Axirətin əlaməti: Şeytana satılmış Ana qatilləri
jpg-1755684314.jpg)
Elə bir gün təsəvvür etmirik ki, o gün cinayət xəbərləri eşitməyək. O xəbər bizi sarsıtmasın. Əslində hər bir ölkənin gündəmində cinayət var. Dünyanın hər yerində müxtəlif səbəblərdən insanlar bir-birinin həyatını məhv edir, onu qətlə yetirir. Cinayətlərin olması dövrəl - qədimdən var və bizi sarsıdan başqa səbəblərdir.
Sitatlarımı əvvəlki illərə gedərək ortaya qoymayacağam, elə bu ildə-2025-ci ildə baş verən cinayətlərin mənzərəsindən danışaraq bizi sarsıdan nüansları diqqətinizə çatdıracağam.
a)31.03 - 2025-ci ildə Abşeronda oğul anasını qətlə yetirib. 2008-ci il təvəllüdlü Səid Əliyev anası, 1986-cı il təvəllüdlü Rəfiqə Əliyevanı bıçaqla qətlə yetirib.
b)05. 06- 2025- ildə Babək rayon Şəkərabad kənd sakini2001-ci il təvəllüdlü Nihad Qoçəliyev anası Leyla Qoçəliyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürüb
v)06.06-2025- ildə Tovuzda yaşadığı evi yandıran ruhi əsəb xəstəsi Kainat Namazov hadisədən əvvəl bacısı və anasına balta ilə xəsarətlər yetirib. O,əvvəlcə anasını baltalayaraq öldürüb. Hadisədən xəbər tutan bacısı ona mane olmaq istəyərkən K.Namazov ona da xəsarətlər yetirib.
q)01.07-2025 -ci ildə Xaçmazın Qədaşoba kəndində 43 yaşlı Kifayət Nadir qızı Lətifova oğlu tərəfindən çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Döş qəfəsindən çoxsaylı zərbələr alan ana yerindəcə ölüb.
d)10.07.2025 -ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində oğlun anasını yandıraraq öldürdüyü iddia olunur. İddialara görə, Abdulrəhman Həsənli aralarında yaranmış münaqişə zəminində anası Gülbəs Həsənovanı yaşadıqları evdə yandırıb.
d)14.07-2025- ci ildə Sabirabad rayonunun Mürsəlli kəndində 85 yaşlı ana-1940-cı il təvəllüdlü ana, Zeynalova Balabikəni oğlu - 1972-ci il təvəllüdlü Zeynalov Ağamirzə İltimas oğlu tərəfindən döyülərək öldürülüb.
Misalların siyahısını uzatmaq olar. Amma bu yazdıqlarımız da deyəcəyimiz fikirləri ifadə edir
Dünyada anadan müqayisə ediləcək ikinci bir doğma varlıq yoxdu. Ana təmənnasız sevginin , təmənnasız fədakarlığın ünvanıdır. Belə bir ünvan dünyada təkdir, başqası yoxdur! Dinimiz də, Quranımız da, hədislərimiz də “Cənnət anaların ayaqları altındadır” deyir:
“Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik…”
“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.”
Analar haqqında o qədər yazaram ki, yazmıram, əminəm ANA sözü hamıya əzizdir, hamı üçün təkrarsız ünvandır. Bəs, o hansı hissdir ki, övladın qəlbinə, ürəyinə hakim olandan sonra bu biçarə müqəddəslərin həyatı qaralır. Şübhə yoxdur ki, tamah , nəfs, laqeydlik, biganəlik, mərhəmətsizlik kimi sindromlardan əziyyət çəkən insan əslində sonda vəhşiləşir!
Sonda o sindiromlar o övladı əvvəl şeytana sonra qatilə çevirir. İnsan nə qədər şeytanlaşar, nə qədər rəhimsiz ola bilər ki, onu canından çox sevən, canından çox qoruyan, duaları ilə müdafiə edən, loxmasını özünə haram bilib balasının qarnını doyuran, xoşbəxtliyini ona qurban verən anaya əl qaldırsın? Bunu insan etməz, bunu heç heyvan da etməz, bu ancaq şeytan əməlidir.
Bu günlərdə olaylar.az-dan oxudum ki, Xalq artisti, məşhur rəqqasə Roza Cəlilova qızı Yeganə Aslanovadan polisə şikayət edib. 96 yaşlı Cəlilova 4 ədəd brilyant qaşlı sırğa və başqa bahalı aksessuarları qızından ala bilmədiyini deyib: Zinyət əşyalarımı ona əlimlə əmanət etdim,İndi vəziyyət elə yaranıb ki, brilyatlara ehtiyacım var. İstədim, dedi ki, oğurlayıblar. Adam özününkünə bunu etməz. Mənim qızım düz etmədi. Gərək gəlib deyərdi, ana, ikisini verirəm, üçü qalsın. Deyərdim, nəvələrimə qalar, danışmazdım”.
Bax belə! Tamah dişi Anadan güclü olanlar Ana müqəddəsliyini tar-mar edir. 96 yaşlı Roza xanım 62 il üzərində yarpaq kimi əsdiyi qızı indi onun ömrünü baltalmaqla məşğuldu. Bu da bir qətldir.
Bu da anaya qarşı daha bir şeytanlıq, vəhşilik nankorluqdur.
Bəşəriyyət zombiləşir. Bax, 21-ci əsrin ən böyük faciəsi budur!
Əntiqə Rəşid
Digər Xəbərlər

İlham Əliyev və xanımı Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar - FOTOLAR + YENİLƏNİB

Prezident və xanımı Gəncədə təməlqoyma mərasimində - FOTOLAR + YENİLƏNİB

Prezident və xanımı Gəncədə - YENİLƏNİB + FOTOLAR

Prezident və xanımı “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olublar

AVROPA, AVROPA, DUY SƏSİMİZİ, İŞTƏ, BU, TÜRKLƏRİN AYAQ SƏSLƏRİ - Aqil ABBAS yazır
jpg-1755673288.jpg)
İranın təlaşı ABŞ deyil, Ankara və Bakının bölgədəki nüfuzudur - ANALİZ

Hərbi xidmətlə bağlı “mygov” platformasına yeni funksiyalar əlavə olunub
