ELXAN CALALOĞLUNUN ŞEİRLƏRİ

Dəyişdi
Könlümdən keçəni yazmaq istədim,
Fikrim dumanlandı,halım dəyişdi.
Gözümdə çağladı, bulaqlar, çaylar,
Sanki hər yamacım, yalım dəyişdi.
Bəlalı yurd kimi taleyim oldu,
Bölünmək qismətim, qəm neyim oldu.
Təsəllim gizlincə gileyim oldu...
Dünyada qulluğum, qulum dəyişdi.
Gördüm Xocalıda gülüm qırıldı,
Şuşada zil ötən telim qırıldı.
Obam yağmalandı, elim qırıldı
Yerişim, baxışım, yolum dəyişdi.
Min cür fitnə yağdı, tufan başladı.-
Öldü yaşamağa güman,- başladı.
Şəhid balaların yeri başqadı;
Şəhidlik gəncləşdi, ölüm dəyişdi.
Allah töhfəsidi o tən sevgimiz,
Şükür! - azalmadı ötən sevgimiz.
Axır bütövləşdi Vətən sevgimiz
Yumruq dəmir oldu, qolum dəyişdi.
Hardasan
Uzun çəkən ayrılıqdan
Dönmüşəm daşa, hardasan?
Yad olub doğma ellərim,
Düşmüşəm qışa hardasan?
Bulud kimi gözüm dolub,
O gənclik sürətim solub.
Həsrətin çörək-su olub
Qarışıb aşa, hardasan?
Əlacı yox dərd-azarın,
Bağlanıb o şən bazarım.
Qəlb göynədən arzularım
Yük olub başa, hardasan?
Hal əhliyəm - kədər məndə,
Bir yolçuyam duman-çəndə.
Arzu, niskil ürəyimdə
Gəzirlər qoşa, hardasan?
Həmdəm yox dərdimi bölüm,
Yol gözləyir namərd ölüm.
Gül qoxuyan cavan ömrüm
Ötüşdü boşa, hardasan?
Ömür çay kimi çağladı,
Qəlbimiz qubar bağladı.
Qocalıq yaman haqladı,
Oldu tamaşa, hardasan?
Ruhum bir gün qanad açar,
Sonsuz səmalarda uçar.
Sellər sinəmdən yol açar,
Çağlayıb-coşar, hardasan?
Şəhid anası
Bir ocağa qan çiləndi,
Yenə ürək silkələndi.
Bu qəfil xəbər kimdəndi?!
Ağlama, şəhid anası!
Bir dərd yüz dərdi oyatdı,
Xəncəri bağrıma batdı.
Bizi kimin ahı tutdu?!
Ağlama, şəhid anası!
Əl atma ağ saçlarına,
Yol vermə göz yaşlarına.
Bax! - qazi qardaşlarına,
Ağlama, şəhid anası!
Şəhid - Vətənin oğludu,
Şəhid - Vətənin qardaşı!
Qurumaz gözümün yaşı,
Ağlama, şəhid anası!
Bu gecə nə hay-haraydı
Dərdimi aləmə yaydı
Şəhidlik müqəddəs payıdı
Ağlama, şəhid anası.
Qoyma yarı yolda bizi,
Daha aldıq dərsimizi...
Ölməsək bağışla bizi!
Ağlama, şəhid anası!
Qıyma sönsün buçırağı,
Zərbimizə neylər yağı?!
Ucaldaq şanlı bayrağı,
Ağlama, şəhid anası!
Oldu
Vətən göylərində qaraldı bulud,
Dəryatək çalxandı doğma, ulu yurd.
Sanki gələcəyə qalmadı umud,
Sonu görünməyən bir tufan oldu.
Lal oldu, tutuldu dünyanın dili,
Susdu,yasa batdı ötən bülbülü.
Fəlakət bürüdü obanı, eli
Vətənə nə çətin imtahan oldu.
Səmanı bürüdü körpə ahları,
Yer, Göy götürmədi bu günahları.
Son anda qovuşdu şəhid ruhları
Qisasına şahid bu cahan oldu.
Oyat məni bu yuxudan
Bir səda düşdü başıma,
İşıq doğdu qaranlıqdan.
Yuxudursa, ey Yaradan,
Oyat məni bu yuxudan.
Bilmirdim kiməm, hardaydım,
Yol gedirdim, yarıdaydım.
Gah boranda, gah qardaydım,
Oyat məni bu yuxudan.
İnsan nədir,həyat nədir?
Bu qat-qat kainat nədir?
Bəlkə hər şey bəhanədi;
Oyat məni bu yuxudan.
Ölən kimdir, qalan kimdir?
Doğru kimdir, yalan kimdir?
Can müqəssir,ruh hakimdi...
Oyat məni bu yuxudan.
Oyat məni haqqı görüm,
Oyat ki, mən haqqa dönüm!
Müqəddəsdir bəlkə ölum,
Oyat məni bu yuxudan.
Yaman qarışıb göy üzü,
Açılmır bəsirət gözü.
Yuxu bildim ömrümüzü,
Oyat məni bu yuxudan.
Özünlə apar
Dünyanı özümlə aparmıram ki...
S. Yusifoğlu
Getmə!ya dünyanı özünlə apar,
Yenə dünya boyda duyanın olum.
Qəlbim təsəlini sözünlə tapar;
Uzaq yollarında hayanın olum.
Başımda çağlayan dəli sevdanı
Döndər gül-çiçəyə, düz yollarına.
Köçür varlığıma qada-bəlanı,
Döşənib sürtərəm üz yollarına.
Bacarsan bu eşqi dəfinə saxla,
Ruhum göy üzündən boylanar, baxar.
Şaxtalı günlərdə qoruya bilsən,
Hər bahar gələndə yenidən qalxar...
Sıxmasın həsrətli baxışlar səni!
Mənim dualarım yetişmir göyə.
Bilmirəm nə sirri-xudadı sevda;
Aşiqlər köz olur yar deyə-deyə.
Baxma ki, əllərim qoynumda qalır,
Bu dünya fanidi,kimim var mənim.
Sənsiz varlığımı duman-çən alır.
Qıyma yalqız qalsın könül həmdəmin!
Ələnər, çilənərbu göz yaşları.
Axıb qovuşanda,- gurdu,- deyərlər.
Bar-bəhər bitirər yolların üstə ;
Sevənin göz yaşı,- nurdu,- deyərlər.
Bu çinar mənimlə qoşa qocalır
Bir aylı gecəyə boylanan çinar
Sanki söz soruşur; məndən söz alır.
Könülm həsrət çəkir, alışır, yanır,
Bu çinar mənimlə qoşa qocalır.
Yellənir, baş əyir öz gövdəsinə,
Yarpaqlar tökülür, ömrü azalır.
Ancaq sadik qalıb əqidəsinə,
Bu çinar mənimlə qoşa qocalır.
Bir elin oxşarı var bu çinarda,
Yerinə, yurduna bağlı,- güc alır.
Boylanır hər yana gözü yollarda,
Bu çinar mənimlə qoşa qocalır.
Yaşında tarixin hikməti, sirri,
Sanki əzəməti göydən baç alır.
Bu yerin müqəddəs ocağı, piri --
Bu çinar mənimlə qoşa qocalır.
Fəsillər ömründən illər daşıyır,
Şaxtada,borandada xəyala dalır.
Bizim çinarlara yaman oxşayır,
Bu çinar mənimlə qoşa qocalır.
Günüzlər boğulur kədər gölündə,
Gecələr min həsrət havası çalır.
Fikri oba-oba Vətən çölündə,
Bu çinar mənimlə qoşa qocalır.
Yana-yana
Ürkək maral kimi gizli boylandın,
Gecə pərvanətək şama dolandın.
Sevdalı könlümə nə “tez” inandın?!
Sinəndə qızaran köz yana-yana.
Dinləmə qəlbinin dediklərini,
Axtarma dağların gədiklərini.
Sıx sinən üstünə hörüklərini,
Alışsın sinəndə söz yana-yana.
Məndən xəbərsiz ol, xəyaladalma,
Düşdüyüm odlara bir daha salma.
Oğrun baxışlarla könlümü alma,
Həsrət dənizində üz yana-yana.
Sönmüş bir ocağın qorubeynimdə,
Matəm libasıdır bu gün əynimdə.
Necə əzab yükü var hər çiynimdə;
Talehin hökmüdür, döz yan-yana.
Vaxtıdır
Dağlara çən gəlib qar ələnibdir,
Yenə bağ-bağatın talan vaxtıdı.
Tar muğam çağlayır, saz dillənibdi;
Mənim gözlərimin dolan vaxtıdı.
Qalın meşələrin ovu hürküşür,
Ömür budağından yarpaqlar düşür.
Yaralı ceyranlar necə büzüşür,
Çöllərin saçını yolan vaxtıdı.
Görmək istəmirdik dağları çənsiz
Görmək istəmiriktarlanı dənsiz
Bir ahu can verir yaralı, sənsiz
Ala gözlərinin solan vaxtıdı.
Xatirə bağlamaz soyuq bir ürək,
Sinəmizvətənsiz qandı,ey fələk!
İnsan el-obasızde kimə gərək
Dağların sinəmdə qalan vaxtıdı.
Gəlmisən
Deyirlər ki, həsrət didib sinəni,
Baş götürüb sən havalı gəlmisən.
Eşqin odu alovlandı yenəmi?!
Keçib hər cür qalmaqalı, gəlmisən.
Dəli sevda haçan düşdü eyninə,
Məcnunsayaq libas geydin əyninə.
İllər boyu ağrı yığıb çiyninə,
Aşıb qarlı düzü, yalı gəlmisən.
Bu hicranın odu sənsən, qoru mən,
Bircə ömrün qarı sənsən, barı mən.
Dağ çəkilib; yarı sənsən, yarı mən,
Gecikmisən,-xoş dualı gəlmisən!
Yanaqlardan axıb sellər xəbərsiz,
Ömrü-günü dərib illər xəbərsiz.
Bağça-bağda solub güllər xəbərsiz,
Təbibsənmi,- nə dəvalı gəlmisən?!
Bu dağlarda duman da var, çən də var,
Yollar uzun; yaxında var, gen də var.
Görünməmiş sehir bəlkə səndə var?!
Bu gümanda çoxzavallı gəlmisən.
Yurdumuz hardan-haradı
Göydə ulduzlar sayrışdı,
Gözümdə zülmət qarışdı...
Övladım məndən soruşdu:
Yurdumuz hardan-haradı?
Oxudum onunüzündən;
“Qəibrm çatlayır dözümdən”.
Sordum tarixin özündən:
Yurdumuz hardan-haradır?
Anamız yuxuya həsrət,
Atamız keçdi neçə sədd.
Ölüm-itim -- bitməyən dərd
Yurdumuz hardan-haradır?
Keçmişdən keçdi xəyalım,
Baş qaldırdı yüz məlalım.
Köksümü dəldi bu halım;
Yurdumuz hardan-haradır?
Dərbənd,Təbriz, İrəvandı,
Borçalıdı, Naxçıvandı...
Neçə yerə parçalandı?!
Yurdumuz hardan-haradır?
Ağrılı nəğmələr seçdik,
Keçilməz yollardan keçdik.
Göz yaşını sutək içdik;
Yurdumuz hardan-haradır?..
Digər Xəbərlər

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır

Əlabbasın ‘Köhnə Kişi’ Povestinin Bəzi Linqvistik və Üslub Özəllikləri - Nazim Muradov yazır

Öyrətmə özünə, öyrətmə məni - Musa Yaqubun şeirləri
