adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Mart 2024 13:01
1756
ƏDƏBİYYAT

Şəlalə Camal: Mən bu yaşda yoruldum

Dünən körpə qızcığaz,
Bu gün anayam özüm...
Qardaşıma bacıyam,
Atam da mənə baxıb
Mənə "ay anam"deyir....
Atamın da anası
Elə mənim özüməm....
Onun gözündə körpə,
Həm də ağbirçəyəm mən.
Mənlə bölüşür dərdin
Mənlə bölüşür sərin...
Allah dərd, sər verməsin.
Körpəlikdən buyana,
Elə böyümüşəm ki...
Vallah nə yalan deyim
Uşaqlıq görməmişəm.
Anam çəkib nazımı
Anam böyüdüb məni.
İndi mən də anamın
Yollarını gedirəm...
Onun saçında ağ dən
Saçına qurban olum...
Mənim saçım qaradır...
Mən bu yaşda yoruldum.