Xəstəxanada yer yoxdur...
Artıq xeyli vaxtdır ki, ölkəmizdə kəskin respirator viruslar yayılıb.
Təbii ki, havanın qış mövsümünə uyğun olmayaraq mülayim keçməsi, qarın yağmaması və şaxtanın düşməməsi bu xəstəliyin geniş yayılmasına münbit şərait yaradır. Bununla yanaşı, insanların sanitar- gigyenik qaydalara əməl etməməsi,metoda, avtobusda qoruyucu maskalar vurmaması istər- istəməz virusun tüğyan etməsinə təkan verir.
Bunlar hamısı aydındır. Amma aydın olmayan odur ki, TƏBİB və Səhiyyə Nazirliyi bildirir ki, epidemioloji şəraiti nəzarət edilir və xəstəlik- yeni qrip bir o qədər də təhlükəli deyil. Əgər bu, təhlükəli deyilsə, niyə Yeni Klinikaya təcili tibb yardım maşını ilə aparılan ağır xəstə qəbul edilmir?! Və klinikadan deyilir ki, bizdə yer yoxdur.Eləcə də digər xəstəxanalarda da xəstələrə bu sözlər deyilir. Pandemiya dövründə də belə idi:adamın, tanışın , pulu yox idisə, sən qəbul etmirdilər " yerimiz yoxdur"- deyirdilər.
O vaxt Yeni Klinikanın və Fövqəladə Hallar Nazirliyinin Zığdakı modul tipli xəstəxananın baş həkimini həbs etdilər. Və bir müddətdən sonra Yeni Klinikanın baş həkimi azadlığa çıxdı. Və bu gün də həmin klinikada heç nə dəyişməyib: köhnə hamam, köhnə tasdır". İndi də virusa yoluxanların sayı günbəgün artır. Bəs nə etməli? Əhali maarifləndirilməli və ölkədə epidemioloji şərait nəzarətdə saxlanılmalıdır. Deyilənlərə görə, Bakıda reanimasiya şöbələrində yer yoxdur.
Bu, nə dərəcədə həqiqətə uyğundur, onu aidiyyatı qurumlar daha yaxşı bilər. Ancaq indiki durum onu göstərir ki, qrip virusunun sürətlə yayılması çox təhlükəlidir.Təəssüf ki, buna xəstəxanalar və həkimlər tam hazır deyil. Və nə vaxta qədər ki, iki qurum- TƏBİB və Səhiyyə Nazirliyi var, elə belə də olacaq!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

