasını Vaqif Cəbrayılzadə"kəşf” elədi: Günlərin bir günü Bakıdan Göyçaya, Məzahir bəyin toyuna getdi vəgeri qayıdandan sonra özünün ən yaxşı şeirlərindən birini yazdı:”Qonşu toyuna dördhasar o yana oynayan uşaq”...

Onda Məzahir bəy əsla uşaq –filandeyildi, amma onun sevinci üzündə heç bir qırışığı olmayan və qonşu toyuna dördhasar aralıdan sevinməyi də bacaran həmin şeirdəki uşağın təmənnasız sevincinəçox oxşayırdı”.

"Metamorfoz” u oxuduqca gəldiyimqənaəti ifadə etmək üçün daha səlis cümlələraxtardığım vaxt tanınmış yazıçı, millət vəkili Aqil Abbasın dostu, iş yoldaşı Məzahir müəllim haqqındasöylədikləri yadıma düşdü: "...Məzahirin jurnalistikaya dəxli yoxdu. Jurnalistyazıları var, hamımız kimi o da yazıb. Amma Məzahirin özü, bütövlüyü onunpublisistikasındadı. Publisistika isə jurnalistikadan yuxarıda dayanır.Publisistika yazıçılıqdı. Əhməd bəy Ağayev, Ömər Faiq Nemanzadə, Əli bəyHüseynzadə, Mirzə Cəlil, Haqverdiyev, dahi Üzeyir Hacıbəyov... onlarpublisistikanı yazıçılıq səviyyəsindən də yuxarı qaldırdılar.
...Məzahirin nə demək istədiyini bilmək istəyirsinizsə gərək onun yazdıqlarınınhamısını oxuyasınız, çünki bütün yazıları bir-biri ilə bağlanır, yəni onundediklərində nəyi tuta bilmədinizsə, ya yazını ikinci dəfə oxuyun, ya da geriqayıdın, əvvəlki yazılarına bir də baxın. Gözəl bir şeir ağacı kimidi, onunkökü var, gövdəsi var, budaqları var, yarpaqları var, çiçəkləri var. Hamısı biryerdə gözəldi, bitib. Məzahirin publisistikası hamısı bir yerdə bir şeirdi. Gərəkonun özülünü də biləsən, budaqlarını da, çiçəklərini də və sonra da meyvəsindəndadıb ondan sonra görəsən ki, Məzahir sənə dünyanın hansı tamını verib".

"Sezarın qayıtması”, "Sfinks”,"Çətin söhbət”, "Dahi bir nostalji”, "Kanyon”, "İstanbuldaİstanbul həsrəti”, "Dağlar hara söykənsin?”, "Kəndin bəyaz yuxuları”,"Orda bir ev var, uzaqlarda”, "Soçi: təzadlar, sirlər və gözəlliklərşəhəri”, "Bu adamlar hara gedir, əllərində işıq parçası?”, "Onlar...sonbahar vurğunu”, "Buludmu olum, yoxsa ki, gəmi?”, "Şota”,"Ondan yaxşı qardaş yox idi”, "Yorulmayan ataları... dinləyin”,"Qartalı sevmək”, "Yıxılan aylara kimlər ağlayar?”, "Yarımçıqev”, "Baksovet xatirələri”, "Bir gün belə xoşbəxt olmaq”, "Adı"Forbes”ə düşməyən milyoner”, "Azəri deyirəm, Azər Abdullanı!”,"Əmircan dahisi-1”.

Əziz oxucu, bunları mütləqoxuyun, əgər iç dünyanızın, adi və fani bildiyiniz ümumi dünyanızın rəngi,mövzusu dəyişəcək. Ruhunuz arınacaq. Tanrıyla dərdələşəcəksiniz, mütləq ilahi bir varlığa ulaşdığınızın fərqində olacaqsınız...Mütləq!

Əntiqə Rəşid