adalet.az header logo
  • Bakı -°C
26 May 2026 12:00
64
SİYASƏT
A- A+

“O şəhidlərin böyük əksəriyyəti dünyada xüsusi nüfuzu olan türk hərbi məktəblərindən məzun idi”

“Azərbaycan və Türkiyə tarixin bütün dövlərində eyni ritmdə nəfəs alıblar. Hətta SSRİ dövrünün 70 ilinin dəmir pərdəsi də “VEF”-dən gələn, qısa dalğada TRT kabelindən gələn türk qızının “Türkiyənin səsi Radiosu” şüarı insanların qəlbinə nüfuz edirdi.Azərbaycan özünün dəyişdirilmiş genini və yönünü sanki 70 il qonşuluqdakı qardaşa əmanət edibmiş kimi, 80-lərdə böyük bir milliləşmə ilə özünə dönməyə cəhd edirdi”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

O, bildirib ki, səhifə çevrilmiş, Azərbaycan Sovet oxucusuna tanış olan Yaşar Kamal, Əziz Nesin, Orxan Kamal, Rəşad Nuri Güntəkinin kirill əlifbası ilə uyğunlaşdırılan dili orijinala qayıtmış, nostaljisi o qədər güclü olmuşdu ki, sanki Azərbaycanda yeni bir Türkiyə inşa edilmişdi:

“Türkiyə ilə qardaşlığın tarixi sosiologiyası qanla da süslənmişdi. Bakının azad olunması uğrunda şəhid olan türklərin, Çanaqqalada özünü qurban verən azərbaycanlıların izi və qanı var bu torpaqlarda. Bizimki şəhid qardaşlığıdır. Ən son dəfə Bakı Vətən müharibəsi dövründə bu məsələ ilə bağlı üç vacib mərhələ yaşadı. Birinci hadisə F-16-larla bağlı yaşanan proses idi: Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev II Qarabağ savaşı zamanı Frans-24 kanalına verdiyi müsahibədə bu təyyarələrlə bağlı demişdi: “Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. Türkiyənin F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil olmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu il pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil”.İkinci mühüm hadisə 2020-ci il Qələbə Paradı idi”. 

Politoloq deyib ki, İkinci Qarabağ müharibəsində qazanılan böyük qələbə şərəfinə 10 dekabr 2020-ci ildə Azadlıq Meydanında təşkil olunmuşdur:

“Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan paradda Azərbaycan Prezidenti İlham Əliyev ilə bərabər iştirak edərək iki ölkənin qardaşlıq rəmzinə çevrilmişdilər.Üçüncü hadisə isə....Bu olayın rəqəmləri məlum deyil, əlbəttə vacib də deyil. Çünki həqiqətdir və ağırıdıcıdır. Üzərindən 6 il də keçsə, 60 il də ötsə, soyuq məzar daşları şəhidlərin isti hekayələrini daim daşıyacaqdır. Aprel döyüşlərində, Vətən müharibəsində və antiterror əməliyyatlarında yüzlərlə xüsusi təyinatlı azərbaycanlı şəhadətə ucalmış oldu. Onların böyük əksəriyyəti dünyada xüsusi nüfuzu olan türk hərbi məktəblərindən məzun idi və o komutanların öyrəniciləri qəhrəmanlıq salnaməsi yazmaqla iki xalq arasında güclü hərbi ənənəni müasir dövrə, tarixə və gələcəyə daşımış oldular. Necə demişdi Rəfiq Zəka Xəndan:İstanbulda bir cocuqla konuşdum,Elə bildim ki, Xəndanıma qovuşdum.

Adın nədir, soyun nədir — soruşdum,
“Ər oğlu Ərkəm,” — dedi,
“Soyadım Ötkəm,” — dedi.
“Babam türkdür, anam türk,
Türk oğlu türkəm,” — dedi”.

Vasif ƏLİHÜSEYN