adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Iyul 2019 12:20
22482
ƏDƏBİYYAT

Susmayan iki səs, yaxud soydaş sevdalılar

Taleyin hökmü ilə dünyanın müxtəlif ölkələrində məskunlaşan həmvətənlərimizinhəyat, təfəkkür tərzi, cəmiyyətdəki yeri, rolu, maraq dairəsi, məşğuliyyəti,doğma Vətənlə əlaqələri, müstəqil Azərbaycan dövləti adına əməlləri, xidmətləribarədə yazılanlar hər bir oxucunu cəlb edən maraqlı, aktual mövzulardandır.Dünyanın əksər ölkələrində əməyi, zəkası, istedadı sayəsində ad-san, nüfuz qazanan çox sayda həmvətənimizyaşayır və onların tanıdılması təqdirəlayiqr,bir çox cəhətdən əhəmiyyətlidir. Bu cür insanlaryaşadıqları ölkələrdəmilli, mənəvi dəyərlərimizin daşıyıcıları, təbliğatçıları olmaqla yanaşı, həmqürbətdə, həm də Vətəndə böyüməkdə olan nəsil üçün örnək, qürur yeridir. Harada,hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan xalqına, onun dövlətçiliyinə, milli maraqlarına xidmət etməkmümkünlüyünün əyani göstəriciləridir.Onlarməskunlaşdıqları ölkələrdə xoşməramlı təmsilçilərimiz, eyni zamanda ölkəmizə,xalqımıza qarşı məkrli plan və niyyətlərə qarşı etibarlı sipərdir.

Bəs biz necə, həmin insanlarıkifayət qədər tanıyırıqmı? Fransada, Almaniyada, İspaniyada, Kanadada, Şərqi Avropa və ərəbölkələrində, lap elə qonşu, qardaş Türkiyədə yaşayan, yaradan, istedadı, zəhməti hesabına tanınan, yaxud həminölkələrin nüfuzlu ali məktəblərində təhsil alan, elmi mərkəzlərində çalışan həmvətənlərimizhaqqında kifayət qədər məlumatlıyıqmı? Bu suallar ətrafında fikir yürütmədənRusiya Federasiyasında və Amerikadakı həmvətənlərimizi ölkəmizdə tanıtmaq və təbliğ etmək missiyasını öz üzərlərinətəmənnasız və könüllü götürmüş iki r fədakar qələm sahibi Ramin Məmmədov və ElmanEldaroğlu haqqında, onların bəhs etdiyimiz istiqamətdə fədakar fəaliyyətləriniqeyd etmək istərdik.

Səriştəli publisist Ramin Məmmədovunqəhrəmanları Rusiyada yaşayan, həyatınıelmə, istehsalata, quruculuq və yaradıcılığa həsr etmiş Azərbaycan övladlarıdır.Uzun illər Rusiyada yaşayan və orada milis zabiti kimi çalışan R.Məmmədov, eyni zamanda mətbuatvasitəsilə xalqımızın mənəvi, milli dəyərlərinitəbliğ etmiş, ölkəmizin tarixi, ərazisi, əhalisi barədə rusdilli oxucuları məlumatlandırmışdır.Torpaqlarımızın bütövlüyü, ölkəmizin suverenliyi uğrunda gedən Qarabağ müharibəsiləəlaqədar xidmətini dəyişib Vətənə qayıdan Ramin Məmmədov hərbi əməliyyatlar gedənbölgələrə dəfələrlə ezam olunmuşdu. Atəşkəs əldə edildikdən və ölkəmizdəsabitlik yaradıldıqdan sonra məzuniyyəti dövründə Vətəndən uzaq düşən soy­daş­ları­mızınüzdə olan və olmayan, dünyasını dəyişən, naməlum talelərinə işıq salan, eləcə də Qarabağ həqiqətlərinədair dövri nəşrlərdə özünə yer tapan erməni saxtakarlığını ifşa edən yazıları qələmə almışdır. O, ailə büdcəsihesabına, təmənnasız, böyük sevgi vəduyğularla vaxtaşırı Ru­siyanı şərqdən qərbə,şimaldan cənuba, bir sözlə son 20 ildə 100-ə qədər şəhəri gəzib-dolaşmış,maraqlı insanlarla, onların həyat və düşüncə tərzi ilə tanış olmuş, Azərbaycan diasporununfəaliyyəti və problemləri ilə yaxından maraqlanmış və bu məsələlərlə bağlıKİV- də sanballı məqalələrlə çıxışetmişdir.

Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü RaminMəmmədovun 37 kitabı, yüzlərlə məqaləsi işıq üzü görmüşdür. Çoxsaylı qəzet və jurnallarda onun Rusiya - Azərbaycandostluq əlaqələrinə və Rusiyadakı diaspor təşkilatlarımıza həsr olunmuş elmi-publisistik yazıları böyük maraq doğurur. Bu yaxınlarda onun "Rusiyada Azərbaycandiaspor mətbuatı" adlı kitabı nəşr olunmuşdur.

"ElmanEldaroğlu” imzası ilə müxtəlif portallarda dərc olunan yazıları maraqla izləyirəm. Onun Amerikada yaşayan elm, mədəniyyət, sənət adamları haqqındakı məqalələri qürbətdəki həmvətənlərimiz haqqında zəngin təəssüratyaradır. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Elman səmimiyyətdolu sevgi və zövqlə yazır. Həmvətənlər haqqında yazmaq qərarına necə gəldiyinimüsahibələrinin birində belə izah edir:-Mən azərbaycanlıyam, amerikalılarınarasında hər bir azərbaycanlı mənə doğmadır. Əvvəlcə çox götür-qoy etdim. Ölkəböyük, əhalisi 330 milyona yaxın. Bu qədər insanın içindən azərbaycanlıları,özü də sıradan bir nəfər deyil, müxtəlif uğurlara imza atan, oxucular üçün dəmaraqlı olacaq soydaşlarımızı axtarıb tapmaq mənə çox çətin gəlirdi. Amma birgün qərara aldım ki, köhnə peşəmi işə salım. Nə qədər ki, buradayam mən də xalqüçün faydalı iş görüm. İlk olaraq yaxından tanıdığım insanlardan yazdım. Gördümki, Azərbaycan mətbuatı maraqla bu yazıları dərc edir və buna həqiqətən dəehtiyac var. Sonra əhatəni genişləndirdim.

Amerikada yaşadığı 4 il ərzində Elman bu ölkədəməskunlaşmış 150 nəfərədək həmvətənimiz haqqında yazı qələmə almış,onları Azərbaycan ictimaiyyətinə təqdim etmişdir. Florida Universitetininprofessoru PərvinMuradova- Dilbazi və ailə üzvləri, "Minesota AzərbaycanAsossasiyası"nı təsisçisi Günel Musəvi , tanınmış alim İlqar Abbaszadə, AzərbaycanınƏməkdar artisti Telman Cəlilov, tibb sahəsində nüfuzlu mütəxəssis, özəl klinika sahibi OqtayMəmmədov, Azərbaycan-Amerika Mədəniyyət və Təhsil Fondunun rəhbəri ŞahyarDanişgər, memar-rəssamYavərRzayev,blogerElman Kərimov və digərləri haqqında oçerkləri ABŞ-dakı həmvətənlərimizin fəaliyyəti barədəmaraqlı məlumat mənbəyidir. Elman bu mövzuda danışanda deyir ki, əslində,bu insanları nəinki Azərbaycan ictimaiyyətinə, həm də ABŞ-dakı azərbaycanlılarada tanıtdırıram. Ucsuz-bucaqsız ölkə, bu başında yaşayan, o biri başındayaşayandan xəbərsizdir. İndi özünüz təsəvvür edin ki, bu işin mahiyyəti nə qədərdir...

Mətbuat günü ərəfəsində Ramin Məmmədov və Elman Eldaroğluya yeni yaradıcılıq uğurları arzulayır, eynizamanda bildiririk ki, Fransadan, Almaniyadan, Türkiyədən, İsveçdən,Danimarkadan, Polşadan, Finlandiyadan... da eyni missiyanı tükənmə enerji vəsonsuz sevgi ilə yerinə yetirən soydaşlarımızınfəaliyyətinə böyük ehtiyac var.