21 Aprel 2022 16:32
828
GÜNDƏM

Şuşadakı qurultay farsları niyə qəzəbləndirdi: "İsrail də orda olacaq, ordumuz müdaxilə etsin...”

44 günlük müharibədən sonra dünya Azərbaycan ordusunun gücünü-qüdrətini gördü. Təbii haldır ki, bu gücü –qüdrəti həzm edə bilməyən dövlətləri də biz gördük və necə ki, hər zaman görmüşdük.

Xəbər verdiyimiz kimi, Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır. O da deyilir ki, qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri xiyabanı, Birinci və İkinci Şəhidlər xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər.

Əlbətdə ki, belə bir xəbər Azərbaycanın dostlarını sevindirər, düşmənlərini də üzər.

Adalet.az xəbər verir ki, Azərbaycana qarşı hər zaman əks – düşməncəsinə təbliğat aparan, yaxın qonşumuz, “din qardaşımız” olan İranda bu xəbəri qeyzlə, hikkə ilə qarşılanıb. Beləki, İran mediası Zəfər Qurultayına qarşı təxribat xarakterli materiallar yayır.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Bildirilib ki, İranın SEPAH və kəşfiyyat nazirliyi - ETTELAAT nazirliyinə yaxın media qurumları yaxın günlərdə Şuşada keçiriləcək Zəfər Qurultayına qarşı təxribat xarakterli yazılar dərc edir və qurultayı pantürkistlərin anti-İran toplantısı adlandırırlar.

“Dəfələrlə bildirilmişdi ki, Əliyev Qarabağı nəzarətə götürsə, bizim sərhədlərimiz anti-İran və separatçıların fəaliyyət mərkəzinə çevriləcək. Qarabağda keçirilməsi nəzərdə tutulan qurultay öz-özlüyündə anti-İran hərəkətidir və burada pantürkist qrupların toplaşması İrana qarşı müharibə elan etməkdir. Qurultayda İsrail casusları və MİT-in məmurları başqa adlar altında iştirak edəcəklər”, - deyə ETTELAAT-a yaxın “Azəriha” saytının “Telegram” kanalı yazıb.

Bununla yanaşı, İranın bir sıra sosial media qruplarında qurultayın keçirilməsi ilə bağlı mənfi yazılar dərc edilib və bunun İranı hər tərəfdən mühasirəyə almaq cəhdi kimi dəyərləndirilib.

 

Daha sonra Qafqaz məsələləri üzrə iranlı ekspert Salar Seyfəddini şəxsi Tvitter hesabında yazıb ki, Şuşada keçiriləcək qurultay İrana qarşı açıq mesajdır: “Bu, İran millətinə qarşı müharibə elanı və sərhəd divarında təxribat deməkdir. İranın Ana yasasına görə, Xarici İşlər Nazirliyinin vəzifəsi ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir. Əks halda ordu müdaxilə etməlidir” .

Qeyd edək ki, Qarabağ işğaldan azad olandan sonra İİR Tehrandakı mərkəzi küçələrdən birinin adını dəyişərək “Şuşi” qoyub. Hətta işğal vaxtı Şuşadakı Gövhərağa məscidini fars məscidi kimi təmir edərək onun üzərinə Şuşi məscidi“ yazmışdı.

 

P.S. Görünən odur ki, ermənilər nə vaxtsa, bizimlə barışacaq, amma farslardan bunu gözləmək xeyli zaman alacaq.

Əntiqə Rəşid