03 Noyabr 2023 18:14
352
DÜNYA

HƏMAS-ın girov götürdüyü insanların ailə üzvləri etiraz edir! - Kamran Qasımov İsraildən danışır - VİDEO

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist, "AzerNyuMedianın" rəhbəri Kamran Qasımov hazırda İsrail-HƏMAS toqquşmalarının davam etdiyi münaqişə bölgəsindədir.

Adalet.az xəbər verir ki, Kamran Qasımov İsrailin paytaxtı Təl-Əvivdə HƏMAS-ın girov götürdüyü insanların ailələri ilə həmsöhbət olub. 

Bir İsrail vətəndaşı azərbaycanlı jurnalistə verdiyi açıqlamasında bildirib ki, HƏMAS üzvləri qızını, onun 3 azyaşlı övladını və valideynləri terrorçuları tərəfindən qətlə yetirilmiş qonşu qızını əsir götürüblər.

"Ümid edirəm ki, HƏMAS onları qaytaracaq. Çünki onlar təhlükədədir və ümid edirəm ki, hökumət onların qaytarılması üçün əlindən gələni edəcək" - o deyib.

Adalet.az ətraflı reportajı təqdim edir: