Şahın oğlu dilənmədi
Bu gün ali məktəblərə qəbul olmayan abituriyentlər çox stress yaşayır, hətta intihar edirlər. Belə ki, mart ayının 2- də qəbul imtahanı verib birinci mərhələdə 100 bal toplayan abituriyent intihar edib. Səbəb də bu olub ki, Polis Akademiyasına qəbul olmaq istəyən bu gənc birinci mərhələdə az bal yığıb və az nəticə göstərib.Ona görə də o uşaq özün öldürüb.
Təhsil üzərə ekspert Səməndər Məmmədov deyir ki, bəzi şagirdlər ali məktəbə qəbul olmamağı faciə hesab edirlər.Amma nahaq yerə, mən 50 ilə yaxın pedaqoji sahədə çalışmışam, onun 30 ilini direktoru olmuşam və həmişə şagirdlərimə demişəm ki, birinci ili ali məktəbə qəbul olmayanda ruhdan düşməsinlər.Bu il olmasın, gələn il olsun! Bir də valideynlər az bal toplayan və ali məktəbə qəbul olmayan abituriyentləri danlamamalı, üstünə getməməlidir. Əksinə biz hamımız həmin uşaqlara dəstək olmalı, depressiyaya düşməyə qoymamalıyıq!Ali məktəbləri bitirib o qədər işsiz qalan gənclərimiz var ki. İndi sənət öyrənməyə daha böyük ehtiyac var. Çünki sənəti olan adam heç vaxt işsiz qalmır və həmişə onun çörəyi var.
Səməndər müəllimin sözünə qüvvət bu barədə " Qabusnamə" də də yazılın. Şah öz övladına hər şeyi öyrətdirir.Axırda da dəmirçi sənətini ustalar ona öyrədir. Elə olur ki, şahın oğlu döyüşə gedir,mühasirəyə düşər, çayı üzüb başqa ölkənin ərazisinə keçir. Bərk açır və çörək tapmır yeməyə. İstəyir dilensin, birdən gözünə bir dəmirçi sexi dəyər. Gedir dəmirçinin yanına deyir ki, mənə iş ver, işlyim.Dəmirçi də ona iş verir!Dəmirçi görür ki, bu uşaq lap yaxşı işləyir, artıqlaması ilə ona pul verir və bilmir ki, bu oğlan qonşu məmləkətin şahının oğludur. Bax , görürsünüz, sənət şah oğlunu aclıqdan və dilənçilikdən xilas edir!
Emil Faiqoğlu
Digər Xəbərlər
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
15 Sentyabr 2026 11:09
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - VİDEO
15 Sentyabr 2026 10:59
“Anam mənə çoxlu kitab alıb, hamısını oxuyacağam” - Şəhidin 6 yaşlı oğlu - VİDEO
15 Sentyabr 2026 10:56


Bakı -°C

