Kardiologiya şöbəsi niyə yoxdur?
Azərbaycan ürək xəstəliyinə görə, dünyada öncül yerlərdən birini tutur. Ümumiyyətlə, bu gün ürək və diabet xəstəliyi bəşəriyyətin ən böyük bəlalardandır. Ona görə də, dünyada bu xəstəlikləri qarsı səhiyyə sistemi ciddi mübarizə aparır.
Ölkəmizdə də, bu gün ürək xəstəliyi ilə əlaqədar olaraq ən müasir tibb mərkəzləri, xəstəxanalar fəaliyyət göstərir. Həmin tibb ocaqları yeni avadanlıqlar və texnika ilə təchiz edilib. Və o da sevindiri haldır ki, mürəkkəb və çətin ürək əməliyyatları o mərkəzlərdə uğurla aparılır.
Çünki ölkəmizdə xarici məmləkətlərin həkimlərinən geri qalmayan kardio- cərrahları, kardioloqları var. Bunlar hamısı çox gözəl! Amma narahatedici fakt odur ki, kardioloji xəstəliyin yüksək sürətlə artığı bir vaxtda bir çox rayonlarda kardiologiya şöbəsi yoxdur. Aydındır ki, bu da müəyyən problemlər yaradır. Füzuli rayon Mərkəzi Xəstəxanasında da bu gün kardiologiya şöbəsi fəaliyyət görtərmir. Bir vaxtlar Füzuli rayonu Mərkəzi Xəstəxanasında kardiologiya şöbəsinin müdiri işləmiş, indi isə Bakı şəhərində Kardiologiya İnstitutunda kardioloq işləyən , tibb elmlər namizədi Rafiq Yusifli deyir ki, vaxtı ilə rayonda belə bir şöbə vardı və mən də orda çalışırdım.O vaxtlar bu qədər kardioloji xəstə yox idi. Neçə olur ki, indi xəstələrin çoxaldığı bir vaxtda şöbə fəaliyyət göstərməsin? Elə xəstələr var ki, hər cür şərait olan şöbədə müalicə olunmalıdır, amma şöbə yoxsa onlar digər şöbələrdə müalicə olunmalıdır.
Bu isə yetərli deyil. Düşünürəm ki, rayonda bu şöbə yenidən fəaliyyət göstərməlidir. Hər halda bir addım nə qədər tez atılsa, bir qədər müsbət təsiri olar! Füzuli rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi, Prezident İlham Əliyev tərəfindən " Tərəqqi medalı" ilə təltif edilmiş, indi isə həmin xəstəxanada kardioloq- həkim işləyən, gözəl ziyalı Natiq Şükürov deyir ki, bu gün Füzulidə kardioloji xəstələr əvvəlki vaxtlara nisbətən daha çoxdur. Və xəstəxanada mənimlə bir yerdə daha iki kardioloq- həkim var. Ağır xəstələrimiz olur, məcbur olub, həmin xəstələri terapiya şöbəsində müalicə edirik. Hansı ki, həmin xəstələr kardiologiya şöbəsinə müalicə almalıdırlar. Natiq həkimin sözünə qüvvət olaraq deyə bilərik ki, bu gün Füzuli xəstəxanasına kardiologiya şöbəsinin açılmasına böyük ehtiyac var. Üstəlik orada artıq üç kardioloq- həkim də işləyir. Ona görə də TƏBİB və digər adiyyatı qurumlar bu barədə cıddi düşünməli və problemi tez bir zamanda həll etməyə çalışmalıdır!
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

