05 Avqust 2025 18:46
92
ƏDƏBİYYAT

Könüllülər Nizami Muzeyinin Aran regional filialında olublar - FOTOLAR

Kürdəmir Rayon İcra Hakimiyyətinin könüllüləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında olublar.

Filialın müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı könüllülərə Azərbaycanın mədəni irsi, klassik ədəbiyyatımız barədə ətraflı məlumat verib, eyni zamanda dövlətimizin humanitar siyasəti, milli mənəvi sərvətlərin qorunması, təbliğ olunması üçün gördüyü işlər, verilən sərəncamlar, Azərbaycan xalqının yaratdığı və qoruyub saxladığı böyük mənəvi dəyərləri zəngin mədəniyyəti ilə dünyanın marağına səbəb olması barədə gənclərə maraqlı faktlarla geniş məlumat vermişdir, onları müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış etmişdir.

Könüllüləri maraqlandıran suallar filialın müdiri tərəfindən cavablandırılmış və onlar böyük həvəslə muzeydə xatirə şəkilləri çəkdirmiş, rəy və təkliflər kitabına ürək sözlərini yazmışlar.

Könüllülər muzeyin ekspozisiya ilə ətraflı tanışlıqdan məmnun qaldıqlarını bildiriblər.