adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Mart 2018 17:20
22463
MARAQLI

Tanrı varmı? - İnanmaq üçün səbəblər

Kiminsəçıxıb Tanrının varlığını bəsit şəkildə isbat edən bir dəlil göstərməyi hamınınxoşuna gələr, elə deyil? "Sadəcə, inanmağa və güvənməyə məcbursan” ifadələriyerinə əsl bir sübut... Yazının bu hissəsində sübutları sizə təqdim edəcəyik.

Ancaq ilk olaraq bunu nəzərə almağınız gərəkdir.Əgər bir adam Tanrının varlığını qəbul etmirsə, bütün dəlilləri ona qəbuletdirə bilməzsiniz. Əgər bir adam insanların Ayda gəzdiyinə inanmırsa, ona nəqədər də sübut , dəlil gətirsən, xeyri yoxdur. Astronaftların Ayda gəzişinisübut edən videolar, fotolar, Aydan gətirilən daş parçaları, bütün hamısıdəyərsizdir, çünki bu adam beyninə insanların Aya gedə bilməyəcəklərini yeridib.

Mövzu Tanrının varlığına gələndə, səmavi kitablarısübut kimi qəbul edən insanlar da var. (Romalılar 1:19-21) Digər tərəfdən,Tanrının varlığına inanmaq istəyən adamlar üçün belə deyilir: (Yeremya kitabı 29:13-14)"Məni axtaracaqsınız, ürəkdən axtaranda tapacaqsınız. Özüm sizə görünəcəyəm”."Tanrının varılığını dəstəkləyən səbəblərə baxmadan əvvəl özünüzə bu sualıverin: Əgər Tanrı varsa, mən bunu bilmək istəyirəmmi?


Tanrının varlığını dəstəkləyən səbəblər


1. Dünya tarixi boyunca müxtəlif mədəniyyətlərəməxsus insanlar bir Tanrının varlığını qəbul ediblər.

Bir adam  bütün tarix boyu gəlmiş-getmiş bütüninsanların, bütün millətlərin səhv, özünün haqlı olduğunu necə deyə bilər? Milyardlarlainsan, yəni dilləri, mədəniyyətləri, bir-biri ilə əlaqəsi olmayan insanlar birağızdan Yaradanın, Tanrının var olduğunu deyiblər. Antropoloji araşdırmalarbugünümüzdə bizdən uzaq, hətta dünyadan təcrid olmuş qəbilələrin belə bir Tanrıinancına sahib olduğunu göstərir.

2. Planetimizinqarmaqarışıqlığı kainatı təmkinli birinin yaratdığına işarə edir və hələ də onabağlı olduğunu təsdiqləyir.

Tanrının dizaynına işarəedən xeyli nümunə, hətta sonsuz sayda nümunələr var, ancaq biz sadəcə birneçəsini sizə təqdim edəcəyik.

Dünya

... ölçüsü mükəmməldir.Dünyanın ölçüsü və cazibə qüvvəsi, oksigen və azot qazlarından təşkil olunanincə bir təbəqəni yerdən 80 km yuxarıya qədər saxlayır. Əgər dünya daha kiçikolsaydı, məsələn, Merkuri kimi, onun Yer kimi atmosfera sahib olmağı mümkünsüzolacaqdı. Əgər dünya daha böyük olsaydı, məsələn, Yupiter kimi, atmosferintərkibinin çox hissəsini hidrogen təşkil edəcəkdi. Yer heyvanları, bitkiləri vəinsanları yaşada bilən, doğru bir tərkibdən ibarət atmosferə sahib olanplanetdir.

Dünya Günəşə ən doğruməsafədə yerləşir. Əgər dünya Günəşdən daha çox uzaqda olsaydı biz tamaməndonardıq. Daha yaxın olsaydı, hamımız külə dönərdik. Yer Günə. ətrafında 107min km/saat sürətlə dönəndə belə bu məsafəni qoruyub saxlayır. Buna səbəb eynivaxtda öz oxu ətrafında dönməyidir. Beləcə öz isinməyini və soyumağını təminedir.

Ayın ölçüsü vəYerdən uzaqlığı, Yerin cazibə qüvvəsinə baxanda çox mükəmməldir. Ayın hesabınaokeanlardakı sular nə durğunlaşır, nə də suyun qitələri basmağına şəraityaratmır.

Su...

Rəngsiz, dadsızvə qoxusuz... ancaq heç bir canlı onsuz yaşaya bilməz. İnsan bədənin üçdə ikisi,bitkilərin və heyvanların isə çox hissəsi sudan ibarətdir. Bəs, suyun insanüçün həyat mənbəyi olması nə ilə əlaqədardır?

Suyun donma vəqaynama nöqtəsi var. Su bədənimizdəki istiliyin sabit qalmağına səbəb olur. Sueyni zamanda kimyəvi olaraq da təsirsizdir.

Su unikal bir səthgərginliyinə malikdir. Bitkilərin, ağacların tərkibindəki su Yerin cazibə qüvvəsinəəks gələrək ən hündür bitkilərin, ağacların ən yüksək nöqtəsinə paylana bilir.Su yuxarıdan aşağıya doğru donmağa başlayır. Beləcə, su hövzələrindəki balıqlaryaşamağa davam edir.

Yerin su hissəsinin 97 faiziokeanlardır. Ancaq dünya elə bir sistemdə yaradılıb ki, bu su buxarlanır vəyenidən Yerin hər yerinə səpələnir. Buxarlaşma okeanın  sularındakı duzu təmizləyir və bitkilərəhəyat verən yağışı bizə bəxş edən buludlar əmələ gətirir.

İnsan beyni . . .

Eyni vaxtda saysız-hesabsız məlumatı saxlaya bilir.Beynimiz ətrafımızda ördüyümüz şəkilləri, rəngləri, qoxuları, ağzımızın nəmini,duyğularımızı, düşüncələrimi, hər şeyi eyni vaxtda özündə saxlayır. Eynizamanda bədənimizin fəaliyyətini tənzimləyir. Nəfəs almağımız, gözümüzü açıbyummağımızı, gəzməyimizi və s.

Bu qədər xüsusiyyətə malik olan insane beyninintəsadüf nəticəsində yarandığını necə iddia etmək olar?

ardı var...

Kampusweb.comsaytından Azərbaycan dilinə çevirdi: Emin Akif