Parkdakı işıqların hamısı niyə yanmır?
Bakının Yeni Günəşli yaşayıs sahəsində parklar bir o qədər də çox deyil.
Və ən yaxşı parklardan biri, bəlkə də birincisi " Fatimeyi-Zəhra" məscidinin yanındakı parkdır. Məscid tikilib istifadəyə veriləndə o park da çox gözəl inşa edilmişdi və o vaxtdan insanlar o parkın gözəlliyinə baxıb, zövq alırlar. Bir- birindən gözəl ağaclar, güllər- çiçəklər və yaşıl otlar insanın ruhuna , qəlbinə rahatlıq gətirir.
Üstəlik də parkda həmişə səliqə- səhman olub. Ona görə də hər gün bu gözəl məkana çoxlu insan gəlir. Bunlar hamısı lap yaxşı! Amma parkın gecələr yaxşı işıqlandırılmaması bu gözəlliyə xələl gətirir. Hər işıq dirəyində olan dörd- beş lampadan bir- ikisi yanır,özü də zəif. Və elə işıq dirəyi var ki, orda bir lampa belə yanmır.Axşamlar isə parkda olan adamlar qaranlıqda əziyyət çəkirlər.Dekabrın 6-da axşam saatlarında yaşli bir kişi parkdan pilləkənlə düşəndə ətraf yaxşı işıqlandırılmağına görə,yıxıldı.
Parkdakı insanlar ona kömək etdi vəo kişi ayağa qalxdı.Xoşbəxtlikdən nə yaxşı xəsarət almadı. Sözümüzün canı odur ki, parka xidmət edənlər işıq dirəklərindəki sıradan çıxmış lampaları yenilərilə əvəzləməlidir. Və bunun xərcidə bir o qədər çox deyil!
Emil Faiqoğlu
Digər Xəbərlər
26 Sentyabr 2026 23:03
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
26 Sentyabr 2026 13:18
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
26 Sentyabr 2026 12:42
Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
25 Sentyabr 2026 21:45


Bakı -°C

