adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Noyabr 2015 16:32
4812
ƏDƏBİYYAT

Tanınmış yazıçı Fazil Güneyin 70 illik yublieyi qeyd olundu

Noyabrın 25-də tanınmış yazıçı,əməkdar jurnalist Fazil Güneyin (Abbasov) 70 illik yubileyi qeyd olundu.Adalet.az xəbər verir ki, Azərbaycan MətbuatŞurasının və Ahıl Jurnalistlər Məclisinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdəyazıçının qələm dostları, ölkənin tanınmış siyasi-ictimai şəxsləri və mətbuatişçiləri iştirak edirdilər.

Tədbiri girişsözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıçının həyat yolu vəyaradıcılığından geniş söz açdı. Bildirdi ki, müəllif Suriya, İraq və Liviyadahərbi və mülki tərcüməçi kimi çalışdığı illərdə də ədəbiyyatımızın təbliğiistiqamətində mühüm işlər görüb. "Qara qan" kitabı ilə böyük oxucu məhəbbətiniqazanan yazıçı bu gün də öz əqidəsinə sadiq qalaraq yeni əsərləri iləxalqımızın başına gətirilən müsibətləri işıqlandırır. Bundan başqa"Yalanın gerçəkliyi" adlı kitabı ABŞ-da "Reality inLie" adı ilə çap olunub.

Ə. Amaşov yubilyarınjurnalistlik fəaliyyətinə də toxunaraq diqqətə çatdırdı ki, Azərbaycanda ilkbeynəlxalq agentliyin açılmasında xidmətləriolan Fazil Güney ölkəmizin ən çətin günlərində haqq səsimizin dünyayaçatdırılmasında əlindən gələni edib. Dövlətimiz qarşısında əməyi vəjurnalistikanın inkişafındakı rolu nəzərə alınaraq "ƏməkdarJurnalist" fəxri adı ilə təltif olunub.

Çıxışın sonundaƏ.Amaşov uğurlu fəaliyyətinə və milli mətbuata verdiyi töhfələrə görə MətbuatŞurası adından yubilyara diplom təqdim etdi.



Daha sonraçıxış edən Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, Fazil Güney əslində şərqşünas olsa da ədəbiyyat onu həmişəözünə çəkib: "Azərbaycanın ən qanlı-qadalı günlərində fəaliyyət göstərib,dünyaya açılmaq heç də asan deyil. Fazil Güney Azərbaycanı informasiyablokadasından çıxaran jurnalistlərdəndir. Onun Qarabağ münaqişəsindən bəhs edənüç cildlik "Qara qan" tarixi romanı, ədəbiyyat tariximizdə öz layiqliyerini tutmağa iddialı ədəbi yaradıcılıq nümunəsidir. Qarabağmüharibəsi haqda, demək olar ki, ciddi tarixi-ədəbi əsərlərin olmadığı birvaxtda üç cildlik trilogiya yazmaq böyük cəsarət tələb edir. Qarabağ savaşı bitməyib. Məğlubiyyətdən yazmaq həryazıçının işi deyil, çünki bizim ədəbiyyatımız qələbələr üzərində köklənib. AmmaFazil Güneyin cəsarətli qələmi hadisələri olduğu kimi gələcək nəsillər üçün bədiiləşdirib”.

Tədbirdə AzərbaycanMətbuat Şurası sədrinin müavini Umud Mirzəyev, "İrşad” İslam Araşdırmalar Mərkəzinin rəhbəri  Rafiq Əliyev, "Paralel” qəzetinin başredaktoru Tapdıq Abbas, politoloq Mübariz Əhmədoğlu, publisist Reyhan Mirzəzadə, Türk Xalqları Ümumdünya Assambleyasının rəhbəri, polkovnik Yəhya Əliyev və başqaları çıxış edərək yubilyarı təbrik etdilər, onayeni-yeni yaradıcılıq uğurları arzuladılar. Çıxış edənlər Fazil Güneyin özünəməxsusyaradıcılıq yolundan, əsərlərinin orijinal üslubundan danışdılar. Onun bir alimkimi fəaliyyətini qeyd edərək,  "MüasirSuriya romanı" və "Suriya qadın yazıçılarının əsərlərində qadınemansipasiyası" adlı monoqrafiyasını nümunə göstərdilər.

Sonda FazilGüney tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi. Azərbaycan həqiqətlərinin geniş oxucukütləsinə çatdırılmasında, gənc nəslin milli təfəkkürünün formalaşmasında bundansonra da əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırdı.

Şəfiqə ŞƏFA