adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Yanvar 2019 13:15
13001
GÜNDƏM

Taleh Yüzbəyov: “Bəzi insanlara kəllə vurmaq istəmişəm”

Bu yaxınlarda məşhur blogger, vayner Əlixan Rəcəbov"Qınama” adlı bir video-rolik çəkmişdi. Video-rolik çoxlarının qəzəbinə tuş gəlmişdi,etirazlar olunmuşdu. Əlixanın təqdim etdiyi videoda film çəkənləri qınayan birnəfərin ifşa edilməsi göstərilmişdi.

Adalet.az məsələ ilə bağlı Taleh Yüzbəyovun fikirlərinitəqdim edir:

"Əlixanınvideosunun bu qədər etiraza səbəb olacağını gözləmirdim. Amma neçə gündürdostluğumda olanların statuslarını oxuyub, mən də Əlixanın dostu kimi bumövzuda öz fikrimi bildirmək istəyirəm. Amma maksimum obyektiv.

1. Videonunadı "Tənqid etmə" yox, məhz "Qınama"-dır. Yəni hədəf tənqidedənlər yox, qınayanlardır. Film çəkən və ümumiyyətlə kontent yaradaninsanların ən yaralı yeri məhz bu tip insanlardır. Facebook və Twitterdə birqrup insan var ki, məhz bu işlə məşğul olub, öz aralarında həmişə kimisə ələsalırlar, qınayırlar. Onlara cavab verməsən də, yazdıqlarını görüb pis olursan.Çünki hərdən insanlar həddini aşır, amma hamıya cavab verə bilmirsən. Hərdən eləsöz deyirlər, xətrinə dəyir. Məsələn, mənə bir dəfə "İnstagramqaraçısı" demişdilər, çox pis olmuşdum.

2. Hər tənqidedən izləyici tənqid etdiyi sahəni bacarmağa məcbur deyil. Bu fikirlərinizlərazıyam. Amma o insanlar heç öz sahələrində də əksər hallarda heç nəbacarmırlar. Dəfələrlə mənim reklamlarımı tənqid edənlərin reklamla məşğulolduğunu, amma ortaya uğurlu bir iş qoymadığını görmüşəm. İşgüzar insanınbaşqalarını ələ salmağa vaxtı olmur adətən. İşi ilə məşğul olur. Bu videoda isəElvinin personajı sırf tənqid etmir. Deyir ki, gətirin mən çəkim baxın. Və onabelə bir şans yaradırlar. Film çəkmək asan iş deyil. Tamaşaçıların çoxu isə heçkinoteatra gedib, filmə baxmadan çox vaxt elə pisləyirlər. Aralarında haqlısıda olur, haqsızı da. Amma çox yaxşı filmlərimiz olub ki, prokatda batıb.

3. Videodaşöyüşün olması bir çox insanı qıcıqlandırıb. Əzizlərim, internet TV deyil. VəƏlixanın kanalı dövləti kanalı deyil ki, senzura olsun. O da, mən dəvideolarımızda zaman-zaman söyüşlərdən istifadə etmişik. Və bir çoxunuz buvideoları bəyənmisiniz də. Çünki söyüşü çalışmışıq, sırf söyüş söymək üçün yox,yerində işlədək. Amma əgər videoda söyüş varsa gərək tamaşaçıya xəbərdarlıqolunsun. Mövzuya uyğun olaraq +16 və ya +18 yazmaq lazımdır. Bu videodaƏlixanın sadəcə yadından çıxıb. Bu isə texniki səhvdir.

4. Sillə məsələsi.Sillə mənim üçün də gözlənilməz oldu. Əlixana da dedim ki, sərt finaldır bu.Amma bir çox film çəkən və kontent yaradan insanların əminəm ki, ürəyincə oldu.Bu bir günün aqressiyası deyil. Elə vaxt olub, bəzi insanlara sillə nədir, kəlləvurmaq istəmişəm. Çünki bayaq dediyim kimi insanlar bəzən tənqid və təhqiri səhvsalırlar, yaxşı gördüyün işə susub, sənin hansısa səhv etməyini gözləyib,hücuma keçirlər. Və elə bilirlər ki, ağızlarına gələni deyə bilərlər, sən məşhursansahər şeyə dözməlisən. Xeyr, əzizlərim. Məşhur olan insan hər şeyə dözməyə məcburdeyil. Yəni insan məşhur olsa da insandır. Sənə ağır gələn sözlər ona da ağır gəlir.Hər izləyicinin də ağzına gələni deməyə haqqı yoxdur. İnternetin verdiyi buimkanı zəhər tökməyə istifadə edənlər isə ürəyin istəyən qədər. O sillə dəaylarla yığılmış əsəbin, hər qınayan insana cavab verə bilməmək imkanının nəticəsidir.Məsələyə bir az da bu tərəfdən baxın”.