adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Aprel 2024 12:49
1064
KRİMİNAL

Adam bıçaqlamaq adi hal alıb

Biz tez- tez  müxtəlif informasiya vasitələrinindən kimlərinsə, bıçaqlandığını eşidirik .

Artıq bu adi hala çevrilib. Yəni cəmiyyətimiz bu qəbildən olan  cinayətlərə və  xəbərlərə  bir növü  öyrəşmişik. Ona görə də  bu cür məlumatları eşidəndə daha təəccüblənmirik. Bu gün cəmiyyəti ən çox narahat edən bıçıqlanma hadisələrinin  yeniyetmələr və  şagirdlər arasında olması, eyni zamanda olayın bəzi hallarda məktəblərdə baş verməsidir.

Təbii ki, burada  bıçaqlanma olursa,  məktəb direktorlarının və pedaqoji kollektivlərinin  məsuliyyəti az  deyil. Deməli, belə bir durumda cəmiyyət, məktəb və  valideyn münasibətlər düzgün qurulmalıdır! Bununla yanaşı, odlu silah kimi, soyuq silah da  çox təhlükəlidir. Cinayət Məcəlləsində  odlu silah gəzdirməyə görə, cinayət məsuliyyəti var, amma soyuq silaha gəzdirənlər bu məsuliyyəti daşımırlar.

Elə ona görə də hər gün olmasa da tez- tez bıçaqlanma hadisələrinin  şahidi oluruq! Bir neçə gün bundan əvvəl gecə saat birə işləmiş rayonların birində bir gənc kəndə gələrək 24 yaşlı oğlanı kücəyə çağrıb və münaqişə zəminində onu bıçaqlayaraq öldürüb. Sonra isə Payın Prokurorluğuna gedərək təslim olub! Bax bütün bu hadisələr göstərir ki,  soyuq silah gəzdirənlər də məsuliyyətdən  kənarda qalmamalıdırlar. Polis lazım  gələndə  şübhələndikləri vətəndaşların üzərində axtarış aparmalı və onlar barəsində  profilaktik tədbirlər görməlidir və buna görə heç kəs polisi qınamamalıdır! Lazımi  tədbirlər vaxtında görülməsə, belə bıçaqlanmalar  hələ yenə də olacaq!

Emil Faiqoğlu