adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 May 2019 15:23
15360
ƏDƏBİYYAT

TALE FİLMİ-"MİLLƏT YADDAŞININ KEŞİKÇİSİ"

Annotasiya:

Ssenari müəllifi:-RafaelHüseynov

Qurluşçurejissior:- Rafael Hüseynov

Tərtibçi rəssam:-Rafael Hüseynov

...

...

Mətni səsləndirir:-Rafael Hüseynov

Bakı, "Elmvə təhsil", 2018

"Məhəbbət vəminnətdarlıqla

AzərbaycanParlamentinin 100 yaşına və Məclisi-Məbusanı şərəf tariximizin parlaq səhifəsinəçevirmiş qurucu babaların işıqlı xatirəsinə ithaf edilir"

Tanıtım:

"Görkəmlipedaqoq, publisist, mətnşünas, milli mətbuat tarixinin misilsiz araşdırıcısıŞirməmməd Hüseynovun uzun ömrü boyu layiq görüldüyü çoxlu təltif vəmükafatların sırasında "Qızıl qələm " də var. Əslində qızıl qələmifadəsi və anlayışı bu mükafatsız da Şirməmməd müəllimin bütün yaradıcılığınaaid edilə bilər. O, Azərbaycan istiqlal tarixinin qızıl səhifələrini və parlaqşəxsiyyətlərini dərindən öyrənərək bütövlüyü ilə xalqa təqdim etmək yolundagenişmiqyaslı fəaliyyət göstərir. Araşdırmaları və nəşrləri ilə o, Həsən bəy Zərdabi,Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Əhməd bəyAğayev və digər millət fədailərinin şəxsiyyətivə irsinin daha yaxşı tanınması üçün mötəbər təməllər yaratmış, cümhuriyyətdövrü milli parlamentimizin şanlı səhifələrini müasir və gələcək nəsillərəçatdıran qiymətli kitablar silsiləsi ortaya qoymuşdur. Azərbaycanın elmi və ədəbimühiti, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab tanınmışalim və pedaqoq, Əməkdar jurnalist,professor Şirməmməd Hüseynovun ömür və yaradıcılıq yoluna həsr edilir".

Yəqin mütaliəsi yerində və ya qənaətbəxşolan oxucu söhbətin kimdən və nədən getdiyini yuxarıda səsləndirdiyim qeydlərdənbaşa düşdü və sonrakı qeydlərimi oxumağa davam edəcək. Söhbətin kimdən və nədəngetdiyini ilk sətrlərdən çözə bilməyib fikrə gedənlər üçün isə deyirəm. Müraciətobyektim əsərlərini böyük şövq və ilhamla yazan və mənim də onları sevə-sevə, həmdə təkrar-təkrar oxuduğum akademik Rafael Hüseynovun "Millət yaddaşınınkeşikçisi" kitabıdır. Bu kitabıtarixi sənədli film adlandırmağım da təsadüfi deyil. Mən qənaətlərimi sizinləbölüşəcəyəm.

Fitri istedadın, bulaq kimi çağlayan şəffafvə təbii ilhamın işığında, ana südü qədər saf, doyumlu və duyumlu dilləyazılmış bir əsər oxucusunun fikrini yeni-yeni çalarlara yönəldə, azından onundərkini və rəyini göz kimi "qamaşdıra" bilər.

Bu yöndə yazılmış "Millətyaddaşının keşikçisi"ni oxuyub sona çatdıqdan sonra uzun müddət tarixinyaddaşına rişələnmiş fikir və xəyallarımı ələ ala bilmədim və mənə elə gəldiki, mən kitab oxumamışam, stolumun üstündəki də çox qiymətli məxəz-kitab deyil.Mənə elə gəldi ki, mən əvəzsiz pedaqoq, publisist və tədqiqatçı alim, böyük hərflərləyazılan qeyrətli VƏTƏNDAŞ Şirməmməd Hüseynov haqqında ekranlaşdırılmış tarixi sənədlixronikaya-filmə baxmışam.

Ona görə də məni məzur görün, filməbaxmışam deyəndə yaddaşınızda Rafael Hüseynovun "Millət yaddaşınınkeşikçisi” kitabı mütaliənizin işığında səhifələnsin.

Bəri başdan bir məsələyə də aydınlıq gətirməkistəyirəm. Soyadlar (Şirməmməd Hüseynov-Rafael Hüseynov) düşüncələrinizi düzyolundan sapdırmasın. Onlar nə qardaşdırlar, nə əmioğlanları. Soyadlarının eyniolması tam təsadüfidir. Bizdə "ad bostandır" deyimi var, məncəsoyadların da "bostan" kimi qəbuledilməsi anlaşılan və başa düşüləndir. Onlar heç bir bölgəni də təmsil etmirlər.Hər hansı bir qohumluq münasibətləri də yoxdur.

Sözümün canı var. Onları birləşdirən xətlərvə paralellər isə Rafael Hüseynovun Şirməmməd Hüseynov haqqında "tarixi sənədlifilm" əmələ-ərsəyə gətirməsi vətəndaşlıq, şərəf, vicdan, milli dəyərlərəsahiblik, varislik və ənənə məsələsidir. Əsərin məni sehrləməsinin bir səbəbi dəRafael Hüseynovun millət və tarix qarşısında gördüyü bu işin-bu kitabıyazmasının bir səbəbi də onu bir nəfəsə, böyük sevgi və məhəbbətlə yazmasıda-Şirməmməd müəllimə-böyük ustada olan xələflik borcunun məsuliyyətindənqaynaqlanır.

Kitabın özəllikləri çoxdur. Ən ümdəsidə bədii publisistika ilə ictimai siyasi publisistikanın sintezində fikir və qənaətlərintəzahür etməsidir. Bədii təsvir və ifadə vasitələrindən yetərincə, həm dədüşünülmüş və məqsədyönlü şəkildə istifadə olunması müəllifin yüksək peşəkarlığındanvə onun böyük söz sahibi olmasından xəbər verir. "Millət yaddaşınınkeşikçisi" adın özü obrazlı deyilmi? Məncə, əsərə verilən bu ad böyükustad Şirməmməd müəllimin fəaliyyətini dəyərləndirən meyarların sözünyaddaşındakı əksidir.

Kitabın dili-müəllifin təhkiyyəsi o qədərşirin və məlhəmanədir ki, çox asanlıqla və usdufca oxucunun qolundan tutub onutarixi keçmişimizə aparır, anlatmaq və aşılamaq istədiklərini sərgilədikdənsonra, bu günümüzə qaytarır, əsas mətləblərini pıçıldayır və bənzərsizustalıqla onu gələcəyə hazırlayır və yoluna işıq tutur. Bu, həm də əsərinkompozisiyasını şərtləndirir.

Bizdə bir deyim var. Dili şirin,düşüncəsi sağlam, sözü-söhbəti canlara yağ kimi yayılan birisi haqqındadanışanda, rəy bildirəndə deyirlər ki, ondakı o dil var ha, ilanı yuvasındançıxardar. Rafael Hüseynovun da dilibarmaqla sayılacaq qədər yüksək ranqlı natiqdilidir. Yəni, şəkililərin təbirincə desək, "ilanı yuvasındançıxardan" dildir.

Tarixi faktlar-gerçəklik, həyat hadisələrivə surətlər yüksək mizan-tərəzidə verildiyindən əsərin mövzu və ideyası oxucunurazı salır, həm də düşünüb-daşınmaq, özünü yaxşılıqlara: doğruculluğa, düzlüyə,mərdlik və mübarizliyə, millət və xalq sevgisinə səfərbər olunmaq üçün fakt vəzaman ayırır. Elə buradaca qeyd edim ki, kitaba daxil edilmiş foto şəkillər (üzqabığının 1-4-cü səhifəsində 59, iç səhifələrdə isə 78 foto şəkildən istifadəedilmişdir.) təsadüfi xarakter daşımır. Onlar Şirməmməd Hüseynov obrazınıtamamlayan, onun kimliyini, hardan gəlib hara getdiyini bələdləyən nümunələrdir."Millət yaddaşının keşikçisi"nin portretini Rafael Hüseynovun dili iləxatirə boxçalarının düyününü açır və oxucularını da xatirələr gülşəninəqanadlandırır.

Mövzunun böyüklüyü və genişliyi başqabir söhbətin əsası ola bilər. Axı eyni mövzuya müxtəlif baxış bucaqlarından,müxtəlif prizmalardan, müxtəlif meyar və dəyərlərlə yanaşma nümunələrimövcuddur. Onun sələfləri on illərdir ki, öyrənilir, ancaq yenə də onlar öyrədir və bu missiyalarını bu gün dədavam etdirirlər.

Rafael Hüseynov kiçik qardaşın böyükqardaşa "Həsən bəy Zərdabinin Mirzə Fətəli Axundzadəyə ünvanladığı məktubunuxatırlayaraq yazır: "Möhtərəm Mirzə Fətəli! Yazırsınız ki, yaşınız yeni əsəryazmağa imkan vermir. Çox heyf!

... Dincəlmək istəyirsinizsə, Allahsizə rahatlıq versin! Amma düşünməyin ki, xalqın maariflənməsi bir məqalə, yapyeslə alına bilər. Xeyir, burada qat-qat artıq əzab-əziyyət var ki, bir, ya həttaon rəhbərin də ömrü və zəhməti buna azdır. Bəlkə sizi dayandıran odur ki, axıniyə başqası deyil, siz çalışmalısınınz, özü də havayı və bir "sağol" eşitməyə ümid olmadan. Belə halda izah etməyi vacib bilirəm ki, söhbətxalqa məhəbbətdən, bəndəyə məhəbbətdən, nadanları maarifləndirməkdən gedirsə,bu suala yer yoxdur. Kim bizlər kimi xalqın, həm də bu avam xalqın maariflənməsinəömrünü həsr edirsə, onu belə düşüncədayandırmamalıdır. O özü mükafatını tapır, vicdanını paklaşdırır".

Rafael Hüseynovun tərəddüd etmədən gəldiyiqənaət isə belədir: "Professor Şirməmməd Hüseynov bir ömürdür ki, beləcə,babasının tapşırdığı kimi vicdanını paklaşdırmaqla məşğuldur!.."Vicdanının paklaşması isə "İşıqlanmaq ehtiyacı" və "Bir qutuxatirə"nin işığında fokslanır.

Rafael Hüseynov polad yaddaşının xalq,Vətən yolunda şam kimi əridənləri və böyük mənəvi miras qoyub gedənləri məhəbbətləxatırlayır, onların gəldikləri qənaətlərə sığınaraq, çağdaş ziyalılığa da özmünasibətini bildirir: "Çalxantılı zəmanədə millətin ayaqlarının torpaq üzərində,yeniləşən dünya içərisində möhkəm yer tuta bilməsindən ötrü, keçmişləriyerli-yataqlı, olduğu kimi bilməsinin vacibliyini hiss edən uzaqgörən MəhəmmədƏmin Rəsulzadə etibarlı övlad canıyananlığı ilə yurdunun aydınlarına səslənirdi".

"Türk tarixi tarixlərin ən az tədqiqolunmuşu, ən az öyrənilib yazılmışıdır.

Bu xüsusda biz azərbaycanlılar hamıdançox işıqlanmaq ehtiyacındayıq"

Müəllifin qənaətincə bu vəsiyyətləriŞirməmməd müəllim bütün fəaliyyəti ilə, həm də, yüksək səviyyədə, kimsəninyerinə yetirə bilməyəcəyi dəqiqlik və sevgiylə həyata keçirir.

"... hər kəs yaxşı-yaman daşdaşımaq imkanındadır.

Vətən daşını daşıya bilmək isəağırlardan ağır əməkdir və burada ortabab, alababat söhbətinə yer yoxdur.

Millət naminə nə edirsənsə, ali səviyyəliolmalıdır.

Vətənin daşını çiynində yox, ürəkdədaşıyırlar!

Vətənin daşını çəkə bilməkçün ilk növbədəböyük hərflərlə VƏTƏNDAŞ olmağın vacibdir.

Üstəlik, ürəyində gərək xalqına sonsuzsevgi daim nəbz kimi vura, qan kimi damarlarından axa.

Millətə və torpağa sədaqət, fədakarlıq,dözüm, ardıcıllıq, təpər, görəcəyin işlərin böyüklüyü və kiçikliyindən asılıolmayaraq, bir saniyə belə səngiməyən məsuliyyət, cavabdehlik hissi, üstəlik dəəməlinin bəhrələrini hər kəsin qəlbinə yata bilməsindən ötrü bilik, zövq, şövq,qaynar həvəs, yorulmazlıq və yüksəkdən-yüksək peşəkarlıq".

Rafael Hüseynov daş daşımağın " zəhmətlərinən ağırı, fəhlə işlərinin ən çox güc istəyənlərindən" olduğunu təsdiqləməkləŞirməmməd müəllimin fəaliyyətinin daha ağır, daha çətin, daha şərəfli işlə məşğulolduğunu, xalqın ehtiyaclarını ödəmək istiqamətində yazıb yaratdıqlarını dəyərləndirirvə göstərir ki, Şirməmməd Hüseynov "yazılmalı olanları yazıb vəyazır"

"Milli haqq və ədalətaxtarışında" (Bakı, "Adiloğlu", 2004), "Mətbu irsimizdən səhifələr"(Bakı, "Çənlibel", 2007), "Publisistik miras və müasirlik".(Bakı, "Elm", 2007),"Müstəqilliyin çətin yolu... Reallıqlar,düşüncələr" (Bakı, "Elm", 2009), "Üzeyir Hacıbəyli Nəşrlərdəkənarda qoyulmuş mətbu əsərləri" (İki cilddə, Bakı, "Elm", 2009,2010), Məhəmmədəmin Rəsulzadə. Əsərləri" ( Beş cilddə, Bakı, "Təhsil",2014), "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər"(Üç cilddə, Bakı, "Qanun", 2015, 2016, 2017).

Müəllif göstərir ki, xalqların və millətlərinonları yaxşı xalq, kamil millət edəcək kitablara da həmişə ehtiyac olub, buehtiyac heç vaxt da tükənməyəcək.

"Şirməmməd Hüseynov bu qəbilkitabları xalqınkı,millətinki etməklə məşğuldur".

Rafael Hüseynov yazır: "Şirməmməd müəllimin hərçıxışı, hər yazısı, hər kitabı və osıradan bu cildlər ("Azərbaycan" qəzetində "parlamenthesabatları və şərhlər" üç cildliyi nəzərdə tutulur-R.O) heykəllərdir."

RafaelHüseynov bir qədər də irəli gedərək, inamına sığınaraq ürəyinin başında düyümlənənvə közərən istəyini dilə gətirir və sanki böyük ustada təsəlli və təskinlik verərəkdeyir: "Gördüyünüz çoxlu və çox faydalı işlərlə siz çağdaş gəncliyin millişüurunun oyanmasına güclü təsirlər göstəribsiniz. Tarix və qananlar bunun qiymətini əlbəttə ki, verəcək!"

Rafael Hüseynov isəçoxsaylı pərəstişkarları ilə üz-üzə, göz-gözə akademik natiqliyini davam vəinkişaf etdirərək gur səsi ilə səslənir: "Tanrı, tale, tarix ŞirməmmədHüseynov kimi fövqəladə insanları millətə göndərir ki, cərəyan ötürən naqilə çevrilsinlər,qoymasınlar yaddaş qırılsın, imkan verməsinlər keçmişlə rabitələr kəsilsin.

Şirməmməd Hüseynov milliyaddaş daşıyıcısı, bir mənəviyyat körpüsüdür. Azərbaycanın dünəniylə indisi,istiqlalımızın qaynaqları ilə istiqbalımız arasındakı körpü."

Rafael Hüseynov birtarixi gerçəkliyi də göstərir ki, millətitarix sınaqlarından zədəsiz çıxaran, həmişə ayaq üstə saxlayan, güclü edənsə məhztarixi yaddaş, belə sarsılmaz (Şirməmməd Hüseynov kimi-R.O) körpülər olub.

Rafael Hüseynov bir qənaətinidə sidq-ürəkdən oxucuları ilə bölüşür ki, xalqını xoşbəxt edə bilmək üçün hər məhrumiyyətəqatlaşmağa hazır olmuş və bunu möhtəşəm yolu və gələcəkdəkilərə ərməğan etdiyiistiqlal irsi ilə sübut etmiş Məhəmməd Əmin Rəsulzadəni ömrüm boyunca heç kəsləmüqayisə edilə bilməyəcək qədər atəşin məhəbbətlə sevən iki nəfəri görüb:

"Biri mərhum doktorCavad Heyət, biri də fövqəladə müasirimiz Şirməmməd Hüseynov".

Siyasi müstəvidə gündəmdəolan hər kəs üçün gün kimi aydındır ki Şirməmməd Hüseynov millətin mühümdən-mühümişıqlanmaq ehtiyacını qarşılamaqdan ötrü ürəyini şam kimi yandırıb, ömrünübağışlayıb.

Xatirə qutusunu açıb şəkilləribir-bir sərgiləyərək Rafael Hüseynov Şirməmməd müəllimin həyat yolunun şəkillərinyaddaşında qalan anlarını heyranlıqla təqdim edir. Hər epizodu hər adama görünməyənbu tale filmində-"Millət yaddaşının keşikçisi"ndə müəllifin gəldiyi əsasnəticə isə belədir: "Şirməmməd Hüseynovun kimliyini ən dəqiq ifadə edən təksöz elə MÜƏLLİM kəlməsidir"

Əmək fəaliyyətinə müəllimkimi başlayıb. Məqalə və çıxışlarında,araşdırmalarında və kitablarında da milli mətbuatımıza, onu yaradanlara,Demokratik Cümhuriyyətə və onun qurucularına, millətə, xalqa və Vətənə olansevgisində də özünü böyük hərflə yazılan MÜƏLLİM kimi təsdiqləyib.

Rafael Hüseynov dabinlardan oxucularına ağızdolusu, fərəhlə söhbət açır, tale filminin kadrları dəyişdikcəbələdçilik əzmini bir az da dərinləşdirir.

Böyük Azərbaycan ziyalısıŞirməmməd Hüseynovun ömür salnaməsi olan bu filmin görünməyən kadrlarını,eşidilməyən səslərini isə tükənməyən enerjisi və məhəbbətlə əmələ-ərsəyə gətirdiyiəsərləri söyləyir.

Elə burada ömür yolunun50 ildən çoxunu bir yerdə çiyin-çiyinə keçirdiyi, əqidə və məslək yoldaşı,unudulmaz Bəxtiyar Vahabzadənin məşhur "Muğam" poemasından o yanıqlımisraları xatırlayıram:

Daşürəklərdə yanıb daşları sındırdı muğam.
Haqqa düşmən olanı haqqa tapındırdı muğam.

Nə gümaneyləmisən ondakı tilsimləri sən,
"Kürü ahıyla qurutdu”, "Salı yandırdı” muğam.

Onun hər guşəsibir xatirə, bir canlı kitab,
Keçilən yolları hərdən bizə andırdı muğam...

Çox kitablaroxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

Və birdən mənə elə gəldi ki, böyük şair bir sıra əsərlərinin mövzusunuvermiş Şirməmməd müəllimə "Muğam" deyərək səslənir. Xəyallardan özüməqayıdan kimi deyirəm ki, yox, Rafael Hüseynov tale filmi ilə oxucularına çox mətləbləri-Şirməmməd Hüseynovun kimliyini ahəstəcə anlatdı.

Müəllifin ŞirməmmədHüseynovdan gətirdiyi dördcə kəlmə sözü də dilə təqdim edirəm:"Maraqlananlar üçün faydasız olmaz".

Hələlik burada çox hörmətliRafael Hüseynovun "Millət yaddaşının keşikçisi" kitabının üzqabığının son səhifəsində oxucularına ünvanladığı akademik sualına oxucucavabımla nöqtə qoymaq istəyirəm:

-Şirməmməd ustadın yaşıbir əsri haqlayır və bu uzunluqda ömür boyunca daim millət eşqi ilə, yurdafayda verməklə yaşamış, həmişə göründüyü kimi olub, olduğu kimi də görünmüşdaha neçə həmvətənimiz var?

-Hər kəsin bir əlininbarmaqları ucunda saya biləcəyi qədər?!.

Ramiz Orsər