“Azərbaycan-İran münasibətlərində yeni mərhələni inkişaf etdirmək bölgənin rifahına töhfə olar”
İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin faciəli şəkildə həlak olması Azərbaycanı da dərindən sarsıtdı. Təsadüfi deyil ki, İ.Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı xəbər yayılan kimi bu məsələyə ilk reaksiya verən Azərbaycan Prezidenti oldu. Dövlət başçımız məsələ ilə bağlı hər cür dəstək verməyə hazır olduğunu bəyan etdi. Ötən gün başsağlığı məqsədilə İran səfirliyində olan Prezident İlham Əliyev eyni zamanda bu faciəni bütövlükdə müsəlman aləminin faciəsi kimi qiymətləndirdi.
Helikopter qəzasından əvvəl mərhum prezident İ.Rəisi ilə iki saatdan artıq danışıqlar aparan dövlət başçımız bir daha mayın 19-da baş tutan bu tarixi görüşü xatırlatdı və dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakın İran-Azərbaycan əlaqələrinin möhkəmliyinin göstəricisi olduğunu bildirdi. Əldə olunmuş razılaşmaların İranın yeni rəhbərliyinə çatdırılması və onların icra edilməsi hər iki tərəf üçün olduqca əhəmiyyətlidir.
Həmin tarixi görüşdə İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdi və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdi.
Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində dövlət başçıları çox vacib mesajlar vermişdilər. Liderlər birgə müzakirələri yenidən nəzərdən keçirmişdilər. Hər iki ölkənin əsas hədəfi birlik və dostluğun sarsılmazlığını təmin etmək, münasibətlərə kölgə salmaq cəhdlərini zərərsizləşdirməkdən ibarətdir. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, bölgənin inkişafı regiondakı ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Rəsmi Tehran isə Bakı ilə əlaqələri qonşuluq əlaqəsindən daha üstün hesab edir. Mərhum Prezident İ.Rəisi bu münasibətləri qohumluq əlaqəsi adlandırmışdı. Verilən mesajlar da göstərirdi ki, Bakı və Tehran əməkdaşlığı bütövlükdə bölgənin sabitliyi üçün önəmli faktordur.
Bunu nzərə alaraq, hər iki ölkə bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün bütün beynəlxalq təşkilatlarda bir-birinə bundan sonra da dəstəyi davam etdirmək niyyətini də ortaya qoymuşdu. Azərbaycanla İran arasında münasibətlərin qorunması olduqca vacibdir. Məlumdur ki, 2-ci Qarabağ savaşı başa çatdıqdan dərhal sonra Azərbaycan yeni əməkdaşlıq formatları təklif etdi. 3+3 formatı siyasi, təhlükəsizlik və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Rəsmi Tehran da bu platformanı problemlərin müzakirəsi üçün ən effektiv regional platforma hesab edir. Ümumiyyətlə, regionun məsələsini region dövlətləri həll etməlidir.
Məlumdur ki, iyun ayında İranda yenidən prezident seçkiləri keçiriləcək. Ümid edirik ki, bundan sonra da Bakı ilə münasibətlərin normal inkişafı Tehranın xarici siyasətində prioritet istiqamət olacaq. Bundan sonra həm ikitərəfli, həm çoxtərəfli formatda böyük layihələrin icrası hər iki tərəf üçün faydalı olar.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Digər Xəbərlər
23 Sentyabr 2026 00:05
Ceyhun Bayramov BMT rəsmisi ilə müzakirə apardı
22 Sentyabr 2026 23:57
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü - YENİLƏNİB
22 Sentyabr 2026 23:53
Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir
22 Sentyabr 2026 22:12
“Yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq” - VİDEO
22 Sentyabr 2026 21:00
Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı
22 Sentyabr 2026 19:58
Tramp İlham Əliyevdən sitat gətirdi
22 Sentyabr 2026 19:28
“Cəmi 4 il ərzində icra edilməlidir” - Prezident göstəriş verdi - FOTO
22 Sentyabr 2026 17:35


Bakı -°C

