"Taksi sifariş etdiyiniz zaman fərqli avtomobil gəlsə..." - AYNA-dan müraciət
Taksi şirkətləri tərəfindən tez-tez saxtakarlıq halları ilə qarşılaşırıq. Tətbiqdə qeyd olunan avtomobil yerinə başqası gəlir yaxud sürücü başqasının adı ilə qeydiyyatdan keçir.
Mövzu ilə bağlı Azərbaycan Yürüstü Nəqliyyat Agentliyindən Adalet.az-a bildirilib ki, sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə bağlı AYNA tərəfindən taksi sifarişi operatorları ilə görüşlər keçirilib:
“Onlara bu kimi halların qarşısını almaq üçün proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb.
Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur”.
Qeyd edilib ki, AYNA informasiya sistemində "E-taksi" alt sistemi mövcuddur:
“E-taksi alt sistemi vasitəsilə sifariş ötürülən nəqliyyat vasitələrini, nəqliyyat vasitələrinin sürücüləri, həmcinin onların iş saatı barədə məlumatları görmək mümkündür. Operatorlar icazəsi olmayan maşına və sertifikatı olmayan sürücüyə sifariş göndərə bilməzlər. Sifariş ötürüldüyü təqdirdə həmin qayda pozuntuları “E-taksi” alt sistemdə əks olunur. Bununla da taksi sifarişi operatorları və daşıyıcılar barəsində inzibati tənbeh tədbirləri görmək mümkündür”.
Digər Xəbərlər
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21
Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” - VİDEO
25 Mart 2026 10:34
“Vətəndaş avtomobili alır, ondan sonra yollarda maşın sürməyi öyrənməyə başlayır”
23 Mart 2026 09:33


Bakı -°C

