adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
16 Mart 2024 18:45
3569
AVTOMABİL

Səkilər zəbt edilirsə...

Hamıya gün kimi aydındır ki, səkilər piyadalar üçün  inşa olunub.

Bunu da ona görə ediblər ki, onlar yolun hərəkət hissəsilə  getməsin və təhlükəsiz hərəkət etsinlər! Təəssüf ki, heç də Bakıda bütün  səkilərdə  rahat hərəkət etmək mümkün deyil. Çünki bir çox səkilər  avtomobillər  tərəfindən zəbt olunur. Məsələn,  Baş Dövlət Yol Polisi İdarəsinə gedən yolun solunda fəaliyyət göstərən avtosevislərin və maşın təmiri sexlərin movcudluğu burda müəyyən çətinliklər yaradır! Belə ki, həmin xidmət yerlərinə gələn  avtomobillər    səkini zəbt edir,  piyadaların hərəkətinə maneçilik yaradır.

Bu vaxt   səkidə  hərəkət edə bilməyən piyadalar yolun hərəkət hissəsinə  çıxırlar. Onların  avtomobil yolu ilə hərəkət etməsi həyatlarını təhlükə qarşısında  qoyur!  Bir sözlə, Bakıda səkilərin zəbt edilməsi sanki dəb halını alıb. Yol polisi belə intizamsız sürüculəri cərimə eləsə də , bəziləri bundan nəticə  çıxarmayıb!Sonra da deyirlər ki, yol polisi belələrini niyə cərimə edir! Təbii ki, yol polisi  qanunu pozan sürücüləri  məsuliyyətə cəlb etməlidir və bu onların  vəzifə borclarıdır!!!

Emil Faiqoğlu