adalet.az header logo
  • Bakı -°C
23 Yanvar 2024 13:01
3641
AVTOMABİL
A- A+

Bakıda tıxaclar

Bu gün dünyanın çox böyük şəhərlərində avtomobil tıxacları olur.

Bu, Bakıdan da yan keçməyib. Çünki paytaxtın əksər  kücə və prospektlərində hər gûn səhər  və  axşam saatlarında belə tıxaclar yaranır. Və bu tıxaclar  vaxtı  insanlar avtomobillərdə saatlarla tıxacda qalır, əsəbləşir , əlavə yanacaq sərf edir. Aydındir ki, şəhərdəki tıxacları aradan qaldırmaq üçün yol polisi və eləcə də   digər qurumlar qabaqlayıcı tədbirlər həyata keçirir. Amma bunlar problemi  qismən həll etsə də , çətinliklər tamamilə aradan qaldırılmır.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Toğrul Nəsirli bildirir ki,  yol polisi paytaxtda mütəmadi olaraq səhər və axşam saatları  tıxac olan yerlərdə xidməti gücləndirir və qabaqlayıcı tədbirlər görür.Amma  gərək sürücülər  də işləri yoxdursa,hərəkət axını çox olan kücələrdə və prospektlərdə  problem yaratmasınlar.

Valideynlər uşaqları məktəbə öz avtomobillərində  deyil, metro və avtobuslarla aparsınlar. Bəzən bir evdən dördadamın hər bir öz avtomobili ilə  şəhərin  mərkəzinə gəlir. Ümumiyyətlə, lazım oldu, olmadı, bizim bir çox sürücülər  mərkəzi küçələrdə hərəkət edirlər. Heç  şübhəsiz bu da tıxaclara münbit şərait yaradır. Bir daha sürücülərdən xahiş edirik ki, ehtiyac olmadığı halda  şəhərin mərkəzinə gəlib  tıxac yaratmasınlar!

Emil Faiqoğlu