Kim tələbə adını qazansa...

Artıq neçə gündür ki, ali məktəblərə ixtisas seçiminə start verilib. Avqustun 19 isə ali təhsil ocaqlarına ixtisas seçiminin son günüdür.
Yəni vaxtın başa çatmasına 3-4 saat zaman qalıb. Bir çox halda Dövlət İmtahan Mərkəzi bu müddəti ən yaxşı halda bir gün uzadır. Ona görə də, hər bir abituriyent vaxt itirmədən seçimini etməlidir.Əks- təqdirdə həmin abituriyent tələbə adını qazanmaya bilər.
İxtisas seçimi başa çatandan bir neçə gün sonra nəticələr məlum qurum tərəfindən elan ediləcək. Yəni kimin hansı ixtisasa düşdüyü və tələbə adına layiq olduğu bilinəcək. Kimlər sevinəcək, kimlərsə də, kədərlənəcək.Amma buna görə tələbə adını qazana bilməyən abituriyentləri ruhdan düşməsin. Ən azından boş qalan yerlərə əlavə qəbul keçiriləcək! Ümumiyyətlə, ali məktəblərə qəbul olmayanlar isə ruhdan düşməsinlər. Çünki bu, son deyil. İnşallah yaxşı hazırlaşıb, gələn il qəbul olarlar!!!
Emil Faiqoğlu
Digər Xəbərlər

Bu Mərkəzə 700-dən çox abituriyent və subbakalavr müraciət edib - FOTOLAR

Lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlanıb

Dərslikləri planşetlə əvəz etmək istəyirlər
