Bu manısların əlindən
Bu gün ölkəmizdə hansı özəl televiziya kanallarını açırsan orada manısları görmək olar. Elə bil ki, bu ölkəmin heç bir problemimi yoxdur. Elə bircə bir dərdimiz var, o da manıslardan ibarətdir.
Səhər manıslar, günorta manıslar,axşam yenə manıslar! Tay televiziyaya baxmağa peşmansan. Kənddə - kəsəkdə toy müğənnisi qalmadı.Pulunu alıb,saatlarla onlara efir vaxtıverirlər. Onlar da ağıllarına gəlini yox, ağızlarına gələni oxuyurlar. Nə mahnılar yönnüdü, nə sözləri,nə də ifaları! Amma neynirsən,onlar efirdən düşmürlər.Artıq tamaşaçılar böyük sənətkarları yaddan çıxarıb.
Soruşsan İslam Rzayev kimdir, tanımazlar.Amma Kəmalə Günəşlini çoxları tanıyır. Çünki klassik muğam ifaçıları təbliğ olunmur, ara müğənniləri, daha doğrusu, toy müğənniləri təbliğ edilir. Özəl televiziya kanallarının Azərbaycan mədəniyyətinə vurduğu ziyanı heç ermənilər vurmayıb. Bir- iki ziyalıdan başqa cəmiyyət susur.
Mədəniyyət Nazirliyi və Yazıçılar Biliyi özəl televiziya kanallarının bu hərəkətinə qarşı heç bir tədbir görmür. Cəmiyyətin susmasından və əlaqədar qurumların laqeyd münasibətdən istifadə edən özəl televiziya kanalları milli- mənəvi dəyərlərimizi məhv etməkdə davam edir!!!
Elmil Faiqoğlu


Bakı -°C

