adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Fevral 2020 09:24
23469
ŞOU-BİZNES

Tanınmış müğənnilər arasında gərgin anlar yaşandı: “Ürəyimizdə xəbislik...”

"Xəzər” TV-,nin "5/5” proqramındamaraqlı nüanslar üzə çıxıb. Əvvəlcə proqrama Könül Kərimova və Nadir Qafarzadə gəlib.Daha sonra isə Nazpəri Dostəliyeva studiyaya daxil olub. Mahnı ifa edən sənətçiverilişin aparıcısı Zaur Kamalla və N.Qafarzadə ilə görüşüb, lakin K.Kərimovailə salamlaşmayıb.

Adalet.azxəbər verir ki, proqramının 6 illik buraxılışında Xalq artisti Nazpəri Dostəliyevavə Əməkdar artist Könül Kərimova arasında gərgin anlar yaşanması bununla bitməyib.

Aparıcınıtəbrik edən N.Dostəliyeva bu sözləri də işlədib:"Verilişin uzunömürlü olsun."5/5”in açılışı bizim bağda olub. Amma verilişdə qədəm məsələsi var. Qəlbimizsaf, təmiz düz olanda qədəmimiz də gözəl olur. Ürəyimizdə xəbislik, pislik,ikiüzlülük, paxıllıq olmasa, ürəyimiz düz olsa, verilişimiz də, bütün işlərimizdə düz olar”.

Ən maraqlısı isə o oldu ki,proqram reklam fasiləsinə ayrılır. N.Dostəliyevaqonaqlarla birgə divanda əyləşməkdən imtina edir və kulisdə gözləyir.N.Qafarzadənin ifası zamanı aparıcı onu yenidən studiyaya gətirib.



Məsələbununlada bitməyib. Aparıcı Z.Kamal qonaqlarından birlikdə selfi çəkdirməyixahiş edib. Bu zaman N.Dostəliyeva "Mən gülləri suvarıram”, K.Kərimova isə"Selfidə yaxşı düşmürük” deyə, bəhanə gətirərək eyni kadra düşmək istəməyiblər.Lakin onların bu istəyi reallaşmayıb. Şəkil çəkdirən zaman N.Dostəliyeva "Selfiçəkdirmək hələ ürəkdə qalmaq demək deyil” sözlərini işlədib.

Zaur isə onlara "Mənim 6 illiyimi zay etməyin” deyə, söyləyib.Qonaqlar getdikdən sonra isə N.Dostəliyeva fikirlərinə belədavam edib:"İllər keçə bilər. Əsas odur ki, insan həyatda etibarlı, sadiqolsun. Kəsdiyi çörəyi ayaqlamasın. Heç kim üçün yox, özü, vicdanı, mənliyi, şəxsiyyətiüçün... Bax, bu, çox qəliz məsələdir”.

Qeyd edək ki, sevilən hər iki sənətci arasındakı bu küsülülük uzun müddətdirdavam etməsinə baxmayaraq izləyicilərin gözündən qaçıb və bu gün meydana çıxıb.

Əntiqə Rəşid