FUTBOL OYUNUNUN YARANMASINDAN 160-İL ÖTÜR

Futbolun neçə yaşı var? Tarixi və adəbi mənbələr hələ IV-V əsrlərdə müxtəlif ölkələrdə topla oyunun mövcudluğu barədə məlumat verirlər. Çİn, Misir, İtaliya və başqa qədim dövlətlərdə əsgərlərin fiziki hazırlığını möhkəmləndirmək üçün topla oyunlardan istifadə edirdilər. Maraqlıdır ki, Nizami Gəncəvinin əsərlərində də qəhrəmanların topla oynadığını əks etdirən səhifələr var. Amma, təbii ki, həmin oyunları bugünkü futbolla müqayisə etmək münkün deyil.
Müasir futbolun Vətəni və dəqiq yaranma tarixi məlumdur:
İngiltərə 26-oktyabr 1863-cü il.Həmin gün Londonda ilk futbol assosiasiyası yaradılıb, oyunun 13 qaydası təsdiq edilib.
1863-cü il oktyabrın axırlarında Londonda top oyunu həvəskarları toplaşırlar. Onların arasında mübahisə gedir: Futbolu yalnız "ayaqla" oynasınlar, yoxsa "ayaqla-əllə"? "Yalnız ayaqla" oyun tərəfdarları öz ittifaqlarını yaradırlar. Bu ittifaq da oyunun ilk qaydalarını işləyib hazırlayır. Həmin qaydalar heç də mükəmməl deyildi və bir neçə on illiklər ırzində onlara əlavələr oldu, dəyişikliklər edildi. Hakim meydana fit ilə yalnız 1878-ci ildə çıxmışdır. Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə, onların mübahisələrini həll edirdi.On bir metrlik cərimə zərbəsi (penalti) 1891-ci ildən oyunun qaydalarına daxil edilmişdir. 1926-cı ildən isə birbaşa küncdən zərbə ilə vurulan qolları da hesaba almağa başlamışlar.
İndi futbol ən populyar idman növlərindən biridir. Təkcə Avropada milyonlarla futbolçu, on minlərlə futbol hakimi var. "Ruo-De-Laneyro şəhərindəki (Braziliya) "Marakana" stadionu 220 min tamaşaçı tutur.
Futbolun iki cəhəti var. O, maraqlı faydalı atletik oyundur, həm də çox cəlbedici tamaşadır. Futbol meydançasının uzunluğu 90-110 metr, eni 60-75 metr olan düzbucaqlı şəklindədir. Qısa tərəflərin ortasında bir-biri ilə üzbəüz iki qapı olur, dəri topu da bu qapılara vurmaq lazımdır. Bu topun çevrəsi 68-71 sm (uşaqlar üçün 64-65 sm) və çəkisi 396-453 qram (uşaqlar üçün 350-400 qram) olur.
Futbolu iki komanda oynayır. Hər komandada 11 oyunçu olur. Bunlardan biri qapıçı öz komandasının qapısını qoruyur. Oyunçular qısa tuman , getr və xüsusi ayaqqabı-buts geyinirlər. Butsların altında hündürlüyü 1,5 sm olan rezin və ya dəri çıxıntılar olur.
Futbol meydanında komandalar arasında mübarizə 90 dəqiqə(iki taym, hər biri 45 dəqiqə) davam edir. Futbol qapısı 18 kv metrdir. Eni 7m 32sm, hündürlüyü isə 2 metr 44 sm-dir. Futbol 4 cür hazırlıq: fiziki, texniki, taktiki iradə hazırlığı tələb edir. Bu o deməkdir ki, yalnız hərtərəfli hazılığı olanlar futbolçu sayıla bilər.
Futbol üzrə Dünya, Avropa, Cənubi Amerika, Asiya çempionatları, Afrika millətləri, Qitələrarası və Libertadores kubokları yarışları keçirilir.
Futbol bir tamaşa kimi böyük şöhrət tapmış, məşhurlaşmışdır. Bu oyunda fiziki və zehni yaradıcılıq, idman ustalığı, mübarizə kəskinliyi, hərəkətlərin gözəllik və ifadəçiliyi, təsirliliyi təcəssüm olunur. Həm də tamaşa kimi kütləvi xarakter daşıyır. Ona eyni vaxtda on minlərlə adam baxa bilir.
Futbol gözəl, maraqlı, yüksək texnika və ustalıq tələb edən oyundur.Yüksək texnikası, idman ustalığı, yaradıcılıq qabiliyyəti olan futbolçularvə komandalar elə oyun nümayiş etdirirlər ki, baxmaqdan doymursan.
Milyonlarla futbol həvəskarlarından kim O.Fedetov, A. Şesternyov, R.Dasayev, İ.Netto, İ. Çislenko, E.StrelsovV.Qazzayev, O.Krasnitski, E.Malofeyev, N.Dementyev, B.Bobrov, S.Salnikov, A.Xamiş, L.Yaşin, Ə.Məmmədov, Y.Kuznetsov (SSRİ), Bene, Mesey, Albert, Farkaş (Macarıstan), İ.Aspazuxov, A.Dermençiyev, (Bolqarıstan), Edson Arantes do Nasimento (Pele), Qarrinça, Didi, Jairzinyo, Tostao, R.Karlos,A.Romario, K.Roberto, Ronaldo, Ronaldinyo (Braziliya), Fakketi, Suares, Matsola, P, Rossi, Buton, A.Delpiero, R.Maldini, R.Badjio, F.Totti, (İtaliya), Qonden, Z.Zidan, F.Bartes, P.Anri, F.Alberi, S.Nəsri, (Fransa), A.Metyuz, Bobbi Çarlton, B.Mur, D.Bekhem, Q.Lineger, B.Robson, S=S.Perr, U.Runi, M.Oven, L.Ferdinant, D.Varne, (İngiltərə), Masopust, (Çexoslovakiya), Caiç, (Yuqoslaviya), Eysebio, Auqusto, L.Fuqo, K.Ronaldo, V.Vaya, N.Qomes, (Portuqaliya), Bekenbauer, E.Vandersar, M. Sketelenburq, D.Edqar, Müller, Kan, Papen, K.Allars, (Almaniya), R.Van pers, Kruif, R.Qullit, Van Basyen, (Hollandiya), E.Butrogenyo, Q.Qonsales, İ.Kasilyas, X.İniesta, V.Valdes, K.Ryol, (İspaniya), Dieqo Armando Maradona, Kempes, Lionel Messi, Q.Batistuta, (Argentina),B.Payçadze, S.Metriveli, M.Mesxi, D.Kipiani, M.Xursilava, O.Qabeliya, A.Çivadze, (Gürcüstan), O.Blaxin, A.Mixayliçenko, A.Demyanenko, L.Buryak, İ.Belanov, (Ukrayna), A.Banişevski, K.Tuayev, V.Hacıyev, S.Kramarenko, A.Babayev, Y.Babayev, T.Axundov, (Azərbaycan) və başqaları kimi dünya məşhurlarını tanımır, onların oyunundan təkrar olunmaz estetik zövq, böyük həzz almamışdır.
Futbol oyununun qəribə bir xüsusiyyəti də var. O, güc, fiziki hazırlıq, mərdlik, dözümlülük, yüksək idman bacarığı ilə yanaşı, həm də incəlik, ustalıq, böyük texnika tələb edir. Futbol kobud atletizimdən, zorakılıqdan, qaba hərəkətlərdən uzaqdır.
SSRİ Radio Verilişləri Komitəsinin sifarişi ilə 1946-cı ildə futbol marşı yazmaq üçün bəstəkarlar arasında keçirilən müsabiqədə məşhur rus bəstəkarı Matvey Blanderin qalib gəldiyi, unudulmaz futbol marşı bütün azərkeşlərin və futbolsevərlərin nu günədək dillər əzbəri olaraq qalır.
Futbol oyunu dünyada yeganə idman növüdür ki, o qədər maraqlıdır ki, 105-68 metr olan düzbucaqlı meydan böyük bir səhnəyə bənzəyir. Yüksək tamaşaçı tutumu olan stadionlara Avropa və Dünya çempionatlarına baxmaq üçün başqa ölkələrdən kimliyindən asılı olmayaraq hətta, tamaşaçılar arasında olan ölkə prezidentləri də uzaq məsafələr qət edərək bu əvəzolunmaz futbol oyunlarına tamaşa etmək üçün gəlir, çox böyük həvəslə baxır və öz komandalarına azarkeşlik edirlər.
Novruzov Əbülqasım Yəhya oğlu
Şuşa Uşaq Gənclər İdman - Şahmat
Məktəbinin futbol üzrə baş məşqçisi