adalet.az header logo
  • Bakı -°C
16 Dekabr 2025 13:20
90
HADİSƏ
A- A+

"Prava"sı olmadan maşın sürən 66 nəfər qəzalarda həlak oldu

Cari ilin 11 ayı ərzində sürücülük hüququ olmadan idarə edilən avtomobillər vasitəsilə 113 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 66 nəfər həlak olub, 84 nəfər isə yaralanıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, sözügedən qanun pozuntusunun yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilməsi isə əksər hallarda valideyn məsuliyyətsizliyindən qaynaqlanır. Bəzən valideynlər avtomobilin sükanın azyaşlı övladlarına həvalə edir, lakin uşaqlıq həvəsinin onların arzularını yarıda qoyacağını unudurlar.

"Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, eləcə də nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və belə halların aşkarlanması üçün xüsusi texniki vasitələrdən də istifadə etməklə nəzarət-profilaktik tədbirlərin daha da gücləndirildiyini bildirir", - məlumatda qeyd olunub.