Taekvondoçumuz dünya çempionu oldu
Tunisin Hammamet şəhərində keçirilən taekvondo üzrə gənclər arasında dünya birinciliyinin üçüncü gününə yekun vurulub.
Adalet.az-ın xəbərinə görə, yarış Azərbaycan milli komandasının və "Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev üçün uğurlu alınıb.
Gənc idmançı bütün rəqiblərinə qalib gələrək dünya çempionu adına yiyələnib. 63 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Cavad öncə Pakistan, ABŞ, Cənubi Koreya, Efiopiyadan olan rəqiblərini idmançıları yarışdan kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib. Bu mərhələdə iranlı idmançıya qalib gələn Ağayev finalda italiyalı taekvondoçu ilə üz-üzə gəlib.
Gərgin keçən həlledici döyüşdə də qələbə qazanan təmsilçimiz yarışın qızıl medalına sahib olub. Bununla da Cavad həm dünya çempionu olub, həm də rəqibinə bir neçə gün öncə lisenziya xarakterli turnirdəki məğlubiyyətin əvəzini çıxıb.
Digər Xəbərlər
04 May 2024 13:37
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06