adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
28 Mart 2024 09:45
1355
ƏDƏBİYYAT

Dünya Qarabağlı:Soyqırım elədi bizə düşmənlər

Bilki,hər il martın 31-də,

Fikrim,xəyalım olur dərində,

Çünki,həmən ayın son səhərində,

Soyqrım elədi bizə düşmənlər.

******

Əzrayıl tək sinəmizə çökdülər,

Məsumları qırıb,qanın tökdülər,

Haqsız yerə bizi qəmə bükdülər,

Soyqrım elədi bizə düşmənlər.

******

Öldürüb uşağı,qocanı onlar,

Dağıdıb ocağı,bacanı onlar,

Salamat qoymadı bir canı onlar,

Soyqrım elədi bizə düşmənlər.

******

Sonda gəlib bu yerlərə doldular,

Elimizin xoş yerini aldılar,

İlan kimi hər an bizi çaldılar,

Soyqrım elədi bizə düşmənlər.

******

Yandırıb insanı kül eylədilər,

Əzablı günlərin il eylədilər,

Gözünün yaşını sel eylədilər,

Soyqrım elədi bizə düşmənlər.

******

Şeirin müəllifi-Dünya Qarabağlı Texniki Universitetiniqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.