adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Mart 2024 19:24
1993
ƏDƏBİYYAT

"Məişət zorakılığına YOX deyək!" mövzusunda hekayə müsabiqəsi yekunlaşıb

Gənc nəsildə tolerantlıq, dözümlülük, qarşılıqlı anlaşılma və hörmət, ailədaxili problemlərin dinc yolla çözülərək həllinin tapılması və s. bu kimi xüsusiyyətlərin aşılanması, o cümlədən bu xüsusiyyətlərin əhali arasında geniş təbliğ və təşviq edilməsi məqsədilə elan olunan hekayə müsabiqəsi yekunlaşıb.  

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) "Ulduz" jurnalı ilə əməkdaşlıq çərçivəsində keçirilən hekayə müsabiqəsinin finalçıları müəyyən olunub: 

1.    Arif Rəhimov – “Zərif və kövrək məxluq” 
2.    Azər Musaoğlu – “Fidan”
3.    Fatimə Bayramova “Bağlı qapı arxasında”
4.    Maya İmran – “Humay Atabəy”
5.    Rəşid Bərgüşadlı – “Otit”
6.    Şəfa Vəli – “Quşxanadan reportaj”  
7.    Zemfira Məhərrəmli – “Ailə sənin məbədindir”

13 mart 2024-cü il saat 12.00-da AYB-nin Natəvan klubunda “Məişət zorakılığına yox deyək!” mövzusunda tədbirin keçirilməsi və hekayə müsabiqəsinin qaliblərinin elan olunması nəzərdə tutulub.

Qeyd edək ki, informasiya dəstəyi "525-ci qəzet" dir.