adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Aprel 2024 14:43
1604
ƏDƏBİYYAT

Dünya Qarabağlı: Bir eyibsiz gözəldi O

Qaşı,gözü can alandı,

Fikir,xəyalım dolandı,

Dedim Züleyxa yalandı.

Bir eyibsiz gözəldi O.

******

İri,qara gözləri var,

Şirin-şəkər sözləri var,

Silinməyən izləri var.

Bir eyibsiz gözəldi O.

******

Yeriyəndə süzür sanki,

Çox gözəldi onun rəngi,

Mənə xoşdu söz ahəngi.

Bir eyibsiz gözəldi O.

******

Uca boylu,qəlbi kövrək,

Onunla dost olaq gərək,

Biz ondan öyrənək,bilək.

Bir eyibsiz gözəldi O.

******

Şeiriyyatın sevənidi,

Hər bir kəsin güvənidi,

Bizlərin düşünənidi.

Bir eyibsiz gözəldi O.

******

Yaxşını pisdən seçəndi,

Bizimlə dağlar keçəndi,

Nur olub bizə ələndi.

Bir eyibsiz gözəldi O.

******

Yaxşı deyir o,öz dərsin,

Çox istəyir tələbəsin,

Qəlbinə dəyməz heç kəsin.

Bir eyibsiz gözəldi O.

******

Onun adı Pərvin xanım,

Sanki,mənim gözüm-canım,

Olub işıqlı sabahım.

Bir eyibsiz gözəldi O.

******

Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.