adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Iyul 2018 15:25
38979
MƏDƏNİYYƏT

TAMAŞAÇILARI EKRAN ÖNÜNƏ QAYTARAN VERİLİŞ

Az-çox televiziyadan, teleməkandananlayışı olan, ümumiyyətlə, bu sahənin mahiyyətini dərk edən hər kəs birmənalışəkildə etiraf edir ki, tanınmış jurnalist Etibar Babayev kimdir və bu imzasahibi Azərbaycan teleməkanında hansı xidmətlərə imza atıb. Təkcə AzTV-də,xüsusilə "SPACE" telekanalında Etibar Babayevin Azərbaycan ekranı vəefiri üçün gördüyü işləri, həyata keçirdiyi ideyaları, müəllifi olduğu verilişlərixatırlayıb saymaq böyük bir vaxt aparar və həmin o vaxtın içərisində biz birdaha Etibar müəllimin televiziya üçün və televiziyanın da Etibar Babayev üçünbütün xüsusiyyətlərini görmüş olarıq. Bilərik ki, onlar əslində bir-biriləriüçün yaranıb, bir-birlərini tamamlayan fikir, düşüncə, həm də tam səmimi deyimki, əxlaq ünvanıdır.

Təəssüflər ki, biz bəzən yaxşıları yagörmürük, ya onları sonradan xatırlayırıq, ya da bu insanların yaxşı olmalarınıtəbii sayıb onun yanından sükutla keçirik. Lakin ən böyük hakim olan zamangec-tez o yaxşıların yerini də göstərir, özlərinin də yüz minlərdən biriolduğunu təkcə ürəyimizə deyil, həm də düşüncəmizə diqtə edir. Biz də bu diqtəilə birmənalı şəkildə razılaşırıq. Çünki bu, gerçəklikdir.

Tamaşaçıların yaddaşında Etibar Babayevhələ Dövlət Televiziyasının ekranında Azərbaycana təqdim etdiyi Türkdünyasının, bütövlükdə musiqi arenasının ünlü sənətçilərindən olan Barış Mançoilə qalıb. Mən bunu tam əminliklə deyirəm. Çünki o illərdə şəxsən mən BarışMançonun ifasını maqnitofon kasetlərindən,bir də radio dalğalarından eşitmişdim. Onu ilk dəfə məhz Etibar müəlliminverilişlərində gördüm. İllər dəyişdi və bu dəyişən illər özü ilə yaddaşaqayıdışa da bir işıq saldı. Yəni bu günlərdə ATV kanalı tanınmış jurnalist, yazısı-publisist Etibar Babayevlə bizi bir də görüşdürdü. Onunhazırladığı "Yada düşən xatirələr"adlı müəllif proqramında mən yenə unudulmaz "Unutma ki, dünya fani"deyən Barış Mançonu dinləyə-dinləyə xatirələrə baş vurdum. Tam səmimi şəkildəetiraf etmək istəyirəm ki, Etibar müəllimin bu müəllif proqramı təkcə ideyası,məqsədilə deyil, həm də təqdim etdiyi süjetlərlə, kliplərlə, hətta şəkillərləçox orijinal idi. Verilişi izlədikcəinsan elə nostalji duyğulara köklənir ki, onu sözlə ifadə etmək mümkündeyil. Sadəcə olaraq, o verilişin dünyasına sığınıb öz dünyanla həmin dünyanıeyniləşdirmək və böyük bir zaman kəsiyini dondurmaq istəyirsən…

Bəli, adətən televiziyadan, televerilişlərdənsöhbət düşəndə susmağa üstünlük verirəm. Çünki mənasız, adamı diksindirən, həttaiyrəndirən süjetlər, kadrlar, söhbətlər bir tamaşaçı kimi məni həmişə narazısalıb. Ona görə də tək-tək verilişlərdən başqabütövlükdə ekranı seyr etməkdən uzaq durmağa üstünlük vermişəm. Lakinbir təsadüf nəticəsində izləyicisi olduğum çox hörmətli Etibar müəllimin"Yada düşər xatirələr" verilişi mənim televiziya ilə bağlı həqiqətənyaddaşımda yaşatdıqlarımı yenidən oyatdı. Və mən bu verilişi sona qədər izləyibürəyimdə dediyim fikri indi mətbuat səhifəsində ifadə edirəm:

- Çox sağ olun, Etibar müəllim!Bu verilişlə, proqramla Siz həm ruhları sevindirdiniz, həm də yüzlərcətamaşaçını ekran önünə qaytardınız. İnşallah, yada düşənlər Sizə imkan verəcəkki, verilişiniz davamlı olsun!


Əbülfət MƏDƏTOĞLU