adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Dekabr 2016 21:07
9108
ƏDƏBİYYAT

Tanınmış şairimiz vəfat etdi

Azərbaycanın tanınmış şairi İlyas Tapdıq vəfat edib.

Adalet.az xəbər verir ki, bu barədə şair Ayaz Arabaçı Feysbuk səhifəsində yazıb.

O, iki gün əvvəl İlyas Tapdıqla danışıb dərdləşdiyini, şairin vəziyyətinin ağırlaşdığını, bu gün isə vəfat etdiyini bildirib.

Qeyd edək ki, İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. O, Azərbaycan ədəbiyyatının həyatda olan tanınmış nümayəndələrindən biri idi.