Qisasa qisas aldı - Zaur Əliyev yazır

Qisasa qisas aldı
Bir qan yüz qan elədi.
Qızıl günəş – səyyarələr dahisi
Bəzən bir şeh damlasına sığışır.
Bəli, ruhu şad olan Şəhidlərimiz. Sizin adınız qızıl günəş kimi damarlarınızda axan qan bir şeh damlasına-Bizim qəlbimizin içinə yazılıb. Bu qan dünyanın yaradılışından bu günə qədər axan Azərbaycanlının qanıdır, Urmiya gölü, Azıx mağarası, Qobustan, Gəmiqaya abidələrindən başlanan bu qan Bilqamışdan Dədə Qorquda, ordan Koroğlu və xalqımızın yaratdığı bütün dastanlara qədər mürəkkəb olub tariximizi yazıb. Tariximizin bütün hər anında bir şəhidin qızıl qanından yazılan şanlı günlər var. Bu qan Tomrisdə, İşpakada, Tonq Yabqu Kağanda, Alp Ər Tunqada, Cavanşirdə, Babəkdə, Əbu Sacda Divdada Alpraslanda, Atabəylərdə, Səlcuq bəydə, Həsən Padşahda, Qara Yusifdə, Şah İsmayılda, Şah Təhmasibdə, Nadir Şahda, Cavad xanda, Fətəli xanda, Rəsulzadədə, Xan Xoyskidə, Nəsib bəydə, Həzi Aslanovda, Həmzə bəydə, Allahverdidə, Fred Asifdə, Vəzirdə, Canbulaqda, Albertdə, Şirin Mirzəyevdə, Əlyarda, Mübarizdə, Poladda, Raquf Orucovda, Pəncəli Teymurovda və yüzlərlə, minlərlə, milyonlarla Azərbaycanlılın damarlarında axan qandır. Qaliblərin qanıdır. Şərəfli bir xalqın qanıdır.
Cəfər Cabbarlı necə deyirdi: “İqtisadiyyatda inqilab, həyatda inqilab, məişətdə inqilab, insan şüuruinda inqilab. Bu inqilab təbiətin köhnə qanunlarını belə dəyişdirir. Çılpaq, qumlu düzləri iki gün içərisində yaşıl, çiçəkli bir bağa döndərir. Onun sayəsində ölü qəbsristan belə canlanır, mədəniyyət və istirahət parkına çevrilir”. Biz dünyanın yaradılışından İNQİLAB ruhlu İNSANLAR olmuşuq. DÜŞMƏNƏ qarşı qəlbimizdə olan İNQİLAB torpaqlarımızı mədəniyyət mərkəzinə, qəhrəmanlar torpağına çevirib.
B.Azəroğlu “Elə oğul istəyir vətən!” şeirində deyir:
Kim öz dərdinə qalmasa,
Kim öz haqqını almasa,
Qapını döyüb gətirməzlər
“Buyur hürriyyət payını” –
Ümmanda naqqalar udan balığın
Kim eşidir harayını?
Hürriyyət verilmir, alınır. Necə kimi bizim XALQ öz HÜRİYYƏTİNİ şəhid qanları üzərində ALIB! Ona görə S.Rüstəm “Əzizlərdən əzizlər” şeirində yazır:
Ey insanlar, ayıq olun,
Sayıq olun,
Torpaq üstə ast gəzin
Torpaq altda bir aləm var
Biz əsrlərdir bu torpaq üzərində bir addım atanda ehtiyatlı oluruq. Çünki bu torpağın altında MİLYONLARLA şəhidin qanı var.
Dəfələrlə demişəm AZƏRBAYCAN nə Turandır nə də İrandır. AZƏRBAYCAN bu ikisinin yaradılmasına səbəb olan TORPAQDIR.
S.Vurğun “Komsomol poeması”nda yazmışdır:
Nədən şeirimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan?
Bəs mənim ölkəmin varlığı hanı?
Bizim ölkənin VARLIĞI qədim dövrdən gəlir, bu günə qədər sovetlərin, rusların, ermənilərin, farsların, ərəblərin gizlətməyə cəhd etdikləri TARİXİMİZİN qəhrəmanları bu TORPAQDAN gəlir....
2020-ci ilin sentyabrında Polad ruhlu qəhəmanlar bütün dünyaya sübut edilər. BU XALQIN tarixindən axan Azərbaycanlı QANI-nə qəhrəmanlar verib !
H.Cavidin “Səyavuş” faciəsində hökmdar Keykavus müharibəyə göndərdiyi qəhrəman Səyavuşa deyir:
Haydı, yavrum! Gözü yollarda ordun,
Get, zəfər tanrısı yardımçın olsun
Vətən azadlığı uğrunda döyüşə gedən hər Azərbaycanlıya da ANAsı deyirdi
Oğlum, Zəfərlə dön! Ya Şəhid ol ya Qazi. Amma Vətəni AZAD et!
ZƏFƏR
44-günlük Qaranlıqla savaşın sonunda QIZIL GÜNƏŞ doğdu Azərbaycanda
Şəhidlərimizin qanı
Qazilərimizin qanı ilə yuyuldu qaranlıq buludlar.
Bizim Şəhidlər və Qazilər istinad nöqtəsini taparaq Yer kürəsini yerindən oynatdı.
Bu gün bütün dünya Azərbaycan ətrafında hərəkət edir
Bu gün Qızıl Günəş ancaq Azərbaycanda doğur
Məhz Sizin sayənizdə Vətən övladları
Siz Tanrı qatında ruhlar şəhərində bizi izləyirsiz
Əmin olun qanınızın damlası düşən torpaq bir daha Yağı düşmənə verilməyəcək
Şad olun
Maksim Qorki “Şahin nəğməsi” əsərində dediyi kimi:
“Sən ölmüş ol!..Lakin ruhca igiid və qüvvətli olanların nəğmələrində sən həmişə canlı bir örnək, azadlığa və işığa doğru məğrur bir çağırış kimi yaşayacaqsan"
Zaur Əliyev, dosent
Digər Xəbərlər

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır

Əlabbasın ‘Köhnə Kişi’ Povestinin Bəzi Linqvistik və Üslub Özəllikləri - Nazim Muradov yazır

ELXAN CALALOĞLUNUN ŞEİRLƏRİ
