Paşa Qəlbinur: “İnsanlar qırx yaşından sonra ildə bir dəfə gözünü müayinə etdirməlidir”
Xəbər verdiyimiz kimi bu gün şair, oftalmoloq Paşa Qəlbinurun doğum günüdür.
Paşa Qəlbinur Adalet.az-a açıqlamasında doğum günüylə bağlı öz xoş təəssüratlarını bölüşüb:
“Doğum günlərimi adətən evdə, ailəmlə qeyd edirəm. Yetmiş bir yaşım tamam olur. Təbrikiniz üçün çox sağ olun”.
- Bəs göz həkimləri öz gözlərini necə qoruyur?-sualına P.Qəlbinur belə cavab verib:
“Mənim gözüm yaxını üç, uzağı isə iki dəfə artıq görür. Belə doğulmuşam və atamın da gözləri belə idi. Bu da mənə sənətimdə kömək edir. Ancaq gözlərimizi qorumaq üçün yayda və qışda günəşli qarlı havada hökmən gün eynəyi taxmaq lazımdır. Çünki gözün içində nöqtə boyda bir ləkə var, eynək taxmayanda həmin ləkə zədələnir və gözə ziyan olur. Bir şeirimdə yazmışdım ki, “dünyada üç dənə ləkə var, biri göydəki, biri yumurtanın içindəki və biri də insanın gözündəki ləkədir”. Bir də ki, insanlar qırx yaşından sonra ildə bir dəfə gözünü müayinə etdirməlidir. Əgər gözdə irsi xəstəlik varsa, elə uşaq vaxtından həkimə müraciət etmək lazımdır”.
P.Qəlbinur bu yaşında özünü gümrah hiss etdiyini bildirib:
“Bir var təqvim yaşı, bir də var ki, bioloji yaş. Vaxtında idmanla məşğul olmuşam, indi dağa da qaçıram, bir neçə dəqiqə suyun altında da qalıram. Bunu da mənə Allah verir. Sizlərə də uzun ömür arzu edirəm”.
P.Qəlbinur hazırladığı yeganə dərman preparatından da danışıb:
“Mən dünyanın böyük ölkələrinin təsdiq etdiyi yeganə göz dərman preparatı “Aktipol”un müəllifiyəm. Bu dərmandan Amerika və Avropada pandemiya dövründə də istifadə olunub. Axı kovid xəstəliyi ağızdan, burundan və bir də gözdən insana yoluxur. Bu dərmandan bütün dünyada istifadı olunub”.
Vasif Əlihüseyn
Digər Xəbərlər
10 Sentyabr 2026 13:15
"Yazaraq yaşayıram, yazanda dincəlirəm" - MÜSAHİBƏ
09 Sentyabr 2026 15:02
Almaniyada ultrasağçıların yüksəlişi, Ukrayna-Rusiya müharibəsi və yeni təhlükələr
07 Sentyabr 2026 11:08
Kosmetika seçərkən bu detallara diqqət edin - XƏBƏRDARLIQ
02 Sentyabr 2026 10:21
“Azərbaycan bu gün həm Şərqin, həm də Qərbin ehtiyac duyduğu ölkəyə çevrilib”
21 Avqust 2026 14:00
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
21 Avqust 2026 11:11
Çiyin ağrısını yorğunluq saymayın - SN-nin mütəxəssisindən XƏBƏRDARLIQ
14 Avqust 2026 11:28
Sonsuzluqla bağlı hansı yanlış inanclar var? - SN-nin mütəxəssisi açıqlayır
07 Avqust 2026 09:29


Bakı -°C

