Tarif Şurası millətin belin qırdı...
Bizim ölkəmizdə bir Tarif Şurası var, ancaq öz mənafeyini düşünməklə məşğuldur.
Yəni axşam yatıb səhər oyanıb görürsən ki, bütün kommunal xidmətlər bahalaşıb. Heç bu millət Tarif Şurasından yaxşı bir şey görməyib, ancaq xalqın ziyanına onların çıxardığı qərarları görüb. Ölkə Prezidenti cənab İlham Əliyev xalqın qayğısına qalır, pensiyanın, təqaüdün, müavinətlərin artılması ilə bağlı sərəncam imzalayır. Ona görə də bu xalq cənab Prezident çox istəyir. Tarif Şurası isə Yeni ildə əhaliyə sürpriz edərək işığın, qazın, suyun, istiliyin qiymətini qaldırdı.
Bu addımı atmaqla məlum qurum millətin belin qırdı. Və bu da əhalinin əsəblərı ilə oynamaqdan başqa şey deyil! Xüsusilə də istiliyin qiymətinin 15 qəpikdən, 30 qəpiyə qaldırılması çox böyük narazılığa səbəb olub. Heç abonentlər 15 qəpikdən olan borcları verə bilmir. Mənim əlimdə siyahı var, bizim binada yaşayan sakinlərin 60 faizi istilik borcunu ödəməyib.
Hələ elə abonent var ki, bu borc 400- 500 manatı keçib. Bəs belə olduğu halda kvadratı 30 qəpiyə olan istilik borcunu onlar neçə ödəyəcəklər?! Bax əsas məsələ də elə budur! Və burda , deyəsən xoruzun qiyməti görünür. Deməli, qiymətlər qalxarkən əhalinin mövcud maddi durumu nəzərə alınmayıb! Tarif Şurasının addımı isə insanların narahatlığına və narazılığına səbəb olub!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

