"Azərbaycanda əhalinin 70 faizi fasiləsiz içməli su ilə təmin olunur"
"Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə çıxış edən Prezident İlham Əliyev bu sahədə ölkəmizdə həyata keçirilən layihələr ilə yanaşı, qlobal məsələlərə də münasibət bildirdi. Xüsusən qlobal iqlim dəyişiklikləri fonunda dünyada su təminatı xüsusi çağrışa çevrilməkdədir".
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, yer kürəsinin səthinin 71 faizinin su ilə örtülməsinə baxmayaraq, onun cəmi 2.5 faizi içməli sudur:
"Bütün su ehtiyatlarının isə cəmi 0.3 faizinə insanların asan əçatanlığı var. BMT-nin qiymətləndirmələrinə görə, hazırda 2.2 milyard insanın fasiləsiz su təminatı ilə bağlı çətinlikləri var və 703 milyon sakinin isə suya əlçatanlığında ciddi problemlər yaşanır. Dünyada hər gün 5 yaşdan kiçik 1000-dən çox uşaq təmiz su, sanitariya və gigiyena çatışmazlığı ilə əlaqəli xəstəliklərdən ölür. Qida sənayesində su istifadəsinin artması səbəbindən suya olan tələbin 2030-cu ilədək qlobal olaraq 40 faiz artacağı gözlənilir. Bu isə ondan xəbər ki, növbəti illərdə suya tələbin ödənilməsində qlobal çətinliklər daha da güclənəcək.
Su təminatında qlobal çətinliklər fonunda Azərbaycanda əhalinin 70 faizi fasiləsiz içməli su ilə təmin olunur. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, hazırda problemlərdən biri də itkilərlə bağlıdır. Ölkəmizdə itki faizi 45 faizə yaxındır.
Dünyada ən azı su itkisi inkişaf etmiş ölkələrdə qeydə alınır. Belə ki, ən az su itkisi Niderlandadır: cəmi 4 faiz. Bu göstərici Danimarkada 6, Yaponiyada 7, Avstraliya və Almaniyada 8, İsrail də isə 9 faizdir. Ən çox su itkiləri isə Hindistan, Əlcəzair və Meksikada qeyd alınır: 50 faiz.
Göründüyü kimi, itkilərin səviyyəsinin azaldılması nəticəsində Azərbaycanda su təminatının ciddi şəkildə yaxşılaşdırılması mümkündür. Müşavirədə qeyd olunduğu kimi, dövlət proqramının icrası nəticəsində su itki faizinin azalacağı gözlənilir. Bu isə su təminatında ciddi irəlləyişə səbəb olacaq".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Yanvar 2026 10:54
Prokurorluğa qəbul olunan gənclərin andiçmə mərasimi keçirildi
13 Yanvar 2026 10:34
"Bu həyatımıza təhlükədir!" - Nazirlik əhaliyə müraciət etdi
13 Yanvar 2026 09:41
“Yas evini qonaqlıq məkanına, yemək ünvanına çevirmək olmaz...”
12 Yanvar 2026 18:45
Azad olunan ərazilərə qayıdan şəxslərə - XƏBƏRDARLIQ
12 Yanvar 2026 17:43
Azərbaycanda bəzi gömrük yığımlarının məbləğləri dəyişdi
12 Yanvar 2026 16:02
"Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub" - Zaur Mikayılov
12 Yanvar 2026 16:01
Azərbaycanda tullantı sutəmizləyici 9 yeni qurğu tikiləcək
12 Yanvar 2026 15:58


Bakı -°C

