adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 May 2024 11:55
1040
MƏMLƏKƏT

Yağışlı hava...        

 Mayın 8-dəki yağışlı hava ölkə ərazisində bir çox problemlər yaradıb.

Üstəlik də bəzi dağlıq rayonlara dolu düşməsi bəzi çətinliklərə səbəb olub. Əlbəttə, yağışın bir çox kənd təsərrüfatı məhsullarına xeyirli var! Xüsusilə də deməyə torpaqlarda  əkilmiş taxıl zəməsinə bu yağış  can verir. Amma dolunun yağması isə həm meyvəçiliyə, həm də digər kənd təsərrüfatı məhsullarına birmənalı olaraq ziyanı var! Hər halda, bu çətin vəziyyətdən fermərlərimiz  çıxmağı bacaracaqlar.

Digər bir məsələ isə belə fasiləsiz yağışlar zamanı  nəqliyyat vasitələrinin hərəkətinin çətinləşməsidir. Çünki bəzi sürücülər hava şəraitini nəzərə almır, ona uyğun sürət həddi seçmir, ara məsafəsi saxlamır və nəticədə qəzalar qaçılmaz olur! Mayın 8-də də belə qəzalar  qeydə alnıb.Ona görə də mürəkkəb hava şəratində sürücülər diqqətli olmalı,mûtləq mövcud vəziyyəti nəzərə almalıdırlar. Bununla yanaşı hərəkət iştirakçısı olan piyadalar da yağılı havada öz üzərinə düşən məsuliyyəti dərk etməli, yolu  təyin olunmuş yerlərdən keçməlidir. Bir sözlə, bütün hərəkət iştirakçıları yol hərəkəti qaydalarına əməl etməlidirlər!

Emil Faiqoğlu