adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Avqust 2020 11:48
83315
MƏDƏNİYYƏT

Tamaşaçıların sevimli “Zaur”unun yubleyidir - 65 yaş!

Azərbaycanınxalq artisti Fəxrəddin Manafov "Evləri köndələn yar", "İşgüzar səfər","Park", "Şeytan göz qabağında", "Ölsəm...bağışla", "Təhminə", "Otel otağı", "Dronqo","Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarıntaleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimiekran işlərilə tamaşaçıların qəlbinə yol tapmış aktyordu.

Aktyorun 65 yaşı tamam olur. O, 2 avqust 1955-ci dünyaya gəlib. Hazırda işğal altındaolan Xankəndində doğulub boya-başa çatan aktyor mətbuata müsahiblərində ənböyük arzusunun Qarabağa qayıtmaq olduğunu bildirib. 65 yaşlı aktyorun buarzusunun həyata keçməsi təkcə onun deyil, dövlətini, xalqını, millətini sevənhər bir azərbaycanlının arzusudur.

1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən F.Manafov1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik,1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib.1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1977-ciildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm"kinostudiyasında aktyor kimi filmlərə çəkilir. 1987-ci ildə Azərbaycan SSR-ninəməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarınalayiq görülub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.


Ən sevilən obrazı "Təhminə”filmindəki Zaurdur.

Qeyd edək ki, Fəxrəddin Manafov 30 ildən artıqAZTV-nin diktoru olmuş Vera (Vahidə) Manafova ilə ailəlidir. Yaxınlarda sosialşəbəkələrdə yayılan informasiya isə onların "məhəbbət hekayəsi"ni heçdə Manafovun rol aldığı filmlərdən fərqləndirmir. Bəlkə də, o rollardakıpersonajlardan daha səmimidirlər. Məlumatlarda qeyd olunurdu ki, uzun illərdirailəli olmasına baxmayaraq, cütlüyün övladı yoxdur. Hətta xanımı aktyora"Get evlən, övladın olsun" desə də, "Səndən olmayan övlad mənəlazım deyil" deyərək, bu müzakirələrə birdəfəlik yekun vurub.

Əntiqə Rəşid