İyunun 15-dən tez...
Hər il çimərlik mövsümü ölkəmizdə iyunun 15- başlayır.
Təbii ki, bu il də həmin qrafik dəyişməyib və çimərlik vaxtı göstərilən zamanda başlayacaq. Bir həftə bundan əvvəl biz yazmışdıq ki, çimərliyə müəyyən edilmiş vaxtda gedin, əks- təqdirdə hər hansı bir bədbəxt hadisə baş verə bilər! Üstəlik də kimsə, dənizdə boğulsa, nəzarətçilər orada olmadığına görə, o insanı xilas edən olmayacaq! Heç üç- dörd gün keçmədi ki, çimərliklərin birində bir gənc suda boğularaq ölüb.
Sonradan aidiyyatı qurumun əməkdaşları onun cəsədini sudan çıxarıb, ailəsinə təhvil veriblər. İnsanlar yaman səbrsiz olublar. Belə ki, onlar müəyyənləşdirilmiş vaxtı gözləmir, dənizdə çimir və nəticədə belə ağır faciə qaçilmaz olur!
Ona görə də birmənalı olaraq dənizə çimməyə gedənlər Fövqəladə Hallar Nazirliyinin məlum qurumun tövsiyələrinə əməl etməli, nəzarət edilməyən yerlərdə çimməməlidirlər!
Emil Faiqoğlu
Digər Xəbərlər
21 Sentyabr 2026 13:04
Sabah yağış yağacaq, duman olacaq
21 Sentyabr 2026 12:46
Dövlət xətti ilə verilən ipoteka kreditlərin sayı 60 mini ötüb
21 Sentyabr 2026 11:06
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
18 Sentyabr 2026 19:56
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
18 Sentyabr 2026 18:32
Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO
18 Sentyabr 2026 18:20
Fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatdı
18 Sentyabr 2026 18:05
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr 2026 17:11


Bakı -°C

