Özəl klinikalar lap ağ eləyib...
Bu gün ölkəmizdə sayı - hesabı bilinməyən özəl klinikalar var.
Və onlarında ən çoxu Bakıda fəaliyyət göstərir. Onu da qeyd edək ki, bir neçə özəl klinikalar var ki, onlar dünya standartlarına cavab verir, hər cür müasir avadanlıqlarla təchiz edilib. Üstəlik də həmin klinikalar da çox təcrübəli və savadlı həkimlər çalışırlar.
Amma çoxlu sayda özəl klinikalar var ki, onlar nə müasir tələblərə cavab verir, nə də orda işləyən həkimlərin hamısı savadlı deyil. Və bu savadsız həkimlərin əlinə düşən bəzi pasiyentlər ya şikəst olur, ya da ölürlər. Özəl klinikaların birində baş vermiş sonuncu hadisə- burun əməliyyatından sonra komaya düşən və dünyasın dəyişən qızın taleyi çoxlarına dərs olmalıdır.
Cərrahın savadsızlığı və məsuliyyətsizliyi üzündən dünyasın dəyişən bu qızın günahı nə idi?! Ona görə də pasiyentlər həkimə getməmişdən öncə onu araşdırmalı, yaxşı həkim olduğunu biləndən sonra beləsinə etibar eləmək olar. Əgər bir pasiyent özəl xəstəxanada dünyasın dəyişirsə, onda o klinika zəhmət çəkib əməliyyatdan aldığı pulu geri qaytarmalıdır.
Çox təəsüf ki, heç bir özəl xəstəxana həmin pulu geri qaytarmır və pasiyentlərin hüquqlarını tapdayır. Ona görə də , aidiyyatı qurumlar bu barədə ciddi düşünməli, insanların qanunla qorunan hüquqlarını müdafiə etməlidir!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

