adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Aprel 2024 19:07
1696
ƏDƏBİYYAT

Oqtay Ərgünəşlə görüş  

Bu günlərdə  Azərbaycan  Yazıçılar Birliyində. yazıçı- publisist Oqtay Ərgünəşlə gənc tələblərin görüşü keçirilib.

Tədbirdə milli- mənəvi dəyərlərlə bağlı çox maraqlı polemika olub. Gənclərin bir- birindən  maraqlı sualları Oqtay müəllim tərəfindən  cavablandırılıb.

Və eyni zamanda gənclərə tövsiyə edilib ki, milli- mənəvi dəyərlərimizə hörmətlə  yanaşsınlar və onu qorusunlar!  Görüşdə  professor İmaməddin  Zəkiyev, nəğməkar şairə Nəsibə İsrafilqızı, Əməkdar  jurnalist Faiq Qismətoğlu və iqtisad elmləri namizədi İlqar Məmmədov iştirak ediblər. Şairə Nəsibə İsrafilqızının, professor İmaməddin  Zəkiyev in,  Əməkdar jurnalist Faiq Qismətoğlunun çıxışları   görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb və alqışlanıb.  

Görüşün sonunda Oqtay Ərgünəş çıxış edərək  iştirakçılara və təşkilatçılara öz minnətdarlığını bildirdi.Dedi ki, bu cür görüşlərə cəmiyyətin və gənclərin  çox böyük ehtiyac var!

Emil Faiqoğlu