Yol Polisi xəbərdarlıq edir
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq respublikanın avtomobil yollarında da müəyyən çətinliklər yaranır.
Çünki sel suları bəzən bu yerlərə də ziyan vurur və asfalt yolları basır. Belə vəziyyətdə heç şübhəsiz nəqliyyat vasitələrinin hərəkəti də çətinləşir. Belə qeyri-sabit havalarda bağlı yol polisi sürücülərə xəbərdarlıq edir, onlara daha diqqətli olmaları tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Elvin Hacıyev bildirir ki, ümumiyyətlə, yay aylarında , havalar daha isti keçərkən sürücülər diqqətli olmalı, sükan arxasında yorğun olarkən avtomobili saxlamalı, stasionar postlarda dincəlməli, kondisionersiz avtomobillərə yola çıxmamalı, ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki göstəricilərinə nəzər yetirməli, bir sözlə, yol hərəkəti qaydalarına əməl etməlidirlər.
Göründüyü kimi, hər bir nəqliyyat vasitəsi yay mövsümünə uyğun olmalı, sürücülər diqqəti artırmalı və bütün hərəkət iştirakçıları öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Bax, onda yol- nəqliyyat hadisələri də çox olmaz!
Emil Faiqoğlu
Digər Xəbərlər
17 Sentyabr 2026 21:08
Prezidentlə xanımı ziyarətgahda - VİDEO
17 Sentyabr 2026 20:54
Prezidentlə xanımı "Nəsimi bağları"nda - VİDEO
17 Sentyabr 2026 16:55
Prezidentlə xanımı Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldular - YENİLƏNİB + FOTOLAR
17 Sentyabr 2026 11:27
“Həzi Aslanov” metrosunda yenilik - İşlər nə vaxt bitəcək?
17 Sentyabr 2026 11:05
Bu il neçə üçəm doğulub?
16 Sentyabr 2026 16:13
Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi
16 Sentyabr 2026 12:18
Prezident “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında - FOTOLAR
16 Sentyabr 2026 10:09


Bakı -°C

