adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Noyabr 2019 14:02
34350
SAĞLAMLIQ

Tanınmış cərrah Kamal Yusufov – 100

Qarabağıngözü –ürəyi sayılan Şuşa tək təbii gözəllikləri, milli memarlığımızın və orta əsrlər şəhərsalmasənətinin qiymətli abidəsi, Azərbaycanın təkrarolunmaz mədəniyyət mərkəzlərindənbirikimi deyil, həmdə unikal insanları ilə seçilib. Şuşa haqqında düşünəndə adamın gözləriqarşısına bir tərəfdə dağların sinəsində məğrur dayanan doğma şəhər, digər tərəfdədə onun şöhrətini ellərə yayan şuşalılar canlanır.

Düz 100 il əvvəl belə bir şuşalı doğuldu. Bəlkədə valideynləri onun adını Kamal qoyandaheç ağıllarının ucundan keçirməyiblər ki, bu körpə gələcəkdə Azərbaycan səhiyyəsiningörkəmli nümayəndəsi, bütün ömrünü tibb elminə və insanların sağlamlığına həsretmiş tanınmış cərrah, Respublikanın əməkdar həkimi Kamal Yusufov olacaq. Yüzlərlə,minlərlə insanın yüksək ehtiramla tanıdığı bir qarabağlı kimi hörmətlə yad ediləcək.Şuşanın, Qarabağın, Azərbaycanın tanınmış tibb nəhəngləri ilə-həkim Mirzə Məmmədqulubəy Qayıbov, Mirzə Məhəmməd Qarabaği (Bağır oğlu), Azərbaycanda cərrahiyyənin əsasınıqoymuş, Avropada tibb təhsilinə yiyələnmiş Kərim bəy Mehmandarov kimi savadlı həkimlərləadı bir sırada çəkiləcək .

Düz 100 il əvvəl-27 noyabr 1919-cu ildə Şuşa şəhərində,papaqçı ailəsində anadan olan bu balaca oğlanorta təhsilini doğma şəhərində başa vurur, sonra isə Şuşa Pedaqoji Texnikumunu bitirir.1938-1939-cu ildə illərdə rayonun "kolxoz bayrağı” qəzetinin məsul katibi vəzifəsindəişləyir. Ordu sıralarına çağrılanadək Şuşanın Qusçular kənd məktəbində müəllimkimi fəaliyyət göstərir.


1939-cu ildən Belorusun Lyuboml şəhərində ordusıralarında sıravi əsgər kimi qulluq etməyə başlayrb, az sonra serjant rütbəsialır. Böyük Vətən müharibəsi başlayanda Kamal Yusufov pulemyotçu bölməninkomandiri təyin edilir. 1942-ci ilin sonlarında ağır yaralanaraq ordudan təxrisedilir. Doğma şəhərinə qayıtdıqdan sonra 2 il Şuşa Rayon İcraiyyə Komitəsinin məsulkatibi vəzifəsində çalışır.Amma oxumaq xalqının işinə yaramaq, xalqına sözün həqiqimənasında xidmət etmə Azərbaycan gənc Kamalın qarşısıalınmaz arzusu olur. Beləcə, 1944-cü ildə Kamal Yusufov Azərbaycan Tibbİnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur. 1949-cu ildəprofessor F.A.Əfəndiyevin rəhbərlik etdiyi pediatriya və sanitar-gigiyenafakültəsinə, kliniki cərrahiyyənin ordinaturasına qəbul edilir. Ordinaturanıbitirdikdən sonra, 1953-cü ilin fevral ayında Səhiyyə Nazirliyinin göndərişi iləMingəçevir şəhər xəstəxanasının cərrahiyyə şöbəsinə müdir və baş cərrah təyinedilir. Öz üzərində işləməkdən, öz sahəsində bir mütəxəssis kimibilik və təcrübəsiniardıcıl davam etdirməkdən yorulmayan Kamal həkim az bir vaxtda həm kollektivin,həm şəhər əhalisinin hörmətini qazanır. Amma yenə də tibbin sirrlərinə daha dərindənyiyələnməyi qarşısına məqsəd qoyur. Bu məqsədlə 1959-cu ildə Leninqrad həkimləriTəkmilləşmə İnstitutunda ortopediya, protezləşdirmə və travmatologiyanın əsasları,1960-61-ci illərdə Tiflis həkimləri Təkmilləşdirmə İnstitutunda torakal cərrahiyyəsi,1965-ci ildə Rusiya Səhiyyə Nazirliyinin Klinikasının proktologiya elmi-tədqiqatlaboratoriyasında proktologiya üzrə ixtisaslaşma kursları keçir.



1966-cıildə Səhiyyə Nazirliyinin təqdimatı ilə özünün yaratdığı Respublika Kliniki Xəstəxanasınınproktologiya şöbəsinə müdir təyin edilir. 1968-ci ildə Mingəçevir şəhər PartiyaKomitəsinin və ZDS İcraiyyə Komitəsinin vəsadəti ilə yenidən Mingəçevir şəhər xəstəxanasınıncərrahiyyə şöbəsinin müdiri və baş cərrahı təyin olunur.

1968-ciilin iyun ayında Kamal Yusufova tibb sahəsində əvəzsiz xidmətlərinə görə AzərbaycanRespublikası Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Respublikanın Əməkdar Həkimifəxri adı verilir. Onu da qeyd edək ki, Kamal Yusufovun əməyinin dövlət tərəfindənqiymətləndirilməsi bununla yekunlaşmır. Fəaliyyəti dövründə o, "Arxa cəbhədə rəşadətliəməyə görə” (1945), "Rəşadətli əməyə görə” (1961) medalları ilə, "Vətən müharibəsi”ordeni ilə (1985), "Səhiyyə əlaçısı” nişanı ilə, Ali Sovetin fəxri fərmanlarıilə də təltif edilir.

KamalYusufov hər bir azərbaycanlının fəxr edə biləcəyi bir soydaşımızdır. 1985-ci ilədəkRespublika Cərrahlar Cəmiyyəti idarə heyətinin və "Azərbaycan tibb jurnalı”redaksiyası şurasının üzvü olub. Ümumittifaq cərrahlar qurultayında (Moskva,1955-ci il), uroloqların 1-ci Ümumittifaq qurultayında (Bakı, 1972-ci il),Zaqafqaziya cərrahlarının və həkim-proktoloqların (Moskva, 1972-ci il) 4-cükonfranslarında nümayəndə və məruzəçi kimi iştirak edib. 1973-75-ci illərdəMingəçevir şəhər səhiyyə şöbəsinə Kamal Yusufov rəhbərlik edib. 1979-cu ildəpaytaxta-Bakı şəhərinə köçüb. 1980-ci ildən 1983-cü ilədək Respublika Kliniki Xəstəxanasınınproktologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 1983-cü ildən ömrününsonunadək həmin xəstəxananın cərrahiyyə korpusunun qəbul şöbəsinə rəhbərlikedib.

Təəssüfki, 1999-cü ilin mart ayında nəinki şuşalıların, qarabağlıların, həmçinin azərbaycanlılarınfəxr yeri olan, ömrünü insanların sağlamlığına həsr etmiş cərrah Kamal Yusufov vəfat etdi.

KamalYusufovgilin ailəsini xalqın yolundaxalqın xidmətində olan ən nümunəvi bir ailəkimi xarakterizə etmək olar.Onlar ailədəyeddi qardaş olublar. Onlardan altısı müharibəyə yollanıb, beşi geriqayıtmayıb. Cəbhədən yaralı qayıtmasına baxmayaraq Kamal özündə güc tapıb həyatadavam edib. Təkcə öz əvəzindən yox, həm də müharibədə həlak olmuş qardaşlarınınəvəzindən yaşamağı bacarıb. Həkimlik fəaliyyəti dövründə on minə yaxın (8110) cərrahiəməliyyat aparıb. Minlərlə insanın sağlamlığını, həyat eşqini yenidən özünəqaytarıb, neçə-neçə ailəni vaxtsız insan itkisinin faciəsindən xilas edib.



İstərhəkim yoldaşları, istərsə də pasienti olmuş insanlar deyirlər ki, Kamal Yusufovxəstələri yalnız dərin elmi-nəzəri biliyi, yüksək bacarığı, zəngin təcrübəsi ilədeyil, həm də özünün insanpərvərliyi - mehriban davranışı, şəfqətli baxışları,böyük ürəyi ilə sağaldıb həyata qaytarırdı. Təkcə Bakıda yox, ömrünün böyükhissəsini yaşayıb, işlədiyi Mingəçevirdədə onun xatirəsi tanıyanlar tərəfindən daim ehtiramla yad edilir.

KamalYusufov 1963-cü ildə ailə qurub. Üç övladı dünyaya gəlib. Bir qız, iki oğlan.Ailənin kiçik oğlu Rauf Yusufov hazırda atasının peşəsini davam etdirir, həkimdir.Rusiyanın Farmasintez şirkətinin Azərbaycan nümayəndəsidir. Ailənin digər ikiövladı Kamilə Ağayeva və Kamil Yusufov geofizika sahəsini seçiblər.

Kamil Yusufov Norveçin Logtek AS neft və qaz servisşirkətinin Baş Geodata Məsləhətçisidir. Kamilə Ağayeva AMEA-nın Geologiyaİnstitunun böyük elmi işçisi, geologiya və mineralogiya üzrə fəlsəfədoktorudur.

Övladlarınındediyinə görə Kamal Yusufov həkimlikdən başqa həm də çox yaxşı aşbaz olub.Vaxtaşırı, ailəsi və yaxın dostları üçün Qarabağ mətbəxinin ləziz xörəklərinibişirirmiş. Qarabağsayağı plovları xüsusi sevgilə hazırlayırmış. O, kitaboxumağı və muğama qulaq asmağı da çox sevərmiş. İstirahət günlərində radiodagedən muğam saatı verilişinin heç bir buraxıışını ötürməz, sevə-sevə dinləyərmiş.Ən çox sevdiyi məşğuliyyətlərdənbiri də övladlarını muzeylərə aparmaq və onlarla birgə tarixi abidələr olanyerləri gəzmək olub Kamal Yusufovun...

P.S

İstirahətgünlərinin birində Kamal həkim ailəlikcə Bakıda yaşayan yaxın dostunun övladtoyuna gedir. Toyda təzəcə oturub rahatlanıbmış ki, Mingəçevirdən xəstə gətirildiyinixəbər verirlər ona. "Evin yeganə övladıdı”-deyirlər- "vəziyyəti ağırdı, ağacdanyıxılıb, daxili qanaxması var”.

Kamal həkim dərhal toy mərasimini tərk edib işəgedir. Çox gərgin cərrahi əməliyyatdan sonra xəstə ölümün pəncəsindən xilasolur...

İllarsonra – bir gün Kamal həkim işdə olarkən gənc bir ailə otaxına girir. Cavanoğlan, yanında da qucağında bələk tutmuş gənc xanım. Salam verəndən sonra oğlansual dolu baxışlarını həkimə zilləyib dillənir:

Həkim,tanımadınız? Vaxilə siz məni ölümdən qurtarmısınız. Ağacdan yıxılan oğlanam,ailə qurmuşam, yanımdakı xanımımdı. Bugünlərdə oğlumuz olub, gəlmişəm ki,xeyir-dua verəsiniz, adını Kamal qoyaq...

Əntiqə Rəşid