Tacikistan prezidenti Azərbaycana səfər edəcək
Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb.
Qeyd edək ki, nazirlərin görüşü Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində baş tutub.
“Nazirlər həmçinin mayın ikinci ongünlüyündə Azərbaycanda Tacikistanın mədəniyyət günləri, Tacikistan kinosu günləri və Azərbaycan-Tacikistan biznes forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə XİN-dən bildirilib.
Həmçinin, beynəlxalq gündəm məsələləri də müzakirə edilib.
Digər Xəbərlər
18 Mart 2026 17:50
Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM
18 Mart 2026 13:41
"Mövcud vəziyyətdə İran generalları və siyasi liderlər sağ qalmaq üçün..."
18 Mart 2026 12:35
Azərbaycan səfiri Türkiyəni təbrik etdi
18 Mart 2026 10:56


Bakı -°C

