adalet.az header logo
  • Bakı -°C
10 Iyun 2026 15:35
71
MARAQLI
A- A+

Bağa baxarsan...

Bakıda bir- birindən gözəl parklar çoxdur. Və o parklara da çoxlu sayda insanlar istirahət edirlər. Bakıda belə parklardan biri də Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsində olan, daha doğrusu " Fatimeyi - Zəhra" məscidinin yanındakı parkdadir. Burda bir- birindən gözəl ağaclar, güllər, çıçəklər var! Adam bu gözəlliklərə baxdıqca bir də baxmaq istəyir...

Ağacların açdığı güllər, qızılgülün ətri, otların arasından baş qaldıran sarı çiçəklər... adamı  məst edir! Nə gözəl!!  Və bu gözəllikləri yaradan, onlara xidmət edən , balası kimi onlara sevgi göstərən Fikrət qardaşımız var ! O, hər gülün, hər çiçəyin, hər otun dilini bilir! Və güllər də Fikrətin dilini bilir. Hər gün səhər saat 7- də bu gözəlliklərə qulluq edir, su verir, otların üstünə və parka atılmış tullantıları təmizləyir və orda səliqə-sahman yaradır! Bax , peşəyə olan məhəbbət belə olur...

Fikrət qardaşımız həm də Qarabağ qazisidir!!! Onu səhər saatlarında güllərə , çiçəklərə qulluq edərkən  gördük və işbaşında da onun şəklini çəkdik! Dedik ki, qoy insanlar görsün ki, bu Qarabağ veteranı öz peşəsini neçə ürəkdən sevir.Ona görə də bu park Cənnətə oxşayır...  

Və biz də Məhəmməd qardaşımızla  idman edir , dincəlir , bu gözəlliklərdən zöy alırıq. Amma gərək parka gələnlər də  oranı çirkləndirməsin və bu gözəllikləri qorusunlar. Təəssüf ki, bəzən insanlar oturacaqda əyləşəndə tumu çırtlayıb otların arasına atır, siqaret kötüyünü və əllərində olan tullantıları yerə atırlar.Ona  görə də bu gözəlliyi hamı qorumalıdır!!

Emil FAİQOĞLU