adalet.az header logo
  • Bakı -°C
06 Iyul 2026 09:24
124
SİYASƏT
A- A+

“Netanyahu ABŞ-nin Türkiyəyə F-35 təyyarələri verməsinin əleyhinədir...”

“Türkiyədə keçiriləcək NATO zirvə görüşünə ABŞ Prezidenti Donald Tramp da qatılacaq. D.Tramp bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğana görə bu sammitdə iştirak edir. Həmçinin Türkiyəyə F-35 təyyarələrinin verilməsi prosesinin bərpa oluna biləcəyini qeyd edib. ABŞ prezidentinin Türkiyəyə səfəri çərçivəsində ciddi razılaşmaların əldə olunacağı mümkün ola bilər”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Trampın Türkiyəyə səfəri fonunda İsrailin Baş naziri B.Netanyahu onunla telefonla danışıb:

“B.Netanyahu ABŞ-nin Türkiyəyə F-35 təyyarələri verməsinin əleyhinədir. Həmçinin ABŞ-Türkiyə yaxınlaşmasının qarşısını almağa çalışır. B.Netanyahunun D.Trampdan F-35-lərin Türkiyəyə verilməməsini xahiş etməsi istisna deyil. D.Trampa növbəti zəng edən Rusiya Prezidenti V.Putin olub. V.Putinin NATO zirvə görüşünə kölgə salmaq və D.Tramp–V.Zelenski görüşünə təsir göstərmək məqsədilə zəng edib. O, Rusiyanın Ukraynada irəliləyişlərini D. Trampın diqqətinə çatdırıb. Bu, təsadüfi deyil. D.Tramp dəfələrlə Rusiyanın Ukraynada üstünlük əldə edə biləcəyini bildirib və Ukraynaya göstərilən mümkün yardımların nəticəsiz qalacağını vurğulayıb. Bu baxımdan V.Putinin D.Trampın Ukraynaya yanaşmasına təsir göstərməyə və NATO-nu hədəfə almağa çalışır. Həm B.Netanyahu, həm də V.Putin yalnız öz maraqları kontekstində D.Trampla danışıblar. Hər iki lider D.Trampın onların təsirinə düşəcəyindən əmin olduğu üçün onunla danışıblar. D.Trampın ABŞ-nin milli maraqlarını üstün tutacağı, yoxsa V.Putin və B. Netanyahunun təsirinə məruz qalacağı sammitin gedişində daha aydın görünəcək. Görünən odur ki, hər iki lider həlledici NATO sammiti ərəfəsində D.Trampa təsir göstərməyə çalışıb. D.Trampın onların təsirinə düşməsi ehtimalı da istisna deyil”.

Vasif ƏLİHÜSEYN