Zahid Oruc: ”Onun sözü gələcək Azərbaycan imperiyasının himni olacaq”
“Heydər Əliyevin cismani yoxluğu 12 dekabr 2003-cü ildə baş versə də onu zamanın fövqünə qaldıran, ölümsüz edən və əbədi diri saxlayan nadir insanlara verilən dünyəvi şəxsiyyət miqyası, təkcə bir millətə deyil, dünyanın bütün xalqlarına ideal olacaq quruculuq kursu, Xilaskarlıq və Qurtuluş Salnaməsidir. İlahi xüsusiyyətlərdir. Yalnız Tanrının sevdiyi və seçdiyi adamların ruhu əbədilik qazana bilir. Əks halda statistik varlıqsan”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Ulu Öndər Heydər Əliyevin anım günü haqda danışarkən deyib.
O, bildirib ki, Heydər Əliyev haqda minlərlə əsər, kitab, film və epopeyalar yaradılıb:
“Lakin Ulu öndəri sona qədər dərk etmək mümkün deyil. Onun haqqında son sözü söyləyən olmayıb. Hər kəs onu başa düşdüyü qədər danışır, yazır və vəsf edir. Nəticə dəyişmir, O, əlçatmazdır, sonsuzdur, hüdudsuzdur. Dünyəvi obrazına qarşı çıxanlar da Heydər Əliyev haqda özlərinin yaratdıqları miflərə əsir olub kölgəsi ilə sürünürlər. Göy adamlarına atılan daşlarsa geriyə-Yer üzünə qayıdır. Heydər Əliyev sadə zəhmət adamının imperiya rəhbəri ola biləcəyini sübut edən ən parlaq obrazdır. Hökmdar övladı olmağın üstünlüyü və məhdudiyyətləri var. Lakin əli qabarlı və alın təri ilə yaşayan bir dəmir yolçunun oğlu dünyaya hökm edən quruluşun zirvəsinə çıxır. Onun həyat yolu taleyin hökmü ilə mənsub olduğu və hər zaman qayıtdığı ölkəsinin sərhədlərini çox-çox aşır. 22 il əvvəlin ümumxalq kədərini sanksiyalaşdırmaq, inzibati yolla qərarlaşdırmaq mümkün deyildi. Milyonlarla insan sevimli oğlu ilə vidalaşmaq üçün özləri meydanlara çıxmışdılar. Dünya tarixində və qoca Şərqdə belə izdihamların-ümummilli matəmin yalnız bir səbəbi var-Heydər Əliyev Yoldur, Məktəbdir, Mədəbbir, Azadlıqdır, Dövlətdir, nəhayət, Xalq Adamıdır! O, qalibiyyətin simvoludur. Zəfər paytaxtı Şuşada onun sözü, səsi və irsi min illər eşidiləcək, yayılacaq və gələcək Azərbaycan imperiyasının Himni olacaq. Qurtuluş savaşı Onun əlləri ilə yaradılan, lakin əsir düşən Vaqifin məqbərəsindən, Bülbülün güllələnən heykəllərindən, yağmalanan yüz minlərlə azərbaycanlının evindən başlandı. Heydər Əliyev Qayıdışın simvoludur. Onun imperatorluqdan Naxçıvana, kiçik bir əyalətə, sonra 14 il Birinci Şəxs kimi hökmlər verdiyi qədim Bakıya, nəhayət, 44 müqəddəs günlə bütün azad torpaqlara dönüşü də Ulu öndərin heç vaxt getmədiyini-hər zaman xalqa qayıtdığını sübut edir. Fiziki-bioloji ölçülər şərtidir, keçmiş və gələcək bölgüsü formasiya fərqi kimi önəm daşıyır. O, iki quruluşun-iki dünyanın, sovet və müstəqillik erasının qəhrəmanıdır. İlham Əliyev atasınının bioloji övladı olmaqdan çox Ulu öndərin siyasi varisidir. Vətən müharibəsi onun ruhu ilə aparıldığı üçün missiya, vəsiyyət, proqram və tapşırıq Zəfərə qovuşdurdu. 12 dekabr yoxluq deyil, 8 noyabr günü Heydər Əliyevin əbədi varlıq günüdür! O, dünyanın yaradılışına vəsilə olan “Ol” sözüdür!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Mart 2026 18:21
Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
03 Mart 2026 15:06
İlham Əliyevdən alternativ enerji mənbələri ilə bağlı açıqlama
03 Mart 2026 15:05
"Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq"
03 Mart 2026 15:04
"Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır" - Dövlət başçısı
03 Mart 2026 15:03
"Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik" - Prezident
03 Mart 2026 13:24
“Biz bu ədalətsizliyə məruz qalanda heç kim onu aradan qaldırmadı...”
03 Mart 2026 12:46
Vüqar Mustafayev Ankarada Yaşar Gülərlə müzakirələr apardı
03 Mart 2026 12:41


Bakı -°C

